20/03/2022
Göydən düşən işığın, istiliyin bəşər oğlunun doğuluşunun əzəlində, mayasında mövcud olduğunun sübutu insanın təbiətə tapınmasıdır. Əbəs deyil ki, İşığın mənbəyinə-Günəşə, Aya, Ulduzlara tapınan insan həmişə ümidini göylərə bağlamış, təsəllini göylərdə aramış və əllərini göyə qaldırıb göy üzündən pənah diləmişdir. Bəşər göyə məxsus işığı odun kəşfi ilə əbədiləşdirildi və tonqalla rəmziləşdirdi. İnsanların ocaq başına toplaşması əbədi işıqdan varlığına nur çəkməsinin Yerdəki nişanəsidir. Ocağın Vətənləşməsi, Dədə-baba yurdunu-lap başlanğıcı ehtiva etməsi, əski Türk təqviminin ilk ayının "Ocaq" adlandırılması da məhz bu inancla bağlıdır.
İşıq, istilik Xeyrin, Qaranlıq, soyuq isə Şərin əlaməti sayılır. Xeyrin zamanı Yazın gəlişi ilə başlayır. Novruz-Yaranış, Oyanış, Yenilənmə, Yaranmışın xislətindəki Xeyrə meylin, Şükran duyğusunun təntənəsidir!
"Novruz Bayramı"nız mübarək!
19/03/2022
18/03/2022
17/03/2022
16/03/2022
14/03/2022
14/03/2022
13/03/2022
11/03/2022
10/03/2022
07/03/2022