ATU-Əczaçiliq

ATU-Əczaçiliq

Share

--Azərbaycan Tibb Universiteti-- ---------Əczaçılıq fakultəsi---------

21/07/2021

Qurban Bayraminiz Mübarək !

Azərbaycan Əczaçılar Assosiyasiyası “Əczaçılığın müasir problemləri – Azərbaycan Əczaçılar Assosiyasiyası “Əczaçılığın müasir problemləri 22/04/2021

Hörmətli məsləkdaşlar!

Azərbaycan Əczaçılar Assosiasiyası tərəfindən 23-24 aprel 2021-ci il tarixində Bakı şəhərində online keçiriləcək “Əczaçılığın Müasir problemləri” mövzusunda Azərbaycan Tibb Universitetinin yaradılmasının 90, Azərbaycanda Ali əczaçılıq təhsilinin 80 illik yubileylərinə həsr edilmiş V Beynəlxalq Elmi Konqresdə sizləri də aramızda görməkdən qürur duyacağıq!
Konqresdə əczaçılıq elminin bütün sahələri, eləcə də yeni dərman vasitələrinin yaradılması istiqamətində həmmərz elmlər sahəsində də aparılan elmi-tədqiqat işlərinin, həmçinin də praktik əczaçılığın maraq dairəsində olan problemli məsələlərin müzakirəsi planlaşdırılır.
Əczaçılıq sahəsində Dövlət siyasətini həyata keçirən qurumlar, özəl sektorun nümayəndələri, tədqiqatçılar, tədrislə məşğul olan professor-müəllim heyəti və tələbələr arasında əlaqə yaradaraq müasir problemlərimizin həllinə çalışan konqresdə iştirakınıza ümid bəsləyirik.

Konqres haqqında daha ətraflı məlumatlar rəsmi saytda verilmişdir:
- https://mppbic.com/

Təşkilat Komitəsi

Azərbaycan Əczaçılar Assosiyasiyası “Əczaçılığın müasir problemləri – Azərbaycan Əczaçılar Assosiyasiyası “Əczaçılığın müasir problemləri İran Tibb elmləri Akademiyasının üzvü, Təbriz Tibb Elmləri Universitetinin Əczaçılıq analizi kafedrasının professoru, İran İslam Respublikası.

23/01/2021

Hörmətli Əczaçılar, Sizi 26 yanvar 2021-ci il saat 19:00 -da
“Əczaçılar Klubu”İB-in və Servye Azərbaycan şirkətinin təşkilatçılığı ilə pasientləri ciddi narahat edən babasil xəstəliyi mövzusunda “Üçbucağın gücü” vebinarına dəvət edirik

*TEAMS proqramına link: https://goo.su/3vP7
(Vebinar TEAMSproqramı vasitəsi ilə keçiriləcək )

20/01/2021

Yeni açilan apteklər və hazirda fəaliyyətdə olan apteklərin əksəriyyətində işçilərin və ya aptek rəhbərinin Ali Əczaçiliq təhsili olmadan fəaliyyət göstərirlər.Apteklərin Əczaçi olmadan fəaliyyətinə icazə var ?

25/09/2020

Əziz Əczaçılar, 25 sentyabr Beynəlxalq Əczaçı gününüz mübarək!

"Əczaçılar Klubu" İB-nin saat 19:00da zoom üzərindən təşkil olunacaq konfransın formatında dəyişiklik oldu.

Sizə daha yaxşı texniki xidmət göstərə bilməyimiz üçün Medical Media bizə dəstək oldu.

Konfrans bu gün axşam saat 20:00 da, kanalın youtube və facebook, həmçinin bizim facebook kanalından canlı yayımlanacaq.

Xahiş edirik, dostlarınızla bölüşün!

21/09/2020

Salam hörmətli həmkarlar!

"Əczaçılar Klubu" İctimai Birliyi Sizi 25 sentyabr 2020-ci il saat 19:00-da "Ölkə Əczaçılarının 2-ci Respublika konfaransına" (Online) dəvət edir.

Konfrans ZOOM Platforması üzərindən təşkil olunacaqdır. Aşağıda əlavə olunmuş linkə daxil olaraq konfransda iştirak edə bilərsiniz.

Konfransda Ölkə əczaçılıq sektorunun tanınmış simaları, həmçinin professor və müəllim heyəti iştirak edəcəklər.

https://us02web.zoom.us/j/86505364674?pwd=WVVCUVk0TlA5SDdOMGtreG1DRkFmUT09

Reseptron 26/08/2020

Tibb və Əczaçılıq sahəsində Startap layihə olan Reseptron şirkəti xanımlar üçün koordinator vəzifəsinə vakansiya elan edir .
Namizədlərə tələblər :
1. Aptekdə 5 ildən yuxarı əczaçılıq
təcrübəsi (reseptlərin sərbəst oxunması , dərman bazarında mövcud çeşid barəsində dərin məlumatın olması);
2. Ali və ya orta əczaçılıq təhsili;
3. Ünsiyyətcil;
4. Azərbaycan dilində səlis bilmək ,rus dilini anlamaq və fikirini sərbəst izah etmək ,ingilis dili bilgiləri arzuolunandır;
5. Yüksək koordinasiya etmə qabiliyyəti;
6. Sərbəst kompyuter istifadəçisi;

Vəzifələr :

1. Layihə daxili prosesin idarə olunması və layihə iştirakçılarını koordinasiya etmək (həkim,pasiyent,aptek);
2. İstifadəçilərin dərman vasitələri ilə bağlı gündəlik suallarını cavablandırmaq;
3. Komanda ilə (həkimlər,əczaçılar,proqramçılar) davamlı əlaqədə olaraq gündəlik məsələləri həll etmək;

İş saatı : 9:00-18:00 ofis şəraitində, 6 gün
Ə/H : başlanğıc 500 AZN
Karyerada yüksəliş perspektivləri

CV-lərinizi 01.09.2020 tarixinədək [email protected]
e-ünvanına göndərməyiniz xahiş olunur

Reseptron

https://reseptron.com

https://t.me/reseptron

https://www.facebook.com/Reseptron/

Əlavə məlumat üçün : +994 50 288 66 65

Reseptron Reseptron pasiyentin tibbi məlumatlarını həkim və apteklərə göndərən tibbi tətbiqdir.

14/08/2020

Diqqət!

Elan!

Hörmətli tibb işçiləri, tələbələr. Əziz əczaçılar.
Əczaçılar Klubu ictimai birliyi pandemiya dövründə öz aktivliyini davam etdirməkdədir. Əczaçılar Klubu ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi şurasının elan etdiyi Qrant layihəsinin qalibi olmuşdur. Layihəyə uyğun olaraq ictimaiyyət arasında yoluxmadan qorunma yolları, dezinfeksiya, sosial məsafə, qoruyucu vasitələrdən istifadə üsulları barədə maarifləndirmə işləri, sonra isə bu vasitələrin ehtiyacı olan əhali arasında paylanmasını təmin edəcəyik.
Bu gündən etibarən layihənin icrasında könüllü iştirak etmək istəyən əczaçılar, tibb işçiləri, tələbələr və s [email protected] mail ünvanına müraciət edə bilərlər.

P.S Daha əvvəlki elanda mail ünvanımıza yazan könüllülərlə sabah gün ərzində əlaqə saxlanılacaq.

08/08/2020

Əziz həmkarlar növbəti vebinarımız! Ölkə Əczaçılığına Siz də öz dəstəyinizi göstərin, link üzərinə klik edərək vebinara qoşulun.

Əczaçılar klubu və Alpen farmanın birgə i Zoom vebinarı:

Mühazirəçi: ADHTİ-nun dosenti Vəliyeva Sənubər

Mövzu: COVİD-19 pandemiyası zamanı virus infeksiyalarının müalicəsinə yanaşmalar.

Vaxt: 12 avqust 2020 saat 20:00

Zoom konfransına daxil olmaq üçün link:
https://us02web.zoom.us/j/88430318610?pwd=dFRiYWFOdkJ5M3IxWDZoejR1cTVkZz09

Konfransın identifiaktoru: 884 3031 8610
Daxil olma kodu: 827273

03/08/2020

Biznesinizə Dərman Oluruq!

ReviGroup PharmConsulting

Biznesinizə Dərman Oluruq.

ReviGroup PharmConsulting Sizə aşağıdakı xidmətləri təklif edir:

✓Pərakəndə əczaçılıq fəaliyyəti (Aptek) üçün uğurlu yerin seçilməsi;

✓Sıfırdan Aptek biznesinin qurulması;

✓Mövcud ərazinin satış potensialına uyğun mal qalığının tənzimlənməsi;

✓Fəaliyyət dövründə sistemin avtomatlaşdırılması, proqram təminatı;

✓Lisenziyalaşma;

✓Mövcud təhçizatçılarla iş qaydası;

✓Personal seçimi, bilik və bacarıqlarının yoxlanılması;

✓Aptekin fəaliyyəti dövründə periodik təftişin aparılması;

✓Gəlir xərc analizi, mənfəətliliyə mənfi təsir edən amillərin aradan qaldırılması;

✓Hazır Aptek biznesinin alışının dəyərləndirilməsi;
Fəaliyyət qurulduqdan sonra 7/24 məsləhət xidməti.

Bütün yuxarıda sadalanan xidmətlər Əczaçılıq sektorunda 15 ildən artıq təcrübəsi olan peşəkər Əczaçıar tərəfindən həyata keçirilir.

ReviGroup PharmConsulting –“ Biznesinizə Dərman Oluruq”

27/07/2020

Diqqət!

Elan!

Hörmətli tibb işçiləri, tələbələr. Əziz əczaçılar.
Əczaçılar Klubu ictimai birliyi pandemiya dövründə öz aktivliyini davam etdirməkdədir. Əczaçılar Klubu ictimai birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi şurasının elan etdiyi Qrant layihəsinin qalibi olmuşdur. Layihəyə uyğun olaraq ictimaiyyət arasında yoluxmadan qorunma yolları, dezinfeksiya, sosial məsafə, qoruyucu vasitələrdən istifadə üsulları barədə maarifləndirmə işləri, sonra isə bu vasitələrin ehtiyacı olan əhali arasında paylanmasını təmin edəcəyik.
Bu gündən etibarən layihənin icrasında könüllü iştirak etmək istəyən əczaçılar, tibb işçiləri, tələbələr və s [email protected] mail ünvanına müraciət edə bilərlər

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Fakultənin ünvanı: Bakı ş. , A. Bakıxanov Küçəsi 23 Telefon:495-43/37
Baku
AZ1022