Business Management School

Business Management School Professional Training Center Business Management School (BMS) təlim mərkəzi öz fəailiyyətini 2015 ci ildən başlamışdır.

BMS-in fəailyyəti Azərbaycan hüdudlarında biznesin inkişafı üçün ehtiyac duyulan ixtisaslara aid yerli və xarici mütəxəssislərin iştirakı ilə təlimlərin təşkil olunması və peşəkar kadrların hazırlanmasından ibarətdir. Azərbaycanda biznes mühitinin sürətli şəkildə inkişafı, müxtəlif biznes sahələrində bacarıqlı kadrlara ehtiyac yaratmışdır. Xüsusəndə, qlobal şirkətlərlə əməkdaşlıq və qloballaşma nə

ticəsində baş verən iqtisadi proseslərin bir başa Azərbaycan iqtisadiyyatına təsiri bu yöndəki təlimlərin təşkilini zəruriləşdirmişdir. ABŞ və Avropa ölkələrdə son illərdəki iqtisadi artım və bu artıma səbəb olan texnoloji innovasiyalar, bu ölkədəki professional elm mərkəzlərinin mövcudluğundan xəbər verir. Bizim məqsədimiz, həmin mərkəzlərdəki professional kadrları ölkəmizdə təşkil edəcəyimiz təlimlərə cəlb edərək öz bilik və təcrübələrini yerli mütəxəssislərimizlə bölüşməklərini təmin etməkdir. Həmçinin son illər xaricdə təhsil alıb öz biliklərini nüfuzlu şirkətlərdə təcrübəyə çevirən gənc kadrlarımızın təcrübələrini sizlərə çatdırmaqda vasitəçi olmaq bizim fəaliyyətimizin bir hissəsidir. Məqsəd Azərbaycanda biznes əməliyyatlarının idarə olunması üzrə kadr çatışmazlığı sahəsində yeni kadrlarla təmin etmək və bu sahədə keyfiyyət nişanəsi olmaqdır. Missiyamız, adımızdan da bəlli olduğu kimi, biznes menecmentiı sahəsində bir bilik mərkəzi, biznes üzrə idarəetmə məktəbi yaratmaqdır. Şirkətdə biznes proseslərinin, insan resursları üzrə əməliyyatlarının, logistik əməliyyatları,İnventarın idarə edilməsi, keyfiyyət menecmentinin yaradılması, İdarəetmə əməliyyatları üçün kompyuter modelləşməsinin yaradılması,Xətti proqramlaşdırılmanın,servis əməliyyatlarının aparılması üzrə təlimlər tədris olunacaqdır

Qarşılıqlı faydalı əməkdaşlıq arzusu ilə.

10 ildir ki uğurla tədris etdiyimiz, 600-dən çox HR-ın karyerasında dönüm nöqtəsi olmuş HRM - İnsan Resurslarının İdarə ...
20/08/2026

10 ildir ki uğurla tədris etdiyimiz, 600-dən çox HR-ın karyerasında dönüm nöqtəsi olmuş HRM - İnsan Resurslarının İdarə Edilməsi təliminin 46-cı sessiyası uğurla davam edir.

Peşəkar təlimçilərimizdən Fərid Tağıyevin təqdimatında keçirilən təlimin 3-cü modulunda iştirakçılar A-dan Z-yə İstedadların cəlbi prosesini və müsahibə texnikalarını dərindən mənimsəyərək öyrəndilər.

Siz də HR karyeranızda dönüş yaratmaq, İnsan Resursları İdarəçiliyi funksiyalarını tətbiq edərək bizneslər üçün icraçı rolundan strateji tərəfdaşa keçmək istəyirsinizsə, təlimin növbəti sessiyasında iştirak üçün müraciət etməyə tələsin.

Şərhdə "+" yazın, sizə ətraflı məlumat təqdim edək.

Bu təlim HR mütəxəssislər üçündür, hansı ki onlar peşəkarlaşmaq, rutin inzibati işlərdən strateji idarəetmə sistemləri q...
14/08/2026

Bu təlim HR mütəxəssislər üçündür, hansı ki onlar peşəkarlaşmaq, rutin inzibati işlərdən strateji idarəetmə sistemləri qurmağa keçid etmək, rəqabət üstünlüyü qazanmaq və karyera yüksəlişinə nail olmaq istəyirlər.

Bir təlimlə bütün bunlara nail olmaq mümkündür? Əlbəttə, çünki bu təlim hər biri ayrılıqda bir təlimə bərabər olan 9 moduldan ibarətdir, tədris 6 peşəkar təlimçi tərəfindən aparılır, metodikası tam praktikdir. Bu təlimdə iştirak etməklə siz məlumat və bilik yığını ilə yüklənmirsiz, praktiki, öyrəndikləriniz işinizdə tətbiq etmə bacarığı qazanırsınız.

Növbəti sessiyada iştirak etmək üçün qeydiyyatdan keçməyə tələsin!
Şərhə "+" yazın, ətraflı məlumat təqdim edək.

13/08/2026

Araz Supermarket -in rəhbər heyəti üçün BMS olaraq peşəkar təlimçimiz Elşən Bədirxanovun təqdimatında təşkil etdiyimiz "Praktiki Liderlik" təlimi 4-cü qrup üzrə uğurla keçirildi. Elşən bəy dəyərli bilik və təcrübələrini iştirakçılarla paylaşdığı üçün təşəkkür edir, bütün təlim iştirakçılarına maksimum faydalılıq arzulayırıq.

Təlimin sonunda iştirakçılar:
✓ Effektiv qərarlar qəbul etməyi
✓ Komandanı motivasiya etməyi
✓ Düzgün delegasiya etməyi
✓ Effektiv geribildirim verməyi
✓ Konfliktləri idarə etməyi
✓ Çətin situasiyalarda liderlik etməyi
✓ Komandanın performansını yüksəltməyi
✓ Nəticəyönümlü liderlik tətbiq etməyi öyrəndilər.

Siz də əməkdaşlarınızın peşəkar inkişafını BMS-ə həvalə edin ki, maksimum nəticəyə nail olasınız.

Hər HR Performans menecment sistemini qurmağı və idarə etməyi bacarmır. Bacaranlar isə şirkətləri üçün də, karyeraları ü...
12/08/2026

Hər HR Performans menecment sistemini qurmağı və idarə etməyi bacarmır. Bacaranlar isə şirkətləri üçün də, karyeraları üçün də fərq yaradır.
Biz sənə ədalətli, işlək və məhsuldar performans menecment sistemini qurmağı öyrədəcəyimizi vəd edirik.
Fərq yaradan, rəqabət üstünlüyü qazanan HR-lardan olmaq istəyirsənsə, elə indi qeydiyyatdan keç. 3-cü sessiyamız başlayır.

Təlim haqqında ətraflı məlumat əldə etmək üçün şərhdə "+" yazın.

12/08/2026

Sözün əsl mənasında peşəkarlaşmaq, HR idarəetmə funksiyalarını tətbiq edə biləcək səviyyədə öyrənmək, fərq yaratmaq və rəqabət üstünlüyü qazanmaq istəyən HR-lar, diqqət!

HRM - İnsan Resurlarının İdarə edilməsi təlimində siz 9 modul üzrə idarəçilik funksiyalarını sabah işinizdə tətbiq edə biləcək səviyyədə öyrənəcəksiniz.

Jabir Suleymanli, Emil Huseyn, Farid Taghiyev, Shahriyar Gurbanov, Alruz Sultan, Gunduz M. Abdulla kimi 6 peşəkar, tədris etdikləri modul üzrə ixtisaslaşmış təlimçilərin dərin təcrübələrinə yiyələnəcəksiniz.

Hazırda 46-cı sessiyası davam edən bu təlimin oktyabrda başlayacaq 47-ci sessiyasına erkən rezervasiya endirimi ilə qeydiyyatdan keçməyə tələsin!

Ətraflı məlumat üçün rəydə "+" yazın.

HR-lar üçün ən vacib bacarıqlardan biri də işə qəbul prosesini peşəkar səviyyədə icra etmək və vakansiyalar üzrə ən uyğu...
12/08/2026

HR-lar üçün ən vacib bacarıqlardan biri də işə qəbul prosesini peşəkar səviyyədə icra etmək və vakansiyalar üzrə ən uyğun namizədin seçimini təmin edə bilməkdir.

Əksər HR-ın iş rutinində işə qəbul prosesi olsa da, bu prosesi peşəkar səviyyədə icra edə bilən HR sayı təəssüf ki çox deyil.

Əmək bazarında öncə keçmək, rəqabət üstünlüyü qazanmaq və seçilən HR-lardan olmaq istəyirsinizsə, "İstedadların cəlbi, müsahibə texnikaları və HeadHunting" təlimində iştirak edin, öyrənin, tətbiq edin və peşəkarlar sırasına qoşulun.

Yerlər məhduddur, ətraflı məlumat üçün şərhdə "+" yazın.

09/08/2026

Excel-i peşəkar səviyyədə öyrən və çalışdığın sahədən, tutduğun vəzifədən asılı olmayaraq onu əsas iş alətinə çevir.

Çünki önəmli olan daha çox işləmək deyil, daha ağıllı işləməkdir.

Real biznes datası + düzgün Excel alətləri =
📊 Daha sürətli analiz
📈 Daha effektiv hesabat
⚡ Daha az manual iş
🎯 Daha doğru qərarlar

Praktiki Excel təliminin növbəti sessiyasına qeydiyyat başladı.

Ətraflı məlumat üçün şərhdə “+” yazın, sizinlə əlaqə saxlayaq.

Süni harmoniya, yoxsa faydalı fikir ayrılığı, müxtəliflik?
07/08/2026

Süni harmoniya, yoxsa faydalı fikir ayrılığı, müxtəliflik?

Əmək Qanunvericiliyi, Kadr Kargüzarlığı və Praktiki ƏMAS təliminin 110-cu sessiyasına qeydiyyat başladı.  -in bu təlim ü...
06/08/2026

Əmək Qanunvericiliyi, Kadr Kargüzarlığı və Praktiki ƏMAS təliminin 110-cu sessiyasına qeydiyyat başladı.

-in bu təlim üzrə 11 illik, 109 sessiyalıq təcrübəsinə güvənin. Əmək qanunvericiliyini tam əhatəli və dərindən öyrənmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin.

📌 Şərhdə "+" yazın, sizə ətraflı məlumat təqdim edək.

Address

Kral Hüseyn 60
Baku
31000

Opening Hours

Monday 10:00 - 21:00
Tuesday 10:00 - 21:00
Wednesday 10:00 - 21:00
Thursday 10:00 - 21:00
Friday 10:00 - 21:00
Saturday 10:00 - 18:00
Sunday 10:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Business Management School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Business Management School:

Shortcuts

Share

Category