Biz uşaqların fiziki və psixoloji, həmçinin intelektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, sağlam və intelektual gələcək nəsil formalaşdırmağa çalışırıq. Biz “Xoşbəxt uşaq hər zaman uğur əldə edəcək!” prinsipinə inanaraq, uşaqların özlərini tanımaq və ifadə etmək, həmçinin uşaqlar üçün əylənərək öyrənmək imkanı yaradırıq. Bağçada tədris qrupları:
Kiçik Yaş Qrupu –1,5 yaşda
n 3 yaşadək rus və azərbaycan dilli qrup
Orta Yaş Qrupu – 3 yaşdan 4 yaşadək rus və azərbaycan dilli qrup
Böyük və Məktəbə Hazırlıq Qrupu – 4 yaşdan 6 yaşadək rus dilli qrup
Böyük və Məktəbə Hazırlıq Qrupu – 4 yaşdan 6 yaşadək azərbaycan dilli qrup
Məşğələlər 20 nəfərlik qruplarda keçirilir. Qruplarda uşaqlarla işi tərbiyəçi, müəllimə və dayə həyata keçirir. Bağçada uşaq psixoloqu və pediatr xidmətləri də mövcuddur. Bağçada tətbiq edilən proqramlar və xidmətlər:
Məktəbə Hazırlıq və Savad Təlimi Proqramı – Oxu (bədii ədəbiyyat üzrə iş), Yazı (hərflər üzrə iş), Say (sadə riyazi təsəvvürlərin inkişafı), Ətraf aləmlə tanışlıq (təbiət və ictimai həyat hadisələri ilə tanışlıq), Məntiqi Oyunlar
İnkişaf Etdirici Proqram – Rəsm, Kəsib-yapışdırma (Kağız İşi), Quraşdırma (Konstruksiya və Puzzle), Gil işi, Nəğmə, Rəqs, Bədən tərbiyəsi, Diskusiya Klubu, Sensor Məşğələ, Şahmat
Xarici Dil Proqramı – İngilis Dili, Rus dili, Danışıq Klubu
Əyləncə Proqramı – Film Klubu, Nağıl Saatı, Kukla Teatrı, Müxtəlif tədbirlər, Gəzinti
İstirahət və Qidalanma – Səhər Yeməyi, Meyvə Saatı, Nahar, Şirniyyat Saatı, Şam Yeməyi, Yuxu Saatı
Xidmət Sahələri – Psixoloq, Pediatr, Şənliklərin Təşkili
İş Qrafiki:
Biz həftənin 5 günü 8:30 – dan 18:00 – dək fəaliyyət göstəririk. Bağçada qidalanma vaxtları gündəlik 5 dəfə olmaqla, 9:00 – Səhər Yeməyi, 10:30 –Meyvə Vaxtı, 12:30 – Nahar Yeməyi, 16:30 –Şirniyyat Vaxtı, 17:30 – Axşam Yeməyi təmin edilir. Bağçada istirahət vaxtı gündə 1 dəfə olmaqla, 13:00 – dan 15:00 – dək həyata keçirilir. Bağçada məşğələlər gündəlik 5 dəfə olmaqla təşkil edilir. Bizim üstünlüklərimiz:
- Online izləmə
- Gündə 5 dəfə məşğələ və qidalanma
- Hər qrupda 3 nəfərin – tərbiyəçi, müəllimə və dayənin iş aparması
- Hər qrupda maksimum 20 uşağın olması
- Bağçada 5 gün 10 saat xidmətin olması
- Məktəbə hazırlıq, xarici dil, inkişaf etdirici, əyləncə proqramlarının tətbiq edilməsi
- Uşaqların ehtiyaclarına fərdi yanaşma
- Professional işçi heyəti
- İşçi heyətinin davamlı yoxlanılması və təkmilləşdirilməsi
- Xüsusi istilik və havalandırma sistemi
- Xüsusi təhlükəsizlik tədbirləri
- Yüksək keyfiyyətli və zövqlü təmir
- Keyfiyyətli və standartlara cavab verən tədris ləvazimatları və ərzaq məsulları
- Gündəlik tibbi nəzarət və həftəlik tibbi yoxlama
Ünvan: Ceyhun Hacıbəyli 112 (Dədə Qorqub Parkının yanı)
Mob.: (070) 666 00 05
Tel.: (012) 555 58 02
Email: [email protected]