24/08/2022
📌 Vəsaitimiz uğurlu debüt edib bir neçə proseduru keçərək, orijinal vəsait kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində rəsmi qeydiyyata alınmışdır. 📄
📌 Səməndər müəllimlə (Səməndər Həsənov) birlikdə yazdığımız göz nurumuz, yuxusuz gecələrimizin məhsulu olan Azərbaycan dili vəsaitimiz 3 sentyabrdan satışda olacaq. 📚
Kitabda tapşırıqlar, dərsliklər əsasında tərtib olunmuş lüğətlər, nəzəri məlumatların sadə üsullarla izahı yer alır. 📜
📌 Vəsait şagirdlər, abituriyentlər, Müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarına hazırlaşan müəllimlər və Dövlət qulluğu imtahanına hazırlaşanlar üçün nəzərdə tutulmuşdur. 📝
Müşahidələr göstərir ki, əksər hallarda dövlətin təhsil və dərslik siyasətinin əksinə olaraq yenə əzbərçiliyə, hazır formalara üstünlük verilir.
👨🏫Vəsait Azərbaycan dilini kor-koranə əzbərləmək yox, məntiqi nəticələrlə, daha asan üsullarla öyrənməyi qarşısna məqsəd qoyur.