20/02/2026
Bu gün Fransa səfirliyində Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut ilə Kitabıstanın həmtəsisçiləri Şəhriyar Məcidzadə və Mələk Hacıyeva (eyni zamanda Gender Media Watchun təsisçisi) arasında görüş keçirilib.
Görüş zamanı qadın hüquqlarının ictimai və onlayn məkanda müdafiəsi ilə bağlı olduqca maraqlı və əhəmiyyətli müzakirələr aparılıb.
ərəfəsində bu görüş bir daha göstərir ki, gender bərabərliyi və qadın hüquqlarının təmin olunması istiqamətində həmrəylik olduqca vacibdir.
Bu xoş qəbula və səmimi müzakirəyə görə öz təşəkkürümüzü bildiririk. Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi
09/02/2026
Danimarka Jurnalistlər İttifaqının prezidenti Allan Boye Tulstrup Kitabıstana eksklüziv müsahibə verib.
O, Kitabıstanın həmtəsisçisi Mələk Hacıyeva ilə söhbətində Danimarka media modeli, Danimarka mediasında gender əsaslı ayrı-seçkilik də daxil olmaqla, jurnalistlərin problemlərinin həlli və müasir media çağırışlarının öhdəsindən necə gəlindiyi barədə ətraflı danışıb.
Cənab Tulstrupun Kitabıstanın oxucularına hansı kitabı tövsiyə etdiyini bilmək istəyən izləyicilərimizin gözü Kitabıstanda olsun. 🙃
Müsahibə yaxın günlərdə paylaşılacaq.
30/01/2026
Deyirlər ki, dünyanın heç bir yerində tapa bilməyəcəyiniz kitablar Vatikan kitabxanasında var. Amma bu kitabxana hər kəs üçün açıq deyil. Çünki bunun üçün xüsusi icazə tələb olunur.
Tapa bilmədiyiniz hansı kitabı əldə edib oxumaq istəyərdiniz?
22/01/2026
Bu gün böyük əhəmiyyətə sahib Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsinin (TPNW) qüvvəyə minməsinin 5 ili tamam olur.
22 yanvar 2021-ci ildə TPNW nüvə silahlarını tam şəkildə qadağan edən ilk hüquqi sənəd kimi qüvvəyə mindi və beynəlxalq hüquq tarixində dönüş nöqtəsi yaratdı. Bu müqavilə nüvə silahlarının hazırlanmasını, sınaqdan keçirilməsini, istehsalını, saxlanmasını, istifadəsini və istifadə ilə hədələnməni qadağan edir.
TPNW nüvə silahlarının yaratdığı humanitar, ekoloji və insan hüquqları baxımından fəlakətli nəticələri tanıyır və beynəlxalq ictimaiyyətə açıq çağırış edir ki, nüvə silahları qeyd-şərtsiz qadağan olunmalıdır.
Bu günə qədər 70-dən çox dövlət bu müqaviləni ratifikasiya edib. Bu da qlobal miqyasda nüvə tərksilahına və təhlükəsizliyə dair böyüməkdə olan siyasi iradənin göstəricisidir.
Qeyd etmək istərdik ki, International Campaign to Abolish Nuclear Weapons (ICAN) bu müqavilənin qəbulunda həlledici rol oynayıb və bu xidmətlərinə görə 2017-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Kitabıstan olaraq Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) rəsmi tərəfdaşı kimi inanırıq ki, nüvə silahlarının qadağan edilməsi təkcə qlobal təhlükəsizlik məsələsi deyil, həm də insan hüquqları, ekoloji ədalət və gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir.
TPNW-nin 5 illiyi münasibətilə nüvə silahlarından azad bir dünya naminə fəaliyyətimizi davam etdirməyə sadiq olduğumuzu bir daha bəyan edirik. Tərəfdaşlarımızı, həmfikirlərimizi və dünyanın nüvə silahı təhlükəsindən xilas olmasını istəyən hər kəsi bu əlamətdar gün münasibətilə təbrik edir və daha təhlükəsiz bir gələcək naminə əzm və uğur arzulayırıq.
31/12/2025
Yeni ildə oxuyacağınız ilk kitab hansıdır?🙃
18/12/2025
2026-cı ildə hansı kitabı oxumağı planlaşdırırsınız?🙃
15/12/2025
Dekabrın 13-də “Gender & Media Watch”, Kitabıstan və Tekst Medianın tərəfdaşlığı ilə həyata keçirilən gender əsaslı ayrı-seçkilik və nifrət nitqi ilə bağlı tədqiqatın hesabat təqdimatı olub. Sözügedən tədqiqatda media monitorinqi, eləcə də ictimai rəy sorğusunun nəticələri və bu nəticələr əsasında aparılan təhlillər yer alır.
Böyük marağa səbəb olan təqdimatda geniş ictimaiyyətlə yanaşı, Avropa İttifaqının Azərbaycandakı səfiri xanım Mariyana Kuyundziç (Delegation of the European Union to Azerbaijan), Litvanın Azərbaycandakı səfiri cənab Kestutis Vaşkeleviçus (Lietuvos ambasada Azerbaidžane / Embassy of Lithuania in Azerbaijan), İsveçin Azərbaycandakı səfiri cənab Tobias Lorentzson (Embassy of Sweden in Baku), Latviyanın Azərbaycandakı səfiri cənab Edqars Skuya (Embassy of Latvia in Azerbaijan), eləcə də Fransanın Azərbaycandakı səfirinin müşaviri Tifen Puaru (Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi), Almaniyanın Azərbaycandakı səfirinin müşaviri Benedikt Göbel (Deutsche Botschaft Baku / Almaniya Səfirliyi Bakı), Belçikanın Azərbaycandakı səfirlinin müşaviri Sara fon Bugenhaut (Embassy of Belgium in Baku), BMT-Qadınlar Azərbaycan nümayəndəsi Aleksandra Voronova (UN Women Europe and Central Asia), Nokia Azərbaycan şirkətinin nümayəndəsi Yekaterina Şişova iştirak edərək gender əsaslı zorakılıqla mübarizə çərçivəsində keçirilən 16 günlük kampaniyanın sonunda qadınlara yönəlik zorakılığa qarşı bir daha həmrəylik nümayiş etdiriblər.
Biz Kitabıstan olaraq bir daha BMT-nin DİM 5-ə sadiqliyimizi vurğulayırıq.
Təqdimat haqqında daha ətralı oxumaq üçün şərhdəki linkə daxil ola bilərsiniz 🙃
11/12/2025
Dekabrın 13-də saat 13:00-da “Gender Media Watch” təşəbbüsünün Kitabıstan və Tekst Media ilə birgə “Azərbaycan mediasında qadınlara qarşı nifrət nitqi və diskriminativ narrativlər” mövzusunda apardığı tədqiqatın təqdimatı keçiriləcək. Təqdimatda iştirak etmək istəyənlər şərhdəki linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
11/12/2025
Ötən gün Fransanın Azərbaycandakı səfiri xanım Sofi Laqut və Kanadanın Azərbaycandakı səfiri cənab Kevin Hamiltonun dəvəti ilə Kitabıstanın həmtəsisçisi, “Gender Media Watch”un təsisçisi Mələk Hacıyeva “Backlash: Misogyny in the Digital Age” filminin nümayişində iştirak edib. Bu film gender əsaslı zorakılığa qarşı 16 günlük kampaniya çərçivəsində Fransa səfirinin iqamətgahında nümayiş edilib.
Lea Klermon-Dion və Gilen Maruanın rejissoruluğu ilə ərsəyə gətirilən film mizoginiyanın müxtəlif formalarının ağır nəticələrini göstərməklə qadınlara qarşı nifrət mövzusuna diqqət çəkir.
Ambassade de France en Azerbaïdjan / Fransanın Azərbaycandakı Səfirliyi
Canada in Türkiye
08/12/2025
Kitabıstanın həmtəsisçisi, "Gender & Media Watch" təşəbbüsünün təsisçisi Mələk Hacıyeva Brüsseldə keçirilən 2025-ci il Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitində iştirak edib.
Daha ətraflı məlumat üçün şərhdəki linkə daxil ola bilərsiniz 🙃
05/12/2025
Maarifpərvər, heç şübhəsiz, demokrat olmalıdır. Çünki maarifçilik bir fikri zənginləşdirərək ən mükəmməl hala gətirməyi özünə vəzifə seçməkdir. Bütün mütərəqqi fikirlər məhz demokratiyanın əsəridir. Fikirlərinizi səsləndirdikdə qarşı tərəfdən dözümsüz münasibət görmüsünüz?