14/01/2016
Diqqət diqqət! Oxuyun və vaxt itirmədən müraciət edin!
Macarıstanda ödənişsiz və təqaüdlü təhsil almaq şansı!
Macarıstan hökuməti hər il Azərbaycandan olan 200 tələbənin Macarıstanın dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb.
Təqaüdlər aşağıdakı xərcləri qarşılayır:
- təhsil haqqı;
- əsas kitablar və tədris materialları;
- yataqxanada qalmaq haqqı və ya 30 000 macar forinti (təxminən 160 AZN) kirayə haqqının qarşılanması üçün yardım;
- tibbi sığorta xərcləri;
- aylıq təqaüd: bakalavr və magistratura tələbələri üçün 40 460 macar forinti (təxminən 220 AZN), doktorantura tələbələri üçün 100 000 macar forinti (təxminən 540 AZN).
Dərhal müraciət edin və 200 nəfərdən biri olun!
Tel: 050 993 68 21, 012 498 81 64
Təqaüdlər aşağıdakı dərəcə proqramlarını əhatə edir:
- bakalavr (adətən 3 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
- magistratura (adətən 2 il): kənd təsərrüfatı və su menecmenti, təbiət elmləri və davamlı inkişaf, səhiyyə elmləri, turizm, mühəndislik, informasiya texnologiyaları, iqtisadiyyat, biznes və menecment.
- doktorantura (adətən 3 il): müxtəlif.