05/07/2025
‼️ DİQQƏT . Appelyasiya üçün müraciətlərə başlandı.. 48 saat vaxtınız var.. Aşağıdakı sualları hamı şikayət etsin! Düz ya səhv olmasından asılı olmayaraq.. Bu gün ola bilər ki, bu suallarda çıxdaşla düz cavab almaq olur, amma indi buna sussaq , sabah daha da artığını edəcəklər.. Səssiz qalmayın..
Şəxsi səhifə ===) Müraciətlər====)Yeni müracit====) Sualın məzmunu====)Düzgün cavab yox idi və ya bir neçə düzgün cavab var idi.
3 müraciət hazırlayın..
1.
Salam. İmtahanda bir neçə sualda variantlarda uyğunsuzluq olduğu üçün həmin sualları doğru götürmənizi xahiş edirəm.. Manna ilə bağlı sualda Ualli dövründə Assuriyaya kömək edilməyib.. XVI əsr səfəvi Xəritə sualında Xorasanın Məhəmməd Xudabəndə dövründə işğal olunması yazılıb.. Halbuki kitabda X sinifdə Xəritə üzərində 1588-1589-cu illər qeyd olunur.. Bu isə Xudabəndə dövrünə düşmür.. Buna görə mən düzgün cavabı tapmaqda çətinlik çəkdim.
2. Teymuri və Ağroyunlu müqayisə sualında sual variantlarında Teymurilərin Səfəvilərlə mübarizəsi qeyd olunur..Onu səhv götürdülər.. 7-ci sinif Azərbaycan tarixində səh 82-də açıq aydın Teymurilərlə döyüşən qüvvələr arasında Ərdəbil hakimlərinin də adı çəkilir. Biz də bilirik ki, həmin dövrdə Ərdəbil hakimləri Səfəvilər idi.. Buna görə mən bu sualda doğru cavab tapmaqda çətinlik çəkdim.
3. İbtidai icma sualı Sualın şərti dolanbac qoyulmuşdu.. Variantlarda da yazılırdı ki, sümük və daş üzərində incəsənət nümunələrinin meydana gəlməsi.. Burda yazmır ki, ilk dəfə meydana gəlməsi.. Ona görə də bu sual da bizim xeyrimizə hesablanmalıdır. Biz sual salanın nə düşündüyünü düşünmək məcburiyyətində deyilik.
Mütləq !! Hər kəs bunu etsin.. Onsuz da bu məsələ şişəcək.. Belə qalmayacaq. Söhbəti böyük yerlərə çıxardıram..Amma nə qədər çox adam eləsə şikayəti o qədər effektiv olar.. Hər kim ki, tarix fənninin gələcəyinə biganə deyil, hamı şikayət etsin..MİQ-də iştirak etməyənlər də ən azından bacardığı qədər yaysın..
Hər şey əla olacaq! Darıxmayın!!