Xəzər Universiteti / Khazar University

Xəzər Universiteti / Khazar University Welcome to the official page of Khazar University. The University was the first in Azerbaijan to introduce the credit-based education system.

Khazar University is the first English-medium higher education institution in Azerbaijan and the country’s first research-oriented private university, playing a pioneering role in national education policy. English is the primary language of instruction, enabling students to use modern textbooks, continue their studies abroad, and learn from international faculty. Khazar University maintains stron

g ties with industry, business, and leading local and international companies. Its academic policies and diplomas are recognized by leading European and American universities. The University offers undergraduate, graduate (Master’s), PhD, and one of the country’s most prestigious MBA programs in engineering, applied sciences, economics, business administration, humanities and social sciences, international relations, education, and other fields. Approximately 2,000 students study at Khazar University, including international students from the USA, Europe, Asia, Africa, and CIS countries, who make up about 10–12% of the student body. Over 200 faculty members—both local and international—teach at the University, with 10–20 foreign professors each semester and numerous visiting scholars annually. Khazar University is widely respected in Azerbaijan and abroad for its original education model, academic rigor, and high-quality teaching.

Xəzər Universitetinin müəllimi Azərbaycan–Çin əməkdaşlığına həsr olunan görüşdə Mərkəzi və Çin Xalq Respublikasının Azər...
06/08/2026

Xəzər Universitetinin müəllimi Azərbaycan–Çin əməkdaşlığına həsr olunan görüşdə

Mərkəzi və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 2026-cı il iyulun 20- də Bakıda Çin Xalq Respublikası Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin Çin dili müəllimi, f.ü.f.d. Nərgiz Kərimova Çin dilində məruzə ilə çıxış edib.

Nərgiz Kərimova məruzəsində Azərbaycan ilə Çin arasında qarşılıqlı fəaliyyətin əhəmiyyətini vurğulayaraq, gənclər siyasəti, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin iki dövlət və xalq arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. O, bu əməkdaşlığın qarşılıqlı faydalı inkişafın təşviqinə, eləcə də səmərəli idarəetmə təcrübələrinin mübadiləsinə mühüm töhfə verdiyini qeyd edib.

Görüş zamanı Azərbaycan ilə Çin arasında dostluq münasibətlərinin, xüsusilə də gənclər siyasəti və beynəlxalq əməkdaşlıq sahələrində əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Xəzər Universitetinin məzunu Edinburq Universitetinə qəbul olunub və Dövlət Proqramının qalibi seçilibXəzər Universiteti...
06/08/2026

Xəzər Universitetinin məzunu Edinburq Universitetinə qəbul olunub və Dövlət Proqramının qalibi seçilib
Xəzər Universiteti qürur hissi ilə bildirir ki, Kimya və kimya mühəndisliyi departamentinin Kimya mühəndisliyi üzrə bakalavr məzunu Lalə Nəbiyeva dünyanın nüfuzlu ali təhsil və elmi-tədqiqat müəssisələrindən biri olan Edinburq Universitetinin “Advanced Chemical Engineering” magistr proqramına qəbul olunmuşdur.

Lalə Nəbiyeva bu mühüm akademik uğuru ilə yanaşı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində də qalib seçilmişdir. Bu nailiyyət onun yüksək akademik göstəricilərinin, elmi potensialının və gələcək elmi fəaliyyət perspektivlərinin göstəricisidir.

Lalə Nəbiyeva, həmçinin, Analitik kimya tədqiqat qrupunun fəal üzvlərindən biridir. O, Dr.Tahir Cavadzadənin elmi rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olur. Təhsil aldığı müddət ərzində müxtəlif elmi-tədqiqat layihələrində fəal iştirak edərək, elmi araşdırmalara olan marağı, peşəkarlığı və tədqiqat bacarıqları ilə seçilmişdir.

Bu uğur Lalə Nəbiyevanın əzmkarlığının, zəhmətinin və elmi fəaliyyətə olan bağlılığının nəticəsi olmaqla yanaşı, Xəzər Universitetində formalaşdırılan tədqiqatyönümlü akademik mühitin də bariz nümunəsidir. Onun nailiyyəti universitetin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli, yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına verdiyi töhfənin göstəricisidir.

Xəzər Universiteti Lalə Nəbiyevanı bu möhtəşəm uğuru münasibətilə səmimi-qəlbdən təbrik edir, ona magistr təhsili dövründə və gələcək elmi-peşəkar fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır. İnanırıq ki, o, gələcək fəaliyyətində də Xəzər Universitetini və Azərbaycanı beynəlxalq elmi mühitdə layiqincə təmsil edəcəkdir.

Khazar University Graduate Admitted to the University of Edinburgh and Awarded the State Program Scholarship
Khazar University is proud to announce that Lalə Nəbiyeva, a graduate of the Bachelor's degree program in Chemical Engineering at the Department of Chemistry and Chemical Engineering, has been admitted to the Master's Degree in Advanced Chemical Engineering at the University of Edinburgh, one of the world's most prestigious institutions for higher education and scientific research.

In addition to this significant academic achievement, Lalə Nəbiyeva has also been selected as a recipient of the State Program for 2022-2028 on the Education of Azerbaijani Youth at Prestigious Higher Education Institutions in Foreign Countries. This accomplishment reflects her outstanding academic performance, scientific potential, and promising future in research.

Lalə Nəbiyeva is also an active member of the Analytical Chemistry Research Group. She conducts scientific research under the supervision of Dr. Tahir Javadzade. Throughout her studies, she has actively participated in various research projects, distinguishing herself through her enthusiasm for scientific inquiry, professionalism, and strong research skills.

This achievement is not only the result of Lalə Nəbiyeva's dedication, hard work, and commitment to scientific research, but also a reflection of the research-oriented academic environment fostered at Khazar University. Her success demonstrates the University's commitment to educating highly qualified and internationally competitive specialists.

Khazar University sincerely congratulates Lalə Nəbiyeva on this outstanding achievement and wishes her continued success in her master's studies and future academic and professional career. We are confident that she will continue to represent both Khazar University and Azerbaijan with distinction in the international scientific community.

🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili GünüDil xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşa...
01/08/2026

🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Dil xalqın milli kimliyini, tarixini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir. Azərbaycan dili əsrlər boyu zəngin ədəbi irsi, ifadə imkanları və özünəməxsus gözəlliyi ilə milli varlığımızın əsas dayaqlarından biri olub.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər kəsi ana dilimizi qorumağa, düzgün istifadə etməyə və gələcək nəsillərə sevgi ilə ötürməyə çağırırıq.

Ana dilimiz milli kimliyimiz, qürurumuz və birliyimizin simvoludur.

🇦🇿 Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününüz mübarək!

📢 Xəzər Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş tələbələrin nəzərinə!📅 3 avqust (15:00) – 12 avqust (18:0...
31/07/2026

📢 Xəzər Universitetinin magistratura səviyyəsinə qəbul olunmuş tələbələrin nəzərinə!

📅 3 avqust (15:00) – 12 avqust (18:00) tarixləri arasında portal.edu.az platformasında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməyiniz vacibdir.

⚠️ Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməyən namizədlər qəbuldan imtina etmiş hesab olunacaqlar.

✅ Portalda "Qəbul edildi" statusunu əldə etdikdən sonra aşağıdakı sənədləri 4–14 avqust tarixlərində (şənbə və bazar günləri istisna olmaqla), saat 10:00–17:00 aralığında Xəzər Universitetinin Qəbul və Tələbə şöbəsinə (Neftçilər metrosu, Məhsəti küçəsi 41) şəxsən təqdim etməlisiniz:

📌 Tələb olunan sənədlər:
• Bakalavr diplomu və diplom əlavəsinin notarial təsdiqi (cari məzunlar üçün məzuniyyət arayışı)
• Şəxsiyyət vəsiqəsi və surəti
• 4 ədəd rəngli foto (3×4)
• Sağlamlıq haqqında tibbi arayış

📞 Əlaqə: 010 234 95 25

📚 Magistratura dərslərinin təşkili ilə maraqlanırsınız?İqtisadiyyat və Biznes Yüksək Təhsil Fakültəsi🎓 MBA dərsləri həft...
30/07/2026

📚 Magistratura dərslərinin təşkili ilə maraqlanırsınız?

İqtisadiyyat və Biznes Yüksək Təhsil Fakültəsi
🎓 MBA dərsləri həftəiçi 18:30-da, şənbə günləri isə səhər və günorta saatlarında keçirilir.
📖 Tələbələr hər semestr orta hesabla 4–5 fənn seçir və bu, həftədə təxminən 4–5 dərs günü deməkdir.
📍 Bütün dərslər Nizami korpusunda (Bəşir Səfəroğlu 122) keçirilir.

Təbiət Elmləri, Sənət və Texnologiya Yüksək Təhsil Fakültəsi
🕡 Dərslər əsasən 18:40–21:00 saatlarında, həftədə 4 dəfə təşkil olunur.
📍 Dərslərin əksəriyyəti Neftçilər korpusunda, bəzi fənlər isə Nərimanov korpusunda keçirilə bilər.
💻 Xarici müəllimlərin tədris etdiyi və ya onların ölkə xaricində olduğu hallarda dərslər onlayn formatda təşkil edilir.

📩 Ətraflı məlumat üçün bizimlə əlaqə saxlaya və ya DM vasitəsilə suallarınızı ünvanlaya bilərsiniz.

📚 Interested in how master's classes are organized?

Graduate School of Economics and Business
🎓 MBA classes are held on weekdays at 6:30 PM, and on Saturdays in the morning and afternoon.
📖 Students typically take 4–5 courses per semester, which means attending classes approximately 4–5 days per week.
📍 All classes are held at the Nizami Campus (122 Bashir Safaroglu Street).

Graduate School of Natural Sciences, Arts and Technology
🕡 Classes are generally held from 6:40 PM to 9:00 PM, four times a week.
📍 Most classes take place at the Neftchilar Campus, while some courses may be conducted at the Narimanov Campus.
💻 Courses taught by international faculty members, or when they are outside the country, are conducted online.

📩 For more information, feel free to contact us or send us your questions via DM.

🎓 Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris Proqramı”na qeydiyyat davam edir...
30/07/2026

🎓 Müdafiə Sənayesi Nazirliyi tərəfindən həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris Proqramı”na qeydiyyat davam edir.

Proqram müdafiə sənayesi, texnologiya və innovasiya sahələrində nəzəri biliklərin və praktiki bacarıqların inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.

📌 Proqramda aşağıdakı ali təhsil müəssisələrinin müvafiq ixtisasları üzrə təhsil alan III kurs tələbələri iştirak edə bilərlər:
• ADA Universiteti
• Bakı Ali Neft Məktəbi
• Milli Aviasiya Akademiyası
• Azərbaycan Dövlət İqtisad Universiteti
• Xəzər Universiteti
• Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
• Azərbaycan Texniki Universiteti
• Bakı Mühəndislik Universiteti
• Bakı Dövlət Universiteti

Proqramda iştirak etmək istəyən namizədlər posterdə yerləşdirilmiş QR kodu vasitəsilə və ya bio bölməsində təqdim olunan keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

📅 Qeydiyyat üçün son tarix: 10 avqust 2026-cı il

❗ Qeyd: Müraciət etməzdən əvvəl seçim meyarları ilə diqqətlə tanış olmağınız xahiş olunur.

Xəzər Universitetinin əməkdaşları Gazi UniversitetindəXəzər Universiteti rektorunun icraçı assistenti Humay Hüseynova, K...
28/07/2026

Xəzər Universitetinin əməkdaşları Gazi Universitetində

Xəzər Universiteti rektorunun icraçı assistenti Humay Hüseynova, Keyfiyyətin Təminatı Mərkəzinin koordinatoru Leyla Yadigarova, İnsan Resursları üzrə baş mütəxəssis Aynurə Talıblı, Dillər və ədəbiyyatlar departamentinin müəllimi Dr. Aygül Qurbanova Erasmus+ İşçi Heyətinin Mobilliyi (Staff Training) proqramı çərçivəsində 2026- cı il 20-24 iyul aralığında Türkiyənin Ankara şəhərində yerləşən Gazi Universitetində keçirilən peşəkar inkişaf proqramında iştirak ediblər.

Mobillik proqramı çərçivəsində iştirakçılar Gazi Universitetinin müxtəlif inzibati və akademik struktur bölmələrinin fəaliyyəti ilə yaxından tanış olublar.

“Xəzər”in nümayəndələri Gazi Universitetinin rektorluğu, Keyfiyyət koordinatorluğu və Beynəlxalq əlaqələr ofisində keçirilən görüşlərdə iştirak edərək, universitet idarəçiliyi, keyfiyyət təminatı sistemləri, beynəlmiləlləşmə strategiyaları və inzibati iş prosesləri ilə bağlı fikirlərini bölüşüblər.

Tərəflər arasında universitetlərin idarəetmə təcrübələri və tətbiq etdikləri yanaşmalar barədə qarşılıqlı məlumat və təcrübə mübadiləsi olub.

Proqramın sonunda iştirakçılara Erasmus+ İşçi Heyətinin Mobilliyi proqramını uğurla başa vurduqlarını təsdiq edən sertifikatlar təqdim edilib.

FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsindəBirləşmiş Millətlər Təşkilatı Ərzaq və Kənd Təsərrüfatı Təşki...
28/07/2026

FAO nümayəndə heyəti Hasvet baytarlıq təbabəti fakültəsində

Birləşmiş Millətlər Təşkilatı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə nümayəndəsi Nasar Hayat və FAO-nun nümayəndə heyəti 2026- cı il iyulun 22- də Xəzər Universitetinin Hasvet baytarlıq təbabəti fakültəsində və tədris klinikasında olmuşlar. Səfər çərçivəsində FAO-nun nümayəndə heyəti ilə Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva, Hasvet baytarlıq təbabəti fakültəsininin dekanı Dr. Çiçək Əliyeva arasında baytarlıq təbabəti, ərzaq təhlükəsizliyi və "Vahid Sağlamlıq" (One Health) yanaşması istiqamətlərində əməkdaşlıq imkanları müzakirə edilmişdir. Baytarlıq təhsilinin beynəlxalq standartlara uyğun inkişafı, tələbələrin praktik hazırlığının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi, eləcə də FAO ilə birgə həyata keçirilə biləcək təlim, layihə və akademik təşəbbüslər barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Görüş zamanı qonaqlara Hasvet baytarlıq təbabəti fakültəsinin təhsil proqramları, müasir maddi-texniki bazası, laboratoriyaları, tədris infrastrukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Nümayəndə heyəti fakültənin nəzdində fəaliyyət göstərən tədris klinikası ilə tanış olmuş, burada yaradılmış müasir diaqnostik və müalicə imkanları, tədris mühiti və praktik hazırlıq sistemi barədə məlumatlandırılmışdır.

SOCAR Polymer-ə səfər  Tələbələrin akademik və peşəkar inkişafı çərçivəsində Kimya və kimya mühəndisliyi departamentinin...
28/07/2026

SOCAR Polymer-ə səfər

Tələbələrin akademik və peşəkar inkişafı çərçivəsində Kimya və kimya mühəndisliyi departamentinin Kimya mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələri iyulun 7- də Sumqayıt şəhərində yerləşən SOCAR Polymer istehsalat müəssisəsinə səfər ediblər.

Səfər zamanı tələbələr müasir polimer istehsalı proseslərini müşahidə etmək, qabaqcıl sənaye texnologiyaları ilə tanış olmaq, həmçinin, keyfiyyətə nəzarət, istehsalın idarə edilməsi və Azərbaycanın aparıcı neft-kimya müəssisələrindən birinin fəaliyyəti haqqında praktiki biliklər əldə etmək imkanı qazanıblar.

Bu cür sənayeyönümlü səfərlər nəzəri biliklərin praktiki təcrübə ilə əlaqələndirilməsində mühüm rol oynayır və tələbələrimizin peşəkar inkişafına əhəmiyyətli töhfə verir.

Kimya və kimya mühəndisliyi departamenti Xəzər Universiteti adından SOCAR Polymer`ə səmimi qonaqpərvərliyə və tələbələrimiz üçün bu cür tədris imkanı yaratdığına görə, dərin təşəkkürünü bildirir.

Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblərAmerika Birləşmiş Ştatlarının paytaxtı Vaş...
28/07/2026

Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Vətən müharibəsi şəhidlərinin övladları üçün "Zəfər" Yay Düşərgəsi təşkil olunub.

SİA xəbər verir ki, düşərgə Diasporla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin dəstəyi, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və ADA Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.

ADA Universiteti, Xəzər Universiteti və Azərbaycan Tibb Universitetində təhsil alan, yüksək akademik göstəriciləri ilə seçilən 10 şəhid övladının qatıldığı düşərgənin məqsədi iştirakçıların ABŞ-nin dövlət idarəçiliyi sistemi, ali təhsil, STEM və innovasiya, hüquq, tarix və mədəniyyət sahələri ilə yaxından tanış olmalarını təmin etmək, onların beynəlxalq bilik və təcrübələrini zənginləşdirməkdir.

Düşərgə çərçivəsində ABŞ Konqresi, Konqres Kitabxanası, ABŞ Ali Məhkəməsi, Corc Vaşinqton Universiteti, Amerika Universiteti və Corctaun Universitetinə, eləcə də müxtəlif muzey və mədəniyyət müəssisələrinə səfərlər, ekspert təqdimatları, maarifləndirici görüşlər, mədəni proqramlar, tarixi-mədəni abidələrə ekskursiyalar təşkil olunub.

Proqramın ilk günü İndiana Universitetinin iqtisadiyyat üzrə doktorantı Xətai Alıyevin təqdimatında "Amerikada təhsil imkanları" mövzusunda təlim keçirilib. Təlimdə ABŞ-də ali təhsil sistemi, qəbul prosesi, təqaüd proqramları və beynəlxalq tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib, iştirakçıların sualları cavablandırılıb.

İştirakçılar, həmçinin, Ağ Evin tarixi və ABŞ prezidentlik institutu haqqında interaktiv ekspozisiyaların sərgiləndiyi "The People"s House: A White House Experience" muzeyində olublar. Daha sonra Renvik Qalereyasında ABŞ-nin 250 illiyinə həsr olunan "State Fairs Tour: Growing American Craft" sərgisinə baş çəkib, Amerika sənətkarlığının inkişaf tarixini əks etdirən eksponatları izləyiblər. Onlar həmçinin, Lafayette Meydanı və Ağ Evin ətrafında gəzərək, Vaşinqtonun tarixi-mədəni mühitini yaxından müşahidə ediblər.

Amerika Tarixi Milli Muzeyinə təşkil olunan səfərdə "Prezidentlər pavilyonu", "Birinci xanımlar" pavilyonu, Corc Vaşinqtonun heykəli, ABŞ Dövlət Himninə ilham vermiş tarixi bayraq və ölkənin 250 illiyinə həsr olunan "Həyat, azadlıq və xoşbəxtlik axtarışında" sərgisi iştirakçıların marağına səbəb olub.

Proqram çərçivəsində Milli İncəsənət Qalereyasında "Amerika İncəsənətinin Tərənnümü" ("Celebrating American Art"), "Əziz Amerika" ("Dear America") və "Amerika Simvolu: ABŞ Bayrağı İncəsənətdə" ("The American Flag in Art") sərgiləri də ziyarət olunub. Burada iştirakçılar Amerika təsviri incəsənətinin müxtəlif dövrlərini əks etdirən sənət nümunələrini izləyiblər.

Şəhid övladları Virciniya ştatının Aleksandriya şəhərində yerləşən "Torpedo Factory Art Center"də fəaliyyət göstərən rəssam emalatxanalarına baş çəkiblər. Onlar əslən Təbrizdən olan azərbaycanlı rəssam Əbülfəz Bahadurinin emalatxanasında yaradıcılıq prosesini yaxından izləyib, sənətkarla fikir mübadiləsi aparıblar. Daha sonra Aleksandriya şəhərinin tarixi küçələri və memarlıq irsi ilə tanışlıq imkanı əldə ediblər.

Qeyd edək ki, "Zəfər" Yay Düşərgəsi cari ilin iyulun 16-da başlayıb və iyulun 26-na qədər davam edəcək.

Address

Məhsəti Küçəsi, 11
Baku
AZ1096

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

(99 412) 421 10 93

Alerts

Be the first to know and let us send you an email when Xəzər Universiteti / Khazar University posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xəzər Universiteti / Khazar University:

Shortcuts

Share