13/02/2024
Ağ ayı sendromu🐻❄️
"Ağ ayı sendromu" düşüncənin qarşısını almağa çalışarkən,düşüncəni canlı tutma vəziyyətidir.
Sendrom professor Daniel Veqnerin tələbələri arasında apardığı eksperiment nəticəsində ortaya çıxmışdır. Normalda ağ ayı xüsusi bir marağı olmayan biri üçün nəzərdə tutulacaq bir canlı deyil. Lakin eksperimentin əsas məqsədi tələbələrin hər hansı bir predmet haqqında düşünməyə qadağa qoyulduğu zaman onların reaksiyası idi.
İnsan bəzi anlarda xatırlamaq və ya düşünmək istəmədiyi bir düşüncə ilə baş-başa qalır.Şüurlu şəkildə düşünməkdən qaçmaq cəhdlərimiz onların daha çox üzə çıxmasına səbəb olur. Bunu ilk dəfə izah edən Dostoyevski deyir:
"Ağ qütb ayısı haqqında düşünməkdən
çəkinin.Bu barədə düşünməkdən qaçdıqca, o şeyin lənətlənmiş kimi hər dəqiqə ağlınıza gələcəyini görəcəksiniz."
Qaçmaqdan qurtulmağın yolu,vəziyyətlə bağlı duyğuları azad etməkdir. Beyninizdəki p*s və arzuolunmaz fikirlərə daha az əhəmiyyət verdiyiniz zaman onların təsirlərinin tədricən yox olunduğunu hiss edəcəksiniz.