238 nömrəli tam orta məktəb

238 nömrəli tam orta məktəb N.Həmzəyev adına 238 saylı tam orta məktəb

18/08/2026
18/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsi 27 avqustda başlayacaq!

🎓 Qəbulun II mərhələsinə 27 avqust tarixindən etibarən start veriləcək və müraciətlər 3 sentyabr tarixinədək davam edəcək.

💻 Müraciətlər portal.edu.az üzərindən elektron qaydada həyata keçiriləcək.

📌 Peşə təhsili almaq istəyən namizədləri müraciət tarixlərini diqqətdə saxlamağa dəvət edirik.

Məktəbimizin böyük uğuru. Məzunumuz Ayxan Xəlilov Çində böyük uğur qazanıb, 80-dən çox ölkə arasında Azərbaycanın bayrağ...
13/08/2026

Məktəbimizin böyük uğuru. Məzunumuz Ayxan Xəlilov Çində böyük uğur qazanıb, 80-dən çox ölkə arasında Azərbaycanın bayrağını zirvələrə qaldırıb!
​Çinin Pekin şəhərində keçirilən və robototexnika sahəsində dünyanın ən nüfuzlu tədbirlərindən biri sayılan "RobotChallenge 2026" beynəlxalq çempionatında ölkəmiz növbəti tarixi uğuruna imza atıb. Dünyanın 80-dən çox ölkəsindən minlərlə istedadlı gəncin və komandalarının qatıldığı bu mötəbər yarışda Azərbaycanı layiqincə təmsil edən Ayxan Xəlilov gümüş medal qazanaraq dünya 2-cisi olub.
Dünyanın aparıcı ölkələrindən gələn ən güclü rəqiblərini geridə qoyaraq fəxri kürsüyə qalxmaq Ayxan Xəlilovun mühəndislik, proqramlaşdırma və innovativ düşüncə sahəsindəki üstün bacarığının göstəricisidir.
​Pekində üçrəngli dövlət bayrağımızı beynəlxalq arenada ucaldan məzunumuz Ayxan Xəlilovu bu böyük uğuru münasibətilə təbrik edir, gələcək layihələrində yeni-yeni yüksək zirvələri qazanmağını arzulayırıq!

28/07/2026
24/07/2026

ℹ️ "Təhsil Saatı" verilişində yeni mövzu ilə canlı yayımda olacağıq

📍 Mövzu: Yeni təmayül tədris modeli

✅ Qonaq: Turanə Məcidli (Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini)

🗓️ Tarix: 27 iyul 2026-cı il, 15:00

👇 Mövzu ilə bağlı suallarınızı şərh bölməsinə yaza bilərsiniz 🗨️

Address

Əliağa Kürçaylı 3
Baku
1060

Alerts

Be the first to know and let us send you an email when 238 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category