Şuşa rayon Malıbəyli kənd UMM

Şuşa rayon Malıbəyli kənd UMM Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin rəsmi facebook səhifəsi

24/10/2024
31 May 2024-cü il, saat 12:00-da məktəbin xor müəllimi Qasımova Amalya İsa qızının "xor" sinfi üzrə şagirdlərindən ibarə...
30/05/2024

31 May 2024-cü il, saat 12:00-da məktəbin xor müəllimi Qasımova Amalya İsa qızının "xor" sinfi üzrə şagirdlərindən ibarət sinif konserti təşkil olunacaq. Giriş sərbəstdir!

1 İyun 2024-cü il, saat 11:00-da Şuşa Rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiə...
29/05/2024

1 İyun 2024-cü il, saat 11:00-da Şuşa Rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində "1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü"nə həsr olunmuş yekun hesabat konserti keçiriləcək ! Giriş sərbəstdir!

15/04/2024

Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqə və müsahibələr keçiriləcək

Ətraflı: t.ly/3HRsm

Şuşa rayon Malıbəyli kənd UMM - 2024 / 2025-ci tədris ili üçün şagird qəbulunu elan edir !Son qeydiyyat tarixi : 31 MAY ...
15/04/2024

Şuşa rayon Malıbəyli kənd UMM - 2024 / 2025-ci tədris ili üçün şagird qəbulunu elan edir !
Son qeydiyyat tarixi : 31 MAY 2024-cü il

İnsan Alverinə Qarşı Mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Şuşa rayon Malıbəyli kənd UM...
28/12/2023

İnsan Alverinə Qarşı Mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi məqsədilə Şuşa rayon Malıbəyli kənd UMM - da 28 Dekabr 2023-cü il tarixində maarifləndirici söhbət aparılıb..

Çıxış zamanı məktəbin direktoru Gülşən Əzizova, İnsan Alverilə Qarşı Mübarizənin maarflındirilməsinin cəmiyyət olaraq aparılmasının vacibliyindən danışaraq bu sahədə hər kəsin ayıq-sayıq olmasının vacibliyini vurğulayıb..
Həmçinin məktəbin müəllimləri də bu istiqamətdə görülməsi lazım olan məsələlərdən danışaraq öz fikirlərini bildirmişdır..

18 sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə məktəbin nəzəriyyə şöbəsini...
18/09/2023

18 sentyabr - Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə məktəbin nəzəriyyə şöbəsinin müəllimi Ülviyyə Salmanovanın sinfində açıq dərs keçirilib..

Açıq dərsdə Ü. Hacıbəylinin həyat və yaradıcılığından bəhs olunub, bəstəkarın şah əsərlərindən olan "Arşın Mal Alan" operettasından Vəli və Tellinin dueti şagirdlərimiz tərəfindən səhnələşdirilib.

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət yekun hesabat konserti baş tutacaq !Konsertdə məkt...
02/06/2023

Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət yekun hesabat konserti baş tutacaq !

Konsertdə məktəbin müəllimlərinin ifasında
- Xalq mahnıları və rəqslər
- Azərbaycan və xarici ölkə bəstəkarlarının bir birindən maraqlı əsərləri səsləndiriləcək.

Giriş Sərbəstdir !

Tarix : 13 iyun 2023 / Saat : 12:00
Ünvan : Bakı şəh., Ramana 450 qəsəbəsi
Şuşa rayon Malıbəyli kənd UMM / AKT ZALI

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində “Heydər Əliyev İli” çərçi...
01/06/2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbində “Heydər Əliyev İli” çərçivəsində “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan yekun hesabat konserti keçirilib. Tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirin aparıcıları tərəfindən ilk olaraq Ulu Öndərin uşaqlar haqqında dediyi fikirlər, “BMT Uşaq Hüquqları Konvensiyası” haqqında qanun və ölkə rəhbərliyinin uşaqlara göstərdiyi diqqət və qayğıdan söz açılıb. Tədbirdə məktəbin Birləşmiş Xorunun, Xalq Çalğı Alətləri və fortepiano şöbələrinin şagirdlərinin ifalarında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları və muğam rəngləri ifa olunub. Sonda Sumqayıt Regional Mədəniyyət İdarəsinin Şuşa rayon üzrə nümayəndəsi, Baş Məsləhətçi Bayram Cəfərli, Şuşa rayon İcra Hakimiyyətinin nümayəndəsi Natiq Mahmudov və digər qonaqlar çıxış edərək, məktəbin fəaliyyətini yüksək qiymətləndirib, bundan sonrakı fəaliyyətində uğurlar arzu ediblər.

01/06/2023
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin "Malıbəyli xoru" adlı xor...
29/05/2023

Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabeli Şuşa rayon Malıbəyli kənd Uşaq Musiqi Məktəbinin "Malıbəyli xoru" adlı xor kollektivi Beynəlxalq onlayn müsabiqədə uğur qazanıb.
Xormeyster Amaliya Qasımovanın rəhbərlik etdiyi, Konsertmeyster Firuzə Məmmədovanın müşayət etdiyi şagirdlərdən ibarət xor kollektivi Türkiyədə keçirilən "Art Planet" beynəlxalq onlayn müsabiqədə L.Şirməmmədovanın "Heydər baba" mahnısını ifa edərək II yerə layiq görülüblər. Amaliya Qasımova və xor kollektivi diplomlarla təltif ediliblər.

Address

Ramany
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 17:00

Telephone

+99412 458 47 55

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa rayon Malıbəyli kənd UMM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category