Elmi Club

Elmi Club

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Elmi Club, Education, Baku.

media.giphy.com 31/12/2015

Əziz və hörmətli izləyicilər, sizi Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik edirik. Üzümüzə gələn ildə yeni kəşvlərin, yeni uğurların və təcrübələrin sizə xoşbəxtlik və sevinc bəxş etməsini arzu edirik.

media.giphy.com

Photos 26/12/2015

Şəkildə gördüyünüz sənət əsəri, Yer kürəsinin və Veneranın 8 il ərzində bir-birinə nəzərən hərəkət traektoriyasından yaranan rəqsin təsviridir. Bu Müqəddəs Həndəsənin kainatın hər bir yerində təcəssümünün nümunəsidir.

Photos 01/12/2015

Proton nə qədər yaşayır?

Onlar hər bir atomun ürəyidirlər, belə ki, biz onları ayrı görə bilmərik. Ancaq onlar əbədi yaşaya bilməzlər, yoxsa?
Fundamental fizikanın “Quran”ı sayılan “Hisssəciklər Fizikasının İcmalı” (The Review of Particle Physics) kitabı bir neçə səhifəsini protonların atomdan kənar düşmə bilməsinə həsr edib. Hər “çürümə rejimi” sizin atomun nüvəsi olan bu hissəciklərin dağılmasını görməyi gözləməyə olan gözləntinizlə gəlir. Vahidlər 10^30 ildir – minlərlə milyardlarla milyardlarla milyarlarla illər. Bizim cavan kainatımızın 13,8 milyard il yaşı var. Ona görə də elmi şəkildə demək olar ki, heç kim indiyə kimi protonun məhvini görməyib. Bu, görmək istəyinə görə deyil. Super-Kamiokande: Mərkəzi Yaponiyada dağın altında yerləşən 50.000 tonluq ultra-pak su ilə dolu borudur. Araşdırmaçılar burada ölən protonun yüksəliş və fiyaskosunu müşahidə edirlər

Mənbə: New Scientist

Photos 20/11/2015

Dünyanın aparıcı prosessor istehsalçısı olan İntel şirkəti 72 nüvəli prosessorlarin istehsalına başlayıb. 2016-ci ilin birinci yarısında satışa çıxarılacaq bu prosessorlar stolustü (desktop) kompüterlər üçün də nəzərdə tutulub. Xeon Phi adlanan bu prosessorlar əməliyyat sisteminin yüklənməsini öz üzərinə götürən əsas prosessor olacaq. Şəkildə Knights Landing kod adı daşıyan 72 nüvəli çipin kristalıdır.

Photos 05/11/2015

Avropa nüvə araşdırmaları şurasının (CERN) fizikləri yeni elmi kəşfə imza atıblar. Nüvə mütəxəssislərinin yeni kəşfi müasir fizika elminin əsasını təşkil edən Albert Eynşteynin məşhur Nisbilik nəzəriyyəsini alt-üst edə bilər.

Avropa nüvə araşdırmaları mərkəzinin alimləri həyata keçirdikləri təcrübələr zamanı işığı üstələyən sürəti kəşf ediblər. Onlar Eynşteynin işıq sürətinin sonuncu hədd olması barədə nəzəriyyəsinin əksini sübut edən elmi kəşfə nail olublar. Alimlərin bu iddiasına səbəb isə onların İsveçrə ilə Fransa sərhədində yerləşən Böyük Adron kollayderində apardıqları təcrübələr zamanı təsadüfən müşahidə etdikləri sürətdir. Nüvə mütəxəssisləri Cenevrədəki mərkəzdən Böyük Adron kollayderi vasitəsilə İtaliyanın Qran-Sasso yeraltı laboratoriyası istiqamətində buraxdıqları neytrino adlandırılan hissəciklər işıq sürətini aşıb. Çəkisi sıfıra yaxın olan neytrino 732 kilometr məsafəni işıqdan da sürətli qət edib. O, saniyədə təqribən 300 min kilometr təşkil edən işıq sürətini 60 nanosaniyə geridə qoyub. Bu isə nəzəri cəhətdən neytrinonun istənilən materiyanın içərisindən hiss edilmədən keçə biləcəyi mənasına gəlir. Hesablamada hər hansı bir səhvin ola biləcəyini nəzərə alan alimlər həmin təcrübəni 15 min dəfə təkrarlayıblar. Nəticə isə dəyişməyib. Bundan sonra avropalı alimlər yeni kəşflə bağlı dünya elm ictimaiyyətinə müraciət edərək nəticələrin bir daha yoxlanılması üçün onlara yardım edilməsini istəyiblər. Aparılan növbəti təcrübələr yenidən təkrarlanarsa və dünya elm ictimaiyyəti tərəfindən də təsdiqlənərsə, bu kəşf fizika elmində əsaslı dəyişikliklərə səbəb olacaq.

Photos 04/11/2015

Cassini kosmik aparatı su geyzerindən keçdi!
NASA`dan Cassini kosmik aparatının Enselad peykinin su geyzerindən keçməsini təsdiq etdilər. 28 oktyabrda Cassini su geyzerindən keçməklə, bizə onun tərkibi, orqanik varlığın olub-olmamasını bildirməli idi. 30 000 km/saat sürətlə hərəkət edən Cassini su geyzerindən keçməsi demək olar ki, ani baş verib. Amma buna baxmayaraq 1 saniyə ərzində 10000 hissəcik identifikasiya imkanına malik Cassini lazım olan informasiyanı əldə edib. Alınmış nəticlərin Yer`ə ötürülməsi yaxın həftələrdə gözlənilir. Artıq 10 ildən artıqdır ki, Saturn sistemini öyrənən Cassini kosmik aparatı özünün ən vacib kəşfini edə bilər.

33.media.tumblr.com 04/11/2015

"Qara dul" Pulsarı
Sizə "Qara dul" adlanan pulsarı təqdim etmək istəyirəm. Onun adını təsadüfən belə seçməyiblər. Qara dul pulsarı, qarşısına çıxan ulduzları məhv edir. Hal-hazırda pulsar qalaktikamızda 1000000 km/saat sürətlə hərəkət edir və güclü zərbə dalğasına malikdir. İndi onun yanında qəhvəyi cırtdan kateqoriyasına aid olan ulduz səyahət edir. Onun ölçüsü planetdən böyük, amma ulduzdan kiçikdir. Pulsarın şüalanması, qonşuluğunda olan ulduzun xarici qatını dağıdaraq kosmosa atır və sonda ulduzu da məhv edir. Az sonra ulduzdan heç nə qalmayacaq. Maraqlısı odur ki, 16 km diametrində olan pulsar, bizim Yupiter planetindən böyük olan ulduzu darmadağın edir. Pulsarı animasiya şəklində təqdim edirəm.

33.media.tumblr.com

Photos from Elmi Club's post 31/10/2015

İnsanlar daim bir çox əşyaları gözlə gördüklərindən daha yaxşı görmək istəmişlər. İlk böyüdücü linzalar e.ə. 700-cü ildə Orta Şərqdə ixtira olunmuşdu. O zamandan etibarən insanların kiçik hissəcikləri gözlə görə biləcəyi qədər yaxınlaşdıran, daha aydın görmələrinə yardım edən bir çox araşdırmalar aparmışlar. Bu sahədə teleskopun ixtirasının əhəmiyyəti çox böyük oldu, elmdə əsl inqilab yaratdı. Dəqiq optika kainatı dərk etmək üçün çox qüdrətli idrak vasitəsinə çevrildi. İlk teleskopun düzəldilməsinə durbinin ixtirası ilə başlanmışdır. Maraqlıdır ki, bu qədər gözəl kəşf sırf təcrübə yolu ilə və tam təsadüf edilmişdir. Belə ki, XVII əsrin əvvəlində nider­landlı Yakov Metenus adlı bir şəxs güzgü və «yandırıcı şüşə» düzəltmək həvəsi sayəsində müxtəlif linzalar əldə etmişdi. Lakin o, heç vaxt elmlə məşğul olmamışdı. Bir dəfə o, borunun bir ucuna çökək, o biri ucuna qabarıq linza bərkidir. Bu uğurlu əməliyyat nəticəsində durbin cihazı ixtira olunur.

Maraqlı təsadüfdir ki, Metenusdan başqa, durbini bir-birindən xəbərsiz olaraq, həm də optika elmi ilə əlaqəsi olmayan bir neçə sənətkar durbin düzəltmişlər. Onlardan biri, hollandiyalı eynək ustası İohans Lippersqey (1570-1619) düzəltdiyi teleskopu 1608-ci ildə nümayiş etdirmişdi. Bu cihaz hər iki ucunda böyüdücü linzalar olan uzun boru idi. İki linzanın ortaq ölçüsü adi gözlə görünməyən uzaqdakı cisimləri aydın görmək imkanı verirdi.

İtaliyalı alim Qalileo Qaliley (1564-1642) teleskopun quruluşu haqqında heç nə bilmirdi, lakin o, optikanın qanunlarına yaxşı bələd idi. Belə bir cihazın kim tərəfindənsə ixtira edilməsi xəbəri onu düşünməyə vadar etdi. Çox keçmişdi ki, Qaliley öz elmi düşünməyə vadaretdi. Çox keçmədi ki, Qaliley öz elmi düşüncələri əsasında bir teleskop düzəltdi. Doğrudur Qalileyi teleskopun ixtiraçısı saymaq olmaz, lakin şübhəsiz ki, elmi əsaslarla teleskopu düzəltmiş ilk alim də olur. Həm də Qaliley teleskopla baxarkən çoxlu yeni ulduz kəşf etdi. Çoxlarının yeddi ulduz birləşməsi hesab etdiyi Yeddiqardaşda, sən demə 30 ildir birləşibmiş, Orion ulduz birləşməsində isə səkkiz əvəzinə səksən ulduz varmış. Ayda isə Qaliley dağlar, dərələr, kraterlər müşahidə edir və hətta onların bəzilərinin kölgələri əsasında hündürlükləri də ölçülər.

Qaliley 1632-ci ildə «Kainatın iki sistemi haqqında dialoq» əsərini yaradaraq burada polyak alimi Kopernikin Yerin Günəş ətrafında fırlanması fikrini müdafiə etdi. Bu ideya Roma katolik ilahiyyatçılarının kəskin qəzəbinə səbəb oldu. Kilsə təliminə qarşı çıxmaqda ittiham olunan Qaliley məhkum edildi.

Sonralar teleskop xeyli təkmilləşdirildi. Bu işdə İohann Kepler və İsaak Nyuton kimi alimlərin xidmətləri xüsusilə böyük oldu.

Mənbə: "Ağıllı Bala"

Photos 31/10/2015

Xristofor Kolumbun 1492-ci ildə ilk dəfə Atlantik okeanını üzüb keçməsi Böyük coğrafi kəşflərin başlanğıcı kimi qəbul olunur . Amerika sahillərinə yaxınlaşan Kolumbun gəmiləri ilk dəfə olaraq 12 oktyabr 1492-ci ildə sahildə qurunu gorurlər və sonrakı gun ozlərinin kəşf etdikləri torpağa ayaq basaraq onu Vest-İndiya adlandırırlar. Bu, birinci səyahəti zamanı (1492-1493-cu illər) X.Kolumb Baham, Kuba və Haiti (Espanyola) adalarını kəşf edir.
Onun ikinci səyahəti (1493-1496-cı il) Kicik Antil adalarının bir qrupunun, Puerto-Riko və Yamayka adalarının kəşfinə gətirib çıxarır; bundan başqa Kubanın cənub sahillərini tədqiq edir (materikin bir hissəsi kimi başa duşurdu).
Üçüncü səyahəti (1498-1500-cu il) zamanı cənubi Amerika materikinin şimal sahillərindəki Orinoko çayının ağzı və Trinidad adası kəşf olunur.
Kolumb cənubi Amerika materikinin sahillərində olsa da, onu Köhnə Dünyanın bir adası hesab edirdi və Yeni Dunyanı kəşf etdiyini hec təsəvvurunə belə gətirmirdi.
Dördüncü səyahəti zamanı (1502-1504-cu ildə) o, Mərkəzi Amerikanın 2 min km. uzunluğundakı sahillərini kəşf edir və Panama bərzəxinə yaxın hissədən qərbə yol axtarır. X.Kolumb daha sonra Honduras Nikaraqua, KostaRika və Panama sahilboyu uzərək cənub-şərqə gedib Daryen korfəzinə cıxır.Kolumbun hələ sonuncu səyahəti başa catmamış, 1497-ci ildə İspan dovləti tərəfindən yeni torpaqların mənimsənilməsinə icazə verilir və buraya avropalıların – konkistadorların boyuk axını başlayır. Tarixcilərin qeyd etdiyi kimi, «onlar buraya əllərində xac və ürəklərində qızıla olan hərisliklə gəlirdilər».Mərkəzi Amerikanın kəşfi və mənimsənilməsi ildırım surətlə baş verdi. Bir-birinin ardınca qərbə İspan və daha sonra isə Portuqal gəmiləri gedirdi.
Varlı İspan gəmi sahibləri 1499-1500-cu illərdə Ameriqo Vespuccinin iştirakı ilə cənubi Amerikaya dord ekspedisiya təşkil edirlər. Onlar 700-800 mil uzunluğunda sahilləri oyrənirlər və Amazon cayının ağzını kəşf edirlər.
1500-cu ildə Hindistana yollanan portuqaliyalı Pedro Kabralın gəmilərini fırtına Braziliya sahillərinə atır,buranı o Santa-Krus adası adlandırır. Sonralar Portuqaliya tacirləri buraya boyaq ağacı (Braziliya) ucun uzməyə başlayırlar.
Kolumbun birinci ekspedisiyasının nəticələri məlum olan kimi İngiltərə Con Kabotun başcılığı ilə 1497-ci ildə Hindistana dəniz yolu acmaq ucun qərbə gəmilər gondərir. Kabot Kolumbdan əvvəl Şimali Amerika materikində (ehtimal ki, bu yerlər Nyufaundlend adası və Labrador yarımadası imiş) olmuşdur. Beləliklə, məlum olur ki, normanlardan sonra Şimali Amerikanı həqiqi kəşf edən Kabot olmuşdur. 1498-ci ildə olan ikinci səfərində Kabot Nyufaundlenddən başlayaraq Floridaya qədər uzanan Şimali Amerika sahillərini tədqiq edir. Kolumb kimi Kabot da gorduyu yerləri Şərqi Asiyanın – Cin sahilləri hesab edir. Dunyada ən zəngin balıqcılıq rayonlarından biri olan Boyuk Nyufaundlend dayazlığını da Kabot kəşf etmişdir.

Vasko Nunyes Balboa
1513-cu ildə Vasko Nunyes Balboa ilk dəfə Panama bərzəxini kəsib kecir və ispanların coxdan axtardıqları cənub dənizini (Sakit okeanı) kəşf edir.
Ernan Kortes 1519-1521-ci illərdə asteklər dövlətini (müasir Meksika ərazisində) talan edir, Yukandakı yuksək inkişaf etmiş maya xalqını əsarət altına alır, çoxlu qızıl və cavahirat əldə edir.
Kortesin yürüşləri nəticəsində İspaniya Amerikada ilk böyük ərazi ələ keçirir və Mərkəzi Amerikanın şimal hissəsi işğal olunub İspaniya dövlətinə birləşdirilir.
Fransisko Pisarro qardaşları 1524-1537-ci illərdə digər konkistadorlarla birlikdə (Almaqro Diyeqo və b.) Cənubi Amerikanın (Peru və Çili) qərb sahillərini kəşf edirlər və inklərin guclu imperiyasını tuturlar.İspaniya konkistadorları tarixdə gorunməmiş vəhşiliklərlə yerli xalqları qırırdılar, onların mədəniyyətini dağıdırdılar və böyük acgozluklə sərvətlərini qarət edirdilər.
Fransanın Yeni Dunyaya təşkil etdiyi ekspedisiyalar Şimali Amerikanın okeanı sahillərini oyrənir, Hudzon çayını kəşf edir və buradan qərbə keçid yolu axtarırlar. 1554-cu ildə fransız səyyahı Jak Kartye həmin dəniz kecidini axtararkən Nyufaundlendi və Muqəddəs Lavrentiya körfəzini tədqiq edir. Bir ildən sonra o Muqəddəs Lavrentiya çayı ilə yuxarı – hazırkı Monreal şəhəri olan yerə köçkunlər gətirmiş və 1541-ci ildə Kvebekin bünövrəsini qoymuşdur.
Beləliklə, XVI əsrin ortalarına Şimali Amerikanın qərbdə 400, şərqdə 600 şm.e. qədər olan sahilləri avropalılara artıq bəlli idi; onlar Cənubi Amerikanın ətrafına fırlanmış və Amazon çayı ilə qərbdən şərqə keçmişlər. İspaniya konkistadorları Meksikanı, Mərkəzi Amerikanı, Perunu, Çilini tutmuşlar, La-Plata, Orinoko, Kolorado, Maqdalen, Missuri çayları hövzələrinə daxil olmuşlar. İngilislər və fransızlar isə Şimalı Amerikanın şərq, orta və şimal hissələrini tədqiq etməyə başlamışlar.
Böyük coğrafi kəşflərin əsasını qoyan Xristofor Kolumb ömrünün axırına kimi (1506-cı ildə vəfat edib) elə bilirdi ki, Hindistana qərbdən yol açmışdır. Öyrəndiyi əraziləri o Vest-İndiya, yerli əhalini isə indular adlandırmışdır. Kolumb hələ də bilmirdi ki, «Yeni Dunyanı» Asiyadan boyuk okean ayırır və kəşf etdiyi coğrafi adalar heç də Asiya adaları deyildir.
Lakin bir az sonra Kolumbun muasirləri və davamcıları bu adlar toplusunun arxasında avropalılara indiyə qədər məlum olmayan nəhəng materikin ilkin cizgilərini gorurlər. Ədalət naminə qeyd etməliyik ki, bu yeni materik Kolumbun adını daşımalı idi. Lakin Amerika adını alır. Butun qitələrdən təkcə biri real adamın şərəfinə Amerika adlandırılmışdır. Bu adam Ameriqo Vespucci idi.
Coğrafiya tarixciləri arasında Ameriqo Vespuccinin (1451-1512) səyahətləri haqqında muxtəlif fikirlər vardır.
Dürüst məlumatlara gorə o, 1501-1502-ci illərdə portuqaliyalıların ekspedisiyalarında iştirak etmiş, Cənubi Amerikada ekvator üzərində olmuş, Braziliya sahillərinin bir hissəsini xəritəyə köçurmuşdur. Əlbətdə, bir dəniz səyyahı kimi onun xidmətləri yuxarıda deyilənlərlə kifayətlənə bilərdi. Bəs belə bir halda necə olmuşdur ki, Yeni Dunya Ameriqo Vespuccinin adı ilə adlandırılmışdır. Ona əbədi şohrət gətirən işlər tamamilə başqa yonlu olmuşdur.
Vespucciyə qədər hec kim yeni kəşf olunmuş torpaqların 7 min km. uzunluğunda olan sahil xəttlərinin muşahidəsini aparmamışdır. Ona gorə də Atlantikanın o tayında kəşf olunan torpaqların Asiya olmadığı fikrinə ilk dəfə Kolumb yox, məhz Vespucci gəlmişdir. O yazırdı ki, bu olkələri Yeni Dunya adlandırmaq lazımdır. Bu dunya haqqında bizim nəsillərin indiyə qədər hec bir təsəvvurləri olmamışdır. Və o həlledici dəlil gətirir: artıq coxdan muəyyən edilib ki, Asiya şimal yarım kurəsində yerləşir və ekvator materik xəttini hec bir yerdə kəsmir. Halbuki, yeni kəşf olunan torpaqlar təkcə ekvatora yox, həm də cənub tropikindən də cənuba uzanırdı.

Ameriqo Vespucci
Ameriqo Vespucciyə şohrət qazandıran digər səbəb onun Avropaya gondərdiyi məktublar olmuşdur. O zaman yeni coğrafi kəşflərə Avropa oxucuları boyuk maraq gostərirdilər, lakin belə məlumatlar cox az verilirdi: dəniz səyyahlarının hesabatları nadir hallarda cap olunurdu, məzmunu quru olurdu və ehtiyatla yazılırdı. Belə ki, İspaniya hokuməti Kolumbun və digər səyyahların kəşfləri haqqında olan məlumatların capına qadağa qoymuşdu. Belə bir məlumat qıtlığı şəraitində kəşf olunan torpaqların təbii mənzərəsi, orada yaşayan əhalinin məişəti haqqında ilk dəfə Ameriqo Vespucci tərəfindən yazılmış cox səmimi və maraqlı məktublar Avropada surətlə yayılmağa başlayır.
Onun gondərdiyi xəritə və məktubları əldə edən alman coğrafiyaşunası Martin Valdzemuller ozunun 1507-ci ildə yazdığı «Kosmoqrafiyaya giriş» kitabında ilk dəfə «Amerika» adını cəkir.
İlk dəfə bu ad Ameriqo Vespuccinin oyrəndiyi olkələrə (Venesuela, Braziliya və butovlukdə cənubi Amerika) şamil edilirdi. Sonralar Herard Merkador 1538-ci ildə ilk dəfə Amerika adını materikin şimal hissəsinə də şamil etmişdir və beləliklə də bu ad başqa coğrafiyaşunaslar tərəfindən təkrar olunmuş, qlobus və xəritələrdə yazılıb əbədiləşdirilmişdir.
Qaldı ki, Hindistana dəniz yoluna, onun Açılmasında portuqaliyalılar ispanları qabaqlayırlar, Kolumbun kəşfləri Hindistana təcili olaraq yenidən yol axtarışının başlanmasına təkan verir.
1497-ci ildə kral Manuel Vasko da Qamanın (1469-1524) başcılığı altında Hindistana ekspedisiya gondərir.
Afrika sahillərindəki əks səmt küləkləri və cərəyanlarından yan keçmək üçün onun gəmiləri əvvəlcə qərbə dönərək sahildən xeyli aralı üzməyə başlayır və yalnız sonra şərqə istiqamət götürərək sahilə yaxınlaşır. Bu yol uzaq olsa da, yelkənli gəmilərin Lissabondan Ümid Burnuna qədər tez və rahat uzə bildiyi yol idi. Nəhayət, onun gəmiləri Ümid burnunu dolanaraq Hind okeanına cıxır. Afrikanın şərq sahili boyu üzərək Mozambik adalarına gəlir və burada o qızğın ticarət edən ərəb tacirlərini görür. Şimal istiqamətində üzən Vasko da Qama Malinda limanına gəlib çatır.
Burada portuqaliyalılar yerli hokmdarların köməyi ilə ən mahir ərəb kartoqrafı hesab olunan Əhməd İbn-Məcidi özlərinə bələdci götürürlər. Vasko da Qama onun köməyi və musson-səmt (may ayı) küləklərindən istifadə edərək 1498-ci ildə Hindistan sahillərinə gəlib catır. O, yerli tacirlərlə alver edərək, ədviyyat, qızıl və bahalı daş-qaşla oz gəmilərini yukləyir və yenə də musson kuləklərindən istifadə edərək geriyə – Afrika sahillərinə və oradan isə 1499-cu ildə Portuqaliyaya qayıdır. Beləliklə, Vasko da Qama Afrika ətrafına cənubdan dolanaraq dəniz yolu ilə Hindistana gəlmiş ilk avropalı hesab olunur. Bu təkcə Portuqaliya tarixində deyil, dunya ticarəti tarixində də onəmli bir hadisə idi. Həmin vaxtdan başlayaraq Suveyş kanalı (1869) acılanadək, Avropa ilə Hindistan və Çin arasında ticarət əvvəlki kimi Aralıq dənizi ilə yox, Atlantik okeanı – Ümid Burnu yanından keçən dəniz yolu ilə aparıldı.
Yeni acçılan bu dəniz yolu tarixi İpək yolunun da tənəzzülünə səbəb oldu. Sosial-siyasi baxımdan isə Hindistanın talan və işğalının başlanğıcını qoydu.
Vasko da Qama 1502-ci ildə top-tüfənglə yenidən Hindistana gəlir. Kəlkədə şəhərini dağıdır və boyuk vardövlətlə vətənə qayıdır. Bu ekspedisiya təkcə Hindistanın yox, həm də Hind-Çin və İndoneziyanın zəbt və talan olunması ilə nəticələnir. Portuqaliyalılar sonralar Pekinə və Yaponiyanın Kyusuyu adasına qədər gedib cıxırlar və bu olkələrlə ticarət əlaqələrinin əsasını qoyurlar.
Belə bir vəziyyətdə Amerikanı kəşf etdikdən sonra orada acı bibərdən başqa hec nə tapa bilməyən ispanlar durub gozləyə bilməzdilər ki, Hindistan ədviyyatının ticarəti təkcə portuqaliyalıların əlində olsun. Bu da oz novbəsində İspaniyanın hakim dairələrini ədviyyat olkələrinə (Moluk adaları) qərb dəniz yolunun inadla axtarışına vadar edir.

Fernan Magellan
Fernan Magellan (1480-1521) 1519-cu ilin 20 sentyabrında beş gəmi ilə İspaniyadan ilk dunya səyahətinə yola duşur. Atlantik okeanını kecdikdən sonra Magellan Cənubi Amerika sahilləri boyu uzərək qərbə gedən boğazı axtarır və nəhayət 52 c.e. indi onun adını daşıyan Magellan boğazını boyuk cətinliklə kecərək okean ənginliklərinə cıxır. Dar, qaranlıq boğaz dongələrindən sakit bir okeana cıxan ekspedisiya iştirakcılarında xoş təəssurat yaranır və bu okeanı Sakit okean adlandırırlar. Dunyada ilk dəfə Sakit okeanın ən enli yerindən uzub kecən Magellanın gəmiləri xoş və acı gunləri yaşamaqla dord aydan sora gəlib indiki Filippin adalarına cıxırlar. Burada Magellan yerli
tayfalar arasında gedən vuruşmaya qoşulur və 27 aprel 1521-ci ildə oldurulur.
Qalan gəmilərdən birisi Xuan Sebastyan Elkanonun başcılığı ilə butun yol boyu portuqaliyalılardan gizli əvvəlcə Moluk adalarına gəlir, orada xeyli ədviyyat yukləyir, Timor adasından kecib boyuk cətinliklərlə Hind okeanının cənub enliklərilə uzərək, Ümid burnundan kecib 1522-ci ilin 8 sentyabrında salamat qalmış cəmi 18 nəfər dənizci ilə (yola cıxan 265 nəfərdən) gəlib İspaniyaya catır.
Magellanın başcılığı altında həyata kecirilən Birinci Dunya səyahətinin muəyyən iqtisadi səmərəsi olmasa da,tarixdə boyuk coğrafi nəticələr qazanmışdır. .Yeni iqtisadi baxımdan əsas ədviyyat verən olkələr – Hindistan və digərləri yenə də Portuqaliyanın əlində qalırdı. Coğrafi baxımdan: Yerin kürə şəklində olması qəti subuta yetirildi;
Vahid Dünya okeanının mövcudluğu muəyyənləşdirildi və vaxtilə Ptolemeyin də mudafiə etdiyi «kontinental», yəni qurunun daha geniş sahə tutması baxışları ozunu doğrultmadı. Həm də gec də olsa bəşəriyyət bildi ki, Yer kürəsini şərqdən qərbə dolanarkən bir gün qazanırsan. Belə ki, səyahətçilər İspaniyaya 8 sentyabr, bazar günü gəlib çıxmışdılar, gəminin gundəliyində isə şənbə idi.
Qısa dövrdə – cəmi yarım əsrdə bizim planetimizin avropalılara məlum olan sərhədlərinin gorunməmiş dərəcədə genişlənməsi baş verdi. Lakin kohnə dunyanın və yeni kəşf olunan materiklərin daxili hissələri hələ də oyrənilməmiş qalırdı. Avstraliya, Antarktida, Asiya və Şimali Amerikanın şimal sahilləri hələ kəşf olunmamışdır.
Boyuk Kəşflər dövrü coğrafi təsəvvürlərin inkişafı öz əksini parlaq şəkildə dövrün xəritələrində tapırdı. Daha düzgün proyeksiyalı və dərəcə toru ilə duzəldilmiş xəritələr (məsələn, Herard Merkatorun xəritəsi) meydana gəldi.
Ərazi kəşfləri dünyanın coğrafi xəritəsində oz əksini tapdı. Ekspedisiyaların kəşf etdiyi obyektlərin coğrafi mövqeyi dəqiq muəyyən edildi.

Mənbə :Coğrafiya tarixi - Taptıq Həsənov, Əbdurrəhim Hacızadə

Photos 31/10/2015

Aviasiya - İnsanlar uçmaq barədə hələ neçə yüz il əvvəl düşünməyə başlamışlar. Uçan xalça, uçan sandıq... haqqında nağıllar belə yaranmışdır.
İnsanın nə üçün uça biləcəyini ilk dəfə elmi surətdə izah etməyə çalışan 16-cı əsrdə yaşamış böyük italyan rəssamı, alimi və mühəndisi Leonardo Da Vinçi olmuşdur.
Bundan sonra saysız-hesabsız ixtiraçılar ən qəribə uçan aparatlar yaratmaq üzərində çalışmışlar. Buxar mühərrikli maşınlar müasir təyyarələrə daha çox oxşayırdı. Həmin maşınların pərləri, tək qanadlı, quyruq hissəsində hündürlüyə qalxmaq və dönmək sükanları var idi. Lakin mühərriklər gücsüz, maşınlar isə ağır olduğundan uça bilmədilər.

Alman mühəndisi Otto Liliyental quşların uçuşunu müşahidə etməyi, qanadlarının quruluşunu öyrənməyi qərara aldı. O, yüzlərlə təcrübə apardı. Yalnız bundan sonra metal karkasa çəkilmiş parçadan qanad düzəltdi. Təpənin döşü ilə küləyə qarşı yüyürərək, həmin planerdə havaya qalxdı və 200 – 300 metr uçdu. Liliyental öz uçuşlarının birində həlak oldu.
Liliyental kimi, Orvill və Uilbur Rayt qardaşları da müxtəlif konstruksiyalı planerləri sınaqdan keçirmişlər, sonra onlardan birinə benzinlə işləyən mühərrik qoyaraq, 1903-cü il dekabrın 17-də 260 m. uçmuşlar. Aviasiya (“avis” latın sözü olub, mənası “quş” deməkdir) belə yaranmışdır.

Sonralar aviasiya nəhəng addımlarla irəlilədi. Artıq 1908-ci ildə U. Rayt təkmilləşdirilmiş təyyarədə 125 km uçmuşdu. 1909-cu ilin yayında fransalı Lui Blerio La-Manş boğazının üstündən İngiltərəyə uçdu. Onda ən inamsız adamlar da təyyarənin təhlükəli oyuncaq deyil, faydalı maşın olduğunu etiraf etdilər.
Bu vaxt bir çox ölkələrin alimləri uçuş haqqında elm işləyib hazırlayırdılar. 20-ci əsrin əvvəlində Frederik Lankaster, Martin Vilhelm Kutta və Nikolay Jukosvki bir-birindən müstəqil şəkildə axının əşyanı qaldırmaq üçün gücü ilə bağlı nəzəriyyələr işləyib hazırladılar. Beləcə aerodinamika deyilən elm yarandı.

Mənbə: "Ağıllı Bala"

31/10/2015

Et gaudium et solatium in litteris. (Plinius)

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Baku