Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb

Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir

“Bir ilin təşəkkürü” müsabiqəsinə start verilibIDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü i...
15/05/2026

“Bir ilin təşəkkürü” müsabiqəsinə start verilib

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə, IDEA, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və ThinkIn təşkilatının əməkdaşlığı çərçivəsində “Kindness Festival” (“Xeyirxahlıq Festivalı”) həyata keçirilir. Festival çərçivəsində 18–26 may tarixlərində xeyirxahlığın əsas siması olan qayğıkeş, mehriban müəllimlərimizə gələcək nəslin formalaşmasında oynadıqları əvəzsiz və müstəsna rola görə dərin minnətdarlığı ifadə etmək üçün şagirdlər arasında “Bir İlin Təşəkkürü” açıqca müsabiqəsinə start verilib.
Müsabiqədə 1–11-ci sinif şagirdləri iştirak edərək müəllimlərinə olan təşəkkürlərini istədikləri yaradıcı formada ifadə edə bilərlər. Münsiflər heyəti tərəfindən seçilən ən yaradıcı və təsirli açıqcaların müəllifləri təşəkkür etdikləri müəllim tərəfindən maraqlı hədiyyə, məktəb rəhbərliyi tərəfindən isə təşəkkürnamə ilə təltif olunacaqlar.

Bütün şagirdləri müsabiqədər fəal iştirak etməyə çağırırıq.

15/05/2026
14/05/2026

Azərbaycan Respublikasının Təhsil İnstitutu 2026-cı ilin iyun ayında keçiriləcək 4-cü sinif şagirdlərinin oxu (tədris dili) və riyaziyyat, 6-cı sinifdə təhsil alan şagirdlərin oxu (tədris dili), riyaziyyat və təbiət fənləri üzrə səriştə əsaslı monitorinqinin çərçivə sənədini təqdim edir. Bu sənəd ARTİ və Avstraliya Təhsil Tədqiqatları Şurasının (ACER) əməkdaşlığı çərçivəsində beynəlxalq ekspertlər qrupunun dəstəyi ilə hazırlanıb.

Çərçivə sənədi qiymətləndirmənin nəyi necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəddir. Bu sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin təhlili prosesində vahid yanaşmanı, ardıcıllığı və şəffaflığı təmin edir.

Bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (hər mətndən 1 açıq tapşırıq olmaqla), həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarının ölçülməsini hədəfləyən 3 ədəd şəkil əsaslı tapşırıq veriləcək. Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulur, bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq olacaq.

6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bunlardan 2-si açıq yazılı tapşırıq olacaq (seçilmiş 2 mətndən hər birində 1 açıq tapşırıq olmaqla), riyaziyyat fənni üzrə sualların strukturu isə 4-cü siniflərdə olduğu kimidir: 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan açıq tapşırıq veriləcək.

Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə monitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz:

https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf

Məktəbimizin 7B sinif şagirdi Fətəliyeva Fidan  kimya fənn müsabiqəsində respublika turuna vəsiqə qazanıb.Bu münasibətlə...
14/05/2026

Məktəbimizin 7B sinif şagirdi Fətəliyeva Fidan kimya fənn müsabiqəsində respublika turuna vəsiqə qazanıb.Bu münasibətlə onun Kimya fənn müəllimi Aysu müəlliməni və sinif rəhbəri D.Könül müəllimi ürəkdən təbrik edirik.Final mərhələsində uğurlar arzulayırıq.👏🏼👏🏼👏🏼🥳🥳🥳🥳🥳🥳🥳🥳

13/05/2026
12/05/2026

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 273 nömrəli məktəbdə ibtidai sinif müəllimi Mehralıyeva Pervanənin təşkilatçılığı ilə 2A sinfində açıq dərs təşkil olunub.Dərs zamanı şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü mühüm işlərdən, dövlətçilik tariximizdəki əvəzsiz xidmətlərindən bəhs ediblər. Şagirdlərin hazırladıqları təqdimatlar, çıxışlar və bədii nümunələr dərsin daha maraqlı keçməsinə səbəb olub. Açıq dərsdə həmçinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin gənc nəslin vətənpərvər ruhda formalaşmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb, onun xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərindən danışılıb.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 273 nömrəli məktəbdə ibtidai sinif  müəllimi Meh...
12/05/2026

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə 273 nömrəli məktəbdə ibtidai sinif müəllimi Mehralıyeva Pervanənin təşkilatçılığı ilə 2A sinfində açıq dərs təşkil olunub.Dərs zamanı şagirdlər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın inkişafı naminə gördüyü mühüm işlərdən, dövlətçilik tariximizdəki əvəzsiz xidmətlərindən bəhs ediblər. Şagirdlərin hazırladıqları təqdimatlar, çıxışlar və bədii nümunələr dərsin daha maraqlı keçməsinə səbəb olub. Açıq dərsdə həmçinin ümummilli lider Heydər Əliyevin siyasi irsinin gənc nəslin vətənpərvər ruhda formalaşmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb, onun xalqımız və dövlətimiz qarşısındakı böyük xidmətlərindən danışılıb.

08/05/2026

Address

Sahil Qəsəbəsi, E. Quliyev Küçəsi 12
Baku

Alerts

Be the first to know and let us send you an email when Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category