06/07/2020
Marketinq üzrə fəaliyyət göstərən, həmçinin bu istiqamət üzrə təhsil alan və gələcək karyerasını bu istiqamət üzrə qurmaq istəyən hər kəsi “Marka Yaratma Strategiyası” adlı vebinarda iştirak etməyə dəvət edirik.
12 iyul, saat 18:00-da başlayacaq olan vebinar 3 saat davam edəcək (10 dəqiqəlik fasilələrlə) və aşağıdakı mövzuları əhatə edəcəkdir:
🔹 Məhsul nədir? Brend nədir?
🔹 Brendləşmə haqqında qısa məlumat;
🔹 Brend kimliyinin elementləri;
🔹 Brendin mövqeləndirilməsi;
🔹 Startap və ideyası olanlar brendləşmə üçün nə etməlidir?
🔹 Brendləşmə üçün yol xəritəsi;
🔹 Vebinar ərzində bütün deyilənlər praktiki örnəklər ilə izah olunacaqdır.
Qeyd: Vebinarın son 1 saatı sual-cavab hissəsi olacaqdır.
----------------------------------------------------------------------------
Təlimçi: Bəhman Hüseynli
Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi hüququ ixtisaslaşmasını (ÜOMG: 88.79 / 100) bitirib.
İlk magistr dərəcəsini İstanbul Universitetinin Marketinq ixtisasını (ÜOMG: 96.5 / 100) bitirərək, İkinci magistr dərəcəsini isə Marmara Universitetinin Marketinq ixtisasını (ÜOMG: 87.5 / 100) bitirərək almışdır. Bəhmən Hüseynli hal-hazırda Marmara Universitetində Marketinq üzrə doktorantura (PhD) səviyyəsində (ÜDM: 95/100) təhsilini davam etdirir.
Nəzəriyyə ilə təcrübənin birlikdə tətbiq olunmasının düzgün olduğunu düşünən Bəhmən Hüseynlinin beynəlxalq məqalə və tezisləri dərc edilmişdir.
Bəhmən Hüseynli iş həyatına Azərbaycanda bakalavrda oxuduğu dövrdə başlamış və peşəkar karyerasına Türkiyədə davam etmişdir. O, bankçılıq, sığortaçılıq, sənaye sahələrində təcrübə qazanmış və 50-yə yaxın layihədə iştirak etmişdir. Bəhman Hüseynli konsaltinq firmasında çalışdığı dövrdə işçi, komanda və təşkilat səviyyəsində şirkətlərin böyümə və kiçilmə strategiyalarında dəyişim, transformasiya və inkişaf dövrlərində təcrübə qazanmışdır.
Bəhman Hüseynli, marketinq tədqiqatları, marketinq strategiyası, brend menecment, brendin yaradılması, brendin yaşadılması, oyunlaşdırma, korporativ inkişaf, performans menecmenti, korporativ akademiya, proses menecmenti, layihə idarəetməsi və biznes strategiyası sahələrində ixtisaslaşmışdır.
https://linkedin.com/in/bahmanhuseynli
https://researchgate.net/profile/Bahman_Huseynli
----------------------------------------------------------------------------
Vebinar “Zoom” proqramı vasitəsi ilə keçiriləcəkdir.
Vebinarın tarixi: 12 iyul, 18:00
Vebinarın müddəti: 3 saat
Qiymət: Vebinar ödənişsizdir. Təşkilati xərclər və sertifikat sifarişi üçün ödəniş cəmi 10 AZN təşkil edir, online qəbul olunur.
Yerlər məhdud olduğu üçün ilk müraciət edənlər qeydiyyata alınacaqdır!
Vebinarda iştirak etmək üçün keçidə daxil olaraq qeydiyyatdan keçməyiniz xahiş olunur: https://bit.ly/2NPVC6b
Son qeydiyyat tarixi: 11 iyul, 15:00.
----------------------------------------------------------------------------
Detallı məlumat əldə etmək üçün mərkəzimizə yaxınlaşa və ya qeyd olunmuş nömrələrlə əlaqə saxlaya bilərsiniz.
📍 Ünvan: Cəfər Cabbarlı 44, Nizami m-nun yaxınlığı.
Caspian Plaza ll korpus 16-cı mərtəbə.
The Secret Business Academy (Baş ofis).
🏫 Ümumi məlumat şöbəsi:
☎️ +99412 594 27 49
🏫 Treninq şöbəsi:
☎️ +99477 527 77 51