NAMİ- Xaricde Tehsil

NAMİ- Xaricde Tehsil

Share

Study Abroad and Travel Centre
Bakı şəhəri, Yasamal rayonu, Şamil Əzizbəyov 95

07/10/2017

Kaliforniya Texnologiya İnstitutu ABŞ-ın Kaliforniya ştatında yerləşən və təbiət elmləri və mühəndislik sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisəsidir. NASA-nın Cet Propuljon laboratoriyası Kaliforniya Texnologiya İnstitutu tərəfindən idarə edilir. Dünyanın ən yüksək reytinqli ali məktəblərindən biri hesab olunur. Universitet 1891-ci ildə Amos G.Trup tərəfindən təsis edilib.

İnstitut aşağıdakı bölmələrdən ibarətdir:

Biologiya, kimya və kimya mühəndisliyi.
Mühəndislik və tətbiqi elmlər.
Geoloji və planet elmləri.
Bəşəriyyət və sosial elmlər.
Fizika, riyaziyyat və astronomiya.
Fənlərarası proqramlar.
XX əsrin əvvəllərində burada 4 tələbə şəhərciyi tikilib. 1960-cı ildə əlavə 3 şimal tələbə şəhərciyi salınıb.

Digər Amerika ali məktəblərindən fərqli olaraq, Kaltek tələbələri 4 il deyil, 5 il təhsil alırlar. Kaltekdə tədris olunan ixtisaslar əsas və əlavə ixtisaslara bölünür.

İnstitutun məzunları sırasında elm və texnologiya sahəsində əldə etdiyi uğurlarına görə müxtəlif Nobel laureatları var. Robert A. Milikan 1923-cü ildə fizika, Tomas Hunt Morqan 1933-cü ildə fiziologiya və tibb, Edvin M. Mak Millan 1951-ci ildə kimya, Corc Bidl 1958-ci ildə fiziologiya və ya tibb sahələrindəki xidmətlərinə görə təltif ediliblər.

“QS World University Rankings” 2016-a əsasən universitet 5-ci sırada yer alıb.

01/10/2017

ABŞ-ın təhsil sistemi – ABŞ-ın təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.

ABŞ-da savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış "universitetlər"lə mübarizəsində öz qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır.

Yuxarı sinif

Yuxarı sinif (ing. high school) – ABŞ-da orta məktəbin axırıncı mərhələsi, doqquzuncu sinifdən on birinci sinifə kimi davam edir. Yuxarı siniflərdə şagirdlər əvvəlkinə nisbətən daha asanlıqla öz sinif seçimlərini edə bilir, diplomu almaq üçün məktəb şurasını təyin edən yalnız minimal tələbləri yerinə yetirməlidirlər.

Tələblər belədir: 3 il təbiət elmləri (kimya, biologiya, fizika) 3 il riyaziyyat, cəbr 4 il ədəbiyyat 2-4 il sosial elmlər, ABŞ-ın tarixi və dövlət quruculuğu ilə bağlı elmlər 1-2 il idman

Ali məktəblərə qəbul üçün daha böyük proqram nəzərdə tutulur, buraya 2-4 il xarici dillər də əlavə olunur.

Qalan sinifləri isə şagirdlər özləri seçirlər. Belə siniflərin seçimi kəmiyyətə və keyfiyyətə görədir, məktəbin maliyyə imkanlarından və məktəblilərin öz seçimlərindən asılıdır. Bu siniflərə qəbul belədir:

Əlavə elmlər (statistika, informatika)

Xarici dillər (daha çox ispan , fransız və alman dili; az hallarda yapon, çin, latın və yunan dili)

Təsviri incəsənət (rəssamlıq, heykəltaraşlıq, fotoqrafiya, kinematoqrafiya)

İncəsənət (teatr, orkestr, rəqs)

Nəşriyyat işi (jurnalistika, redaktorluq)

Əmək (ağacın təmizlənməsi, avtomobil təmiri)

Bəzi hallarda isə şagird ümumiyyətlə heç bir məktəbi seçmir.

Axırıncı iki il ərzində, yuxarı sinifdə, irəlidəki sinfin yeni tipi yaradılır. Şagirdlər onları Advanced Placement və ya Beynəlxalq bakkalaureat imtahanlarına hazırlayan sinifləri seçə bilərlər.

Məktəblərdə olduğu kimi ali məktəblərdə də studentlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

01/10/2017

ABŞ-da təhsil almaq üçün
Proqramın və universitetin seçilməsi
Sizin məsləhətçiniz sizə ABŞ-ın təhsil sistemi haqqında bütün lazımi məlumatları verəcəkdir. Bundan sonra sizin məsləhətçiniz sizin akademik profilinizin, iş təcrübənizin, əlavə fəaliyyətlərinizin, büdcə məhdudiyyətlərinizin, proqram və kursla bağlı tələblərinizin və karyera məqsədlərinizin təfsilatlı təhlilini həyata keçirəcəkdir. Bu qiymətləndirmə əsasında məsləhətçiniz sizə öz akademik profilinizə, şəxsiyyətinizə və karyera məqsədlərinizə ən çox uyğun gələn təhsil müəssisəsini tövsiyə edəcəkdir.

14/09/2017

Amerikada kursla bağlı seçim edərkən mən hansı faktorları nəzərə almalıyam?
Təhsil almaq istədiyiniz sahəyə uyğun olan kursları seçin və fərdi institutların səhifələri daxilində müvafiq departamentin səhifəsindən istifadə etməklə hər bir kursun əhatə etdiyi proqramları diqqətlə nəzərdən keçirin. Əgər bu məlumatı oxuduqdan sonra sizin yenə də kursla bağlı müəyyən şübhələriniz varsa, siz "NAMi" xaricdə təhsil məsləhətçinizlə danışmalısınız.
Kursdan əlavə olaraq sizin universitetin təqdim etdiyi şəraitdən də məmnun olmağınız çox vacibdir.

10/09/2017

Təhsil vizası xarici vətəndaşın İspaniyada kurs keçmək, təhsil almaq və ya tədqiqat aparmaq məqsədiylə iqamət etməsinə imkan verir.
İspaniyaya Tələbə Vizası üçün tələb olunan sənədlər:

Ən azı növbəti 9 ay ərzində qüvvədə olan pasport və surəti;
Şəxsiyyət vəsiqəsi;
Tam doldurulmuş və imzalanmış anket;
Pasport ölçüsündə — 3,3×4,5 formatında 2 (iki) ədəd ağ fonlu fotoşəkil;
Manatla ödənilmiş viza rüsumu ( 60 €);
Təyyarə biletlərinin (gediş — dönüş) surəti;
Yaşayacağınız yer barədə sənəd (əgər kirayə qalınacaqsa, müqavilə və ya evin sənədlərinin surəti). Yataqxana və ya ailə yanında yerləşəcəyiniz təqdirdə İspaniya səfirliyinə faksla göndərilmiş dəvət məktubu (qalınacaq yer və adres aydın göstərilməlidir);
Tibbi sığorta şəhadətnaməsi (Şengen ölkələri zonası üçün vacibdir);
İş yerindən, şirkət və ya təşkilatın rəsmi sənədində, tutduğu vəzifə, aylıq əmək haqqı (gəlir) və məzuniyyətin müddəti göstərilən arayış;
Maddi gəliri təsdiq edən bank sənədləri — bankda hesab olması haqqında arayış və hesabdan çıxarış;
Səfirliklər tərəfindən bu siyahıda göstərilməyən digər əlavə sənədlər də tələb edilə bilər.
Rəsmi olaraq tanınan Universitetdən qəbul olduğunuzi təsdiq edən sənəd, Universitetin ünvanı, dərslərin keçirildiyi müddət;
Daha əvvəl getmiş olduğunuz İspan dili kursunu təsdiq edən sənəd;
Sizi təmin edəcək ailə üzvünün iş yerindən arayış;
Mülkiyyət və ya uzun müddətli kirayə və ya icarə sənədi;

10/09/2017

Erasmus haqqında məlumat verim.
Salam, Erasmus tələbə və müəllimlərin Avropa Birliyi (AB) ölkələrində, həmçinin İslandiya, Lixtenşteyn, Makedoniya, Norveç və Türkiyədə oxumaq və ya dərs demək (staj keçmək) imkanı yaradan qeyri-kommersiya təşkilatıdır. Proqram filosof Desiderius Erasmus Rotterdamın şərəfinə adlandırılıb. O, avropanın bir çox ölkələrində oxuyub, yaşayıb və ölümündən sonra bütün var-dövlətini İsveçrədə yerləşən Basel Universitetinə miras qoyub.
Xarici pasport
Xarici pasportu əvvəlcədən almalısınız. Yəni müraciət üçün mütləqdir. ASAN xidmət vasitəsilə cəmi 10 gün ərzində 40AZN ödəməklə əldə edə bilərsiniz.
Hansı sənədlər lazımdır?
Universitetdən orada oxuduğunuz haqqında arayış
Fakültədə tutorunuz, baş müəlliminiz ya da artıq sizə sənəd işlərində yardımçı olan şəxs kimdirsə ona deyirsiniz və o sizə 1 gün ərzində bu arayışı təqdim edir. Arayış mütləq ingilis dilinə tərcümə olunub və notariusda təstiq olunmalıdır. Bunu da ASAN xidmətdə edə bilərsiniz. 5AZN tərcümə və 2AZN təstiq.
Akademik transkript
1ci və 2ci kursa aid akademik transkript academictranscript3

Akademik transkript sizin oxuduğunuz müddət ərzində imtahanlardan topladığınız balları, kreditlərin sayını özündə əks etdirən sənəddir. Arayışı kimdən almışdınızsa ondan da xahiş edirsiniz və o sizə bu sənədi verir. Bu sənəd də mütləq ingilis dilinə tərcümə olunmalıdır. Bunu ASAN xidmətdə edə bilərsiniz. Amma əgər sənədlərə artıq pul xərcləmək istəmirsinizsə sadəcə özünüz tərcümə edirsiniz və əgər dekan, dekan müavini və tutor əlçatandısa onlara yenidən imzalatdırırsınız.
Növbəti kursun dərs cədvəli
Növbəti tədris ilində hansı fənləri keçəcəksinizsə onların adı və kredit sayını özündə əks etdirən sənəd. Bunu da eynən akademik transkript və arayış aldığınız şəxsdən istəyə bilərsiniz. Bu sənəd də ingilis dilinə tərcümə olunmalıdır. Təstiqə ehtiyac yoxdur.

İstək məktubu (Motivation letter)

2 ədəd rəy məktubu (Reference letter)

Dil sertifikatı
Erasmusun əksər proqramları İELTS, TOEFL istəmir. Lakin artıq müraciətin son mərhələsində seçdiyiniz universitetin tələbləri üzərinə kliklədikdə kiçik pəncərədə görünür və bu tələblərin içərisində alman dili sertifikatı və ya yuxarıda adını çəkdiyim dil sertifikatları ola bilər. Bu o deməkdir ki, sizin dil sertifikatınız yoxdursa həmin universiteti seçsəniz də qəbul şansınız 0-a bərabərdir. Nəzərə alın ki, sizə yalnız 2-3 universitet seçmək şansı verilir.

Dil sertifikatı istəməyən universitetlərə qəbul şansınızı artırmaq üçün isə sadəcə sizə universitetdə ingilis dili dərsi deyən müəllimlərin birindən rəy məktubu alırsınız. Əlavə sertifikatlarınız, rəy məktublarınız varsa onlari elave edin.
Nə qədər çox sertifikatınız olsa sizin üçün o qədər yaxşıdır. Öz dilimizdə olan sertifikatları tərcümə, təstiq edib göndərmək lazımdır. Heç bir sertifikatınızı göndərməkdən çəkinməyin hətta bu oxuduğunuz və ya oxuyacağınız ixtisasla bağlı olmasa belə. Məsələn hardasa könüllü çalışmısınız və sertifikatınız varsa mütləq göndərin

Kimlər müraciət edə bilməz?

Əgər siz 1ci kursda oxuyursunuzsa müraciət edə bilməzsiniz. Çünki akademik transkriptiniz yoxdur. 2 və 3cü kurs tələbələri rahatlıqla exchange üçün müraciət edə bilərlər. 4cü kurs tələbələri isə yalnız magistr üçün müraciət edə bilərlər.

Oxuduğunuz universitet mütləq Erasmusun müraciət etdiyiniz proqramı ilə əməkdaşlıq etməlidir. Bunu proqramın saytından “partnership” bölməsinə daxil olaraq dəqiqləşdirə bilərsiniz.

P.S. Universitetinizin proqramla partnershipliyi olmasa belə, erasmusa apply edə bilərsiniz. 3 Target qrup var : biri birbaşa universitetdın, biri məcburi köçkün, etnik azlığ olanlar, biri də bayaq dediyim (free candidate).

İki ildən az bir müddətdə Erasmusun hər hansı təqaüdündən yararlanmısınızsa yenidən seçilmək şansınız azdır. Amma yenə də sınamağa dəyər 🙂

Son beş il ərzində bir il müddətində xaricdə yaşamısınızsa yenə də şansınız azdır.

Ən çox verilən suallardan biri də kəsri olan tələbələrin müraciət etməsi ilə bağlıdır. Bu barədə dəqiq məlumat heç bir yerdə qeyd olunmayıb. Lakin məntiqlə fikirləşsək müraciət etsəniz belə müsabiqə şəraitində kəsri olmayan tələbələr sizdən daha üstün olacaqlar və təəssüf ki, seçilmək şansınız azdır.

Hər hansı bir sualınız və ya təklifiniz varsa qeyd sehife vasitəsilə əlaqə yaratmaqdan çəkinməyin.

10/09/2017

Kanadada Dil Kursları
Kanada Şimali Amerikanın həm ingilis, həm də fransız dilli xüsusi ölkəsidir. Kanadada dil təhsilini, ölkənin təbii gözəlliklərini kəşf etmək üçün qatılacağınız gəzintilərlə birləşdirə, maraqlı Kanada mədəniyyətini, ənənə və adətlərini öyrənərək unudulmaz bir təcrübəyə çevirə bilərsiniz.

Kanada memarlığı, mədəniyyəti, təbii gözəlliyi və beynəlxalq festivalları olan bir dövlətdir. Toronto, Vancouver, Ottowa, Victoria və Calgary ingilis dili, Montrealda isə həm ingilis, həm də fransız dili kurslarına qatıla bilərsiniz.

Montreal – bütün dünyada qonaqları cəlb edən Kanadanın ikinci böyük şəhəridir. Dil məktəbimiz, Montreal şəhər mərkəzinin yaxınlığında qurulmuşdur. Montreal, iki dilli bir şəhər olaraq bilinir. Bu səbəblə burada ingilis və ya fransız, ya da hər ikisini eyni anda öyrənə bilərsiniz. Şəhər mədəniyyəti, memarlıq abidələri, təbii gözəllikləri və beynəlxalq festivalları ilə məşhurdur. Tarixi binalar və müasir göydələnlər Montrealu həqiqətən unikal bir şəhərə çevirir. Bu şəhərdə siz bir çox qalereyalar və muzeylər tapa bilərsiniz. Müxtəlif dillərin və mədəniyyətlərin birləşdiyi Montreal xaricdə xarici dil öyrənmək üçün ideal yerdir.

07/09/2017

Greencard proqramında kimlər iştirak edə bilər?
Lotoreyaya orta məktəbi bitirmiş hərkəs iştirak edə bilər. Əgər orta məktəbi bitirməmisinizsə, son 5 ildə istənilən sahədə 2 illik iş təcrübənizin olması müraciət etməniz üçün yetərlidir.

07/09/2017

İngiltərə Tələbə Vizası

İngiltərədə tələbələr üçün iki fərqli kateqoriyada viza mövcuddur;

Qonaq Tələbə Vizası (Student Visitor Visa)
İngiltərədə 6 ay və ya maksimum 11 ay müddətli dil və ya peşə dil kursuna qatılmaq istəyənlərin müraciət edəcəyi viza növüdür. Tələbələrin bu viza növünə müraciət etmələri üçün hər hansı bir dil səviyyəsinə sahib olmaları zəruri deyil. Əgər namizədin İngilis dili səviyyəsi çox aşağı və ya orta səviyyənin altındadırsa, məcburi olaraq bu viza növünə müraciət edəcəkdir. Dil səviyyəsindən asılı olmayaraq 2 həftədən 44 həftəyə qədər davam edən səfər üçün bu vizaya müraciət edilə bilər. Tələbə ziyarətçi vizasının müddəti bitdiyində, ölkəyə qayıtmaq zəruridir. İngiltərə daxilində vizanın uzadılması üçün təkrar müraciət etmək olmaz. Bu viza kateqoriyasına yarı zamanlı iş icazəsi daxil deyil.

Ümumi Tələbə Vizası TİER 4 (TİER General Student)
Ümumi Tələbə Vizası TIER 4, yəni General Student Visa TIER 4, İngiltərədə bakalavr,magistratura,foundation, A level, PhD, dil təhsili kimi proqramlara qatılmaq istəyən şəxslərin müraciət etməsi zəruri olan viza kateqoriyasıdır. Bu vizaya müraciət edə bilmək üçün orta səviyyənin üzərində İngilis dili bildiyinizi sübut etməyiniz lazımdır. Xüsusilə dil kursuna getmək istəyi olan şəxslər bu kateqoriyada viza almalıdırlar. Bu viza ilə universitet təhsili alacan tələbələrə, həftədə 20 saat iş icazəsi verilir. Tier 4 vizası İngiltərədə olarkən istədiyiniz qədər uzadıla bilər.



İNGİLTƏRƏ VİZASI ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR
• Ən az 6 ay etibarlılığı və mövcud viza səhifələri olan pasport.
• Varsa köhnə pasaportunuz.
• İngiltərə Konsulluğu viza ərizə forması. Formanı aşağıdakı linkdən əldə edə bilərsiniz .
Bu forma məsləhətçilərinizin köməyi ilə hamısı İngilis dilində olmaq şərti ilə qara diyircəkli qələm ilə doldurulmalı və tərəfinizdən imzalanmalıdır.
•VAF1 FORMASI
• 2 ədəd yaxın zamanda çəkilmiş vəsiqəlik fotoşəkil. Foto arxası ağ zəmində
çəkilmiş olmalıdır və müraciət formasına yapıştırılmalıdır. Kompüterdə düzəldilən kopyalar qəbul edilmir.
• Mövcud pasaportunuzun 1-dən 4-ə qədər olan səhifələrinin fotokopyaları.
• Viza ödənişi
• Kursun qəbul formasının əsli və fotokopyası. Bunun içərisində olması lazım olan maddələr aşağıdakı kimidir;

a) Kursun qiyməti və ödənilməsi barədə çek,
b) Birləşmiş Krallıqda uyğun yaşayış imkanlarını göstərən sənədlər (əsli + fotokopyası) Məsələn sponsorunuzun ünvanını və göndərildiyi adamın adını göstərən elektrik, su fakturaları və s..
• Maddi vəziyyəti göstərən sənədlər (Valideynlərin / Hüquqi Valideyinin)
a) Maaş cədvəlləri və ya gəlirinizi göstən sənədlər (əsli + fotokopyaları)
b) Əgər iş sahibi isə, firmanın sənədləri: ən son vergi lövhəsi, şirkət imza Bəyannaməsi. (Əlaqədar bəndlərin İngiliscəyə tərcümə edilməsi zəruridir)
c) Bank hesabları və ya balansınızı göstərən bank sənədləri (əslləri + fotokopyaları).
Minimum son 2 aya aid hesab hərəkətləri. Xüsusilə bu məqsədlə bankınızdan
antetli kağızda hesabın hərəkətinin göstərilməsi tələb edilə bilər. Bank məktubunun İngilis dilində olması zəruridir. d) Ailənizin maddi vəziyyətini göstən sənədlər. Məsələn onların maaş cədvəlləri, bank hesabları (əslləri və fotokopyaları)
e) əmlak varsa, bunu sübut edən sənədlər. (Sənəd fotokopyaları, avtomobil sənədləri fotokopyası, səhm sənədi, vs. )
• Əgər uzun, davamlı universitet tələbəsi olaraq gedirsinizsə Birləşmiş Krallıqdakı universitetin şərtsiz qəbul məktubu (əsli + fotokopyası)
• Əgər Azərbaycanda tələbəsinizsə tələbə arayış sənədi, təhsil sənədləri və qiymət cədvəliniz.
• Məzun olanlar üçün aldığınız son diplom və ya ekvivalent sənəd və qiymət cədvəli.
• İngilis dili biliyinizi göstərən sənəd.
• Sponsorunuzdan (əgər varsa):
a) Sponsorunuz tərəfindən imzalanmış dəvət yazısı (əsli + fotokopyası) İngilis dilində olması zəruridir.
b) Yaşayış detallarınız və məbləği,
c) Həftədə neçə saat təhsil alacağınız,
d) Kursun başlanğıc və bitmə tarixləri,
• 18 yaşın altında ana-ata/valideyn ilə səyahət etməyən bütün uşaqlar yanlarında valideynləri / qanuni valideynləri tərəfindən uşaqlarının səyahət etmələrinə icazə verdiklərini təsdiq edən notariusdan təsdiq sənədi (əsli + fotokopisi) İngilis dilində olması zəruridir.
• Kişi müraciətçilər əsgərlik vəziyyətlərini bildirən sənəd gətirməlidirlər (surəti). İngilis dilində olması zəruridir.

Tələbə (Uzunmüddətli Şagirdlər) / Tələbə Namizədi vizası üçün Lazım olan Sənədlər

• Ən az 6 ay etibarlılığı və mövcud viza səhifələri olan pasport.
• İngiltərə Konsulluğu viza ərizə forması. Formanı aşağıdakı linkdən əldə edə bilərsiniz. Bu forma məsləhətçilərinizin köməyi ilə hamısı İngilis dilində olmalıdır və qara diyircəkli qələm ilə doldurulmalı və tərəfinizdən imzalanmalıdır.
– VAF 3 FORMASI
• 2 ədəd yaxın zamanda çəkilmiş vəsiqəlik fotoşəkil. Foto arxası ağ zəmində çəkilmiş olmalıdır və müraciət formasına yapışdırılmalıdır. Komputerdə düzəldilmiş kopyalar qəbul edilmir.

• Mövcud pasaportunuzun 1-dən 4-ə qədər olan səhifələr

04/09/2017

1830-cu ildə Nyu-York şəhər meriyasında üç gün davam edən "Ədəbi və elmi konvensiya" çərçivəsində 100-dən çox nümayəndə London Universitetinə oxşar bir ali təhsil müəssisəsi yaratmaq qərarına gəlir. Yeni universitet yaradıcıları məqsədlərini həyata keçirmək üçün ştat və şəhər rəhbərliyindən maddi dəstək istəyir, lakin onların müraciəti etirazla qarşılanır. Öz vəsaitləri hesabına 100000 ABŞ dolları toplayan təsisçilər özəl kollec yaradır və ABŞ-ın üçüncü prezidenti Tomas Ceffersonun vaxtında xəzinə katibi olmuş Albert Qallin kollecin prezidenti təyin edilir. Lakin bir il sonra kollecin proqramı ilə bağlı ziddiyyətli vəziyyət yarandığı üçün o, istefaya göndərilir.
1831-ci il aprelin 21-də yeni yaradılan ali məktəb Nyu-York ştatı qanunvericilik orqanı tərəfindən universitet statusu qazanır. Bir il sonra dünyəvi Nyu-York Universiteti icarəyə götürdüyü dördmərtəbəli Klinton binasında ilk dərslərinə başlayır. 1835-ci ildə universitetin hüquq fakültəsi, eləcə də peşə məktəbləri açılır. Bir müddət sonra universitetin Vaşinqton-Skverdə yerləşən əsas kampusunda tələbə sıxlığı yarandığı üçün Nyu-York şəhərinin Bronks rayonunda yeni Hayts kampusu istifadəyə verilir. Bu kampusa universitet 1894-cü ildə kansler Henri Mitçell MakKrakenin rəhbərliyi altında köçür. Tədricən universitet bu kampusda yerləşdirilir. 1914-cü ildə yalnız universitetin Hüquq Məktəbi Vaşinqton-Skverdə qalır.
1960-cı illərin sonu, 1970-ci illərin əvvəlində Nyu-York ştatını maliyyə böhranı bürüyür. Böhran Nyu-York Universitetindən təsirsiz ötüşmür. 1973-cü ildə universitetin prezidenti Ceyms Maknoton Hester ali məktəbin iflasının qarşısını almaq üçün Hayts kampusunu satır. Universitet bütünlüklə Vaşinqton-Skverə köçür.
Ötən əsrin 80-ci illərində Nyu-York Universiteti keçmiş şöhrətini bərpa etmək məqsədi ilə 1 milyard dollarlıq layihə həyata keçirir. Layihə işləri 15 il üçün nəzərdə tutulsa da, 10 ilə tamamlanır. Bununla da təhsil ocağının yeni inkişaf dövrünün əsası qoyulur. 2003-cü ildə isə universitetin prezidenti Con Sikston ali məktəbin kafedraları və maliyyə resurslarının inkişafı üçün 2,5 milyard dollarlıq layihə proqramı qəbul edir. Hazırda Nyu-York Universiteti sürətli inkişaf yolunda uğurla irəliləməkdədir.

04/09/2017

Amerika Birləşmiş Ştatları xaricdə təhsil xəyallarınızı həyata keçirmək üçün ən yaxşı seçimdir. Hal-hazırda, xaricdə təhsil alan beynəlxalq tələbələrin 30%-i (təxminən 672,000) ABŞ-ın müxtəlif universitetlərində və institutlarında təhsil alır.
Amerika universitetləri öz təhsil, təlim və tədqiqat keyfiyyətləri ilə hər kəsə bəllidir. Universitetləri ali təhsil sistemlərinin imkanlarına, mühitinə, əlaqələrinə və nəticələrinə əsasən qiymətləndirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) hazırladığı 2012-ci il ali təhsil sistemləri siyahısında ABŞ yüksək yer tutur.
ABŞ-da təhsil beynəlxalq tələbələrin dünyanın ən yaxşı təhsil müəssisələrində istədikləri dərəcəni alması üçün geniş imkanlar yaradır. Bakalavr tələbələrinə fənnlər və ixtisas sahələri üçün qabaqcıl proqramlar təklif olunur. Magistratura və doktorantura tələbələrinə dünyanın ən yaxşı tədqiqatçıları ilə birgə işləmək və öyrənmək imkanları təklif olunur.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku
95

Opening Hours

Monday 10:00 - 19:00
Tuesday 10:00 - 19:00
Wednesday 10:00 - 19:00
Thursday 10:00 - 19:00
Friday 10:00 - 19:00
Saturday 10:00 - 19:00