ADNA QNMF

ADNA QNMF ADNA QNMF © 2014 Azərbaycan Dövlət Neft Akademiyasının ən birinci və qocaman fakültələrindən biri Qaz-neft-mədən fakültəsidir.

Fakültə 1920-1930-cu illərdə «Neft sənaye» fakültəsi adı altında fəaliyyətə başlamışdır. 1930-1936-cı illərdə «Neft-mədən (Dağ-mədən)», 1936-1940-cı illərdə «Dağ-neft və neft texnologiyası», 1940-1979-cu illərdə «Neft-Mədən», 1979 ildən hal-hazırki zamana qədər isə «Qaz-neft-mədən» fakültəsi adları altında fəaliyyət göstərmiş və fəaliyyət göstərməkdə davam edir. Fakültənin yaranmasında görkəmli al

im və pedaqoqlar olan akademik L.S.Leybenzon, N.S.Uspenskiy, A.R.Serebrovskiy, Q.R.Derinq, professor B.S.Dombrovskiy, professor R.İ.Şişşenko, akademiklər: A.X.Mirzəcanzadə, S.M.Quliyev, M.P.Quluzadə və başqaları fəal iştirak etmişlər. Yarandığı ildən bu günə qədər fakültənin dekanı vəzifəsini ardıcıl olaraq müxtəlif dövrlərdə B.S.Dombrovskiy, L.S.Leybenzon, M.V.Abromoviç, A.İ.Beskin, Q.A.İbatulov, T.Z.İzmaylov, K.B.Şahbazbəyov, A.Q.Məmmədov, Z.M.Əhmədov, İ.X.Məmmədov, A.M.Əzizov, T.Ə.Səmədov, Q.Q.İsmayılov icra etmişlər. Hal-hazırda fakültənin dekanı vəzifəsini dosent V.T.Mustafayev icra edir. Yarandığı gündən indiyədək fakültədə 14 mindən çox ali təhsilli neft və qaz üzrə mütəxəssis kadrlar hazırlanmışdır. O cümlədən 2955 nəfərə yaxın bakalavr, 375 nəfər magistr.

1997-ci ildən fakültədə bakalavr və magistr proqramları üzrə mütəxəssis hazırlığına başlanmışdır. Bakalavr təhsil pilləsində aşağıdakı istiqamətlər və ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır.

- «Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri» («Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri» ixtisası);

- «Faydalı qazıntı yataqlarının işlənməsi» («Açıq dağ-mədən işləri», «Neft-qaz yataqlarının işlənməsi və istismarı», «Qaz və neft kəmər və anbarlarının layihələndirilməsi, tikintisi və istismarı», «Neft və qaz quyularının qazılması» və «Dəniz neft-qaz qurğuları» ixtisasları)

Magistr təhsil pilləsi üzrə aşağıdakı istiqamətlər və ixtisaslaşmalar üzrə mütəxəssis hazırlığı aparılır.

- Neft-qaz və dağ-mədən istehsalatının fiziki prosesləri («Neft-qaz və dağ mədən istehsalının fiziki prosesləri» ixtisaslaşması);

- Faydalı qazıntı yataqlarının işlənməsi («Açıq dağ-mədən işləri», «Neft-qaz yataqalırının işlənməsi və istismarı», «Qaz və neft kəmərləri və anbarlarının layihələndirilməsi», «Qaz və neft kəmərlərinin və anbarlarının tikilməsi» «Quruda neft və qaz quyularının qazılması», «Dənizdə neft və qaz quyularının qazılması» və «Dəniz neft-qaz qurğuları» ixtisaslaşmaları).

2009-cu ildən fakültədə Avropa Kredit Transfer sisteminə uyğun olaraq, aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanmışdır:

- Dağ-mədən mühəndisliyi;

- Neft-qaz mühəndisliyi;

- Neft-qaz qurğuları mühəndisliyi. ADNA-nın rəhbərliyinin göstərdiyi qayğı sayəsində fakültənin bütün ixtisas kafedraları İnternet Şəbəkəsinə qoşulmuşdur ki, bu da öz növbəsində tələbələrin müasir tələblərə uyğun kurs və buraxılış işlərinin yerinə yetirilməsində yaxşı nəticələr göstərmişdir.

2011-ci ildən etibarən isə aşağıdakı 2 ixtisas üzrə mütəxəssis hazırlığına başlanmışdır:
- Neft-qaz mühəndisliyi; (İstiqamət: «Neft-qaz yataqlarının işlənməsi və istismarı» «Neft və qaz quyularının qazılması» «Neft-qaz sənayesində əməyin mühafizəsi və təhlükəsizlik texnikasıı» )

- Neft-qaz qurğuları mühəndisliyi. (İstiqamət: «Dəniz neft-qaz qurğuları» «Neftin-qazın nəqli və saxlanılması» )

Hal-hazırda bakalavr təhsil pilləsində əyani şöbədə 933 nəfər, qiyabi şöbədə isə 172 nəfər tələbə, magistratura pilləsində isə 59 nəfər tələbə təhsil alır. Fakültənin bakalavr təhsil pilləsinin məzunlarının 12 nəfəri Norveç Krallığında, Almaniya Respublikasında, Türkiyə Respublikasında, İngiltərə Krallığında və ABŞ-da təhsillərini magistratura pilləsində davam etdirirlər. Fakültə məzunilarına Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Neft şirkətləri (BP-Azərbaycan, Stat Oyl, Şlümberje, KSA-DEUTAC, AMEC, Xəzər-Qazma İşlər İdarəsi, Halliberton) maraq göstərərək, onların xarici dil öyrənməsində yardımçı olaraq, gələcəkdə onları öz şirkətlərində işlə təmin edirlər. Fakültədə təhsil alan ən bacarıqlı tələbələr, təhsil aldıqları ixtisas kafedralarında apardıqları elmi araşdırmaların nəticələrini ADNA-da ənənəvi aparılan tələbələrin elmi texniki konfranslarında məruzə edirlər. Fakültənin struktur tərkibinə aşağıdakı kafedralar aiddir.

- Faydalı qazıntı yataqlaının işlənməsi (Kafedra müdirinin vəzifəsini dosent Mustafayev V.T. icra edir)

- Neft və qaz quyularının qazılması (kafedra müdiri – professor Məmmədtağızadə Ə.M.)

- Neft yataqlarının işlənməsi və istismarı ( kafedra müdiri – professor Salavatov T.Ş.)

- Qaz və qaz kondensat yataqlarının işlənməsi və istismarı (kafedra müdiri professor Səmədov T.Ə.)

- Neftin, qazın nəqli və saxlanması (kafedra müdiri – millət vəkili professor Mirələmov H.F.)

- Hidravlika (kafedra müdiri – professor Əhmədov Z.M.)

- Əməyin mühayizəsi (kafedra müdiri – dosent Rəsulov S.R.)

- Rus dili ( kafedra müdiri – dosent Qasımova E.Ə.) Fakültənin tərkibində 16 tədris laboratoriyası, 5 kompüter sinfi, 5 problem laboratoriyaları («Neftçıxarmanın texnika və texnologiyası», «Dəniz neft yataqlarının işlənməsi », «Maili və horizontal quyuların qazılmasının texnika və texnologiyası», «Lay və karbohidrogen sistemlərinin qazotermodinamiki təhlili», «Neft hidravlikası») fəaliyyət göstərirlər. Fakültədə çox dərin maili horizontal quyuların qazılma texnologiyasının, neft və qaz yataqlarının işlənməsinin optimallaşdırılmasının, layların qaz-neft veriminin artırılması üsullarının, qaz-neft kəmərlərinin və anbarlarının layihələndirilməsinin tikintisinin və istismarının, mədən daxili avadanlıqlarının optimal yerləşdirilməsinin, quyu məhsulunun itkisiz yığılması və istehlakçılara çatdırılmasının problemlərinin həllinə və faydalı qazıntı yataqlarının işlənməsində dağ-mədən proseslərinin tədqiqi və təkmilləşdirilməsi sahəsinə yönəldilmiş elmi-tədqiqat işləri aparılır. Fakültədə 1 nəfər Azərbaycan Respublikasının Parlamentinin Millət vəkili, 17 elmlər doktoru, professorlar, 75 elmlər namizədi, dosentlər fəaliyyət göstərirlər. Fakültə tədris və elmi-tədqiqat işləri sahəsində Almaniya, ABŞ, Bolqarıstan, Vyetnam, İngiltərə, Macarıstan, Polşa, Rumınya, Suriya, Misir Ərəb Respublikası, Türkiyə, Fransa və MDB ölkələrini elm və təhsil müəssisələri ilə əlaqə saxlayır. Fakültədə aşağıdakı ixtisaslar üzrə Elmlər Doktoru və Elmlər Namizədi Alimlik dərəcəsini almaq üçün D.02.141 nömrəli Dissertasiya Şurası fəaliyyət göstərir.

- «Quyuların qazılması texnologiyası»-texnika elmləri

- «Neft və qaz yataqlarının işlənməsi və istismarı» - texnika elmləri

- «Neft və qaz kəmərlərinin, bazalarının və ambarlarının tikilməsi və istismarı» - texnika elmləri

- «Maşınlar, aqreqatlar və proseslər» - texnika elmləri.

ADNA QNMF-də oxuduğunuz müddətdə sizi ən çox bezdirən kafedra hansı olub? Ən gülməli imtahan xatirinənizi paylaşın gəlsi...
12/12/2023

ADNA QNMF-də oxuduğunuz müddətdə sizi ən çox bezdirən kafedra hansı olub?

Ən gülməli imtahan xatirinənizi paylaşın gəlsin 😁

ADNA QNMF-dən bəzi arxiv şəkillər 😄Bu tələbələrdən kimləri tanıyırsız? Yazın görək kimlər indi harda, nə işlə məşğuldur?
12/12/2023

ADNA QNMF-dən bəzi arxiv şəkillər 😄

Bu tələbələrdən kimləri tanıyırsız?

Yazın görək kimlər indi harda, nə işlə məşğuldur?

ADNA QNMF'dən nostalji 😃Kimləri tanıdız?
12/12/2023

ADNA QNMF'dən nostalji 😃

Kimləri tanıdız?

20/01/2022

bp Azərbaycanın 2022-ci il tələbələr üçün təcrübə və məzunların işə qəbulu proqramlarına müraciətlərin qəbulu davam edir. Tələsin - müraciət üçün son tarix 31 yanvardır. Ətraflı məlumat və müraciət üçün keçid: https://on.bp.com/3mvbexM
---
Application process for ’s 2022 graduate and internship programmes is currently ongoing. Hurry up - deadline is 31 January. Find out more and apply here: https://on.bp.com/3GYujRb

Ağır xəstəliklə mübarizə aparan Yağmurun əlindən tutduq ki, qorxmasın, ümidini itirməsin, bütün uşaqlar kimi o da oynası...
01/11/2021

Ağır xəstəliklə mübarizə aparan Yağmurun əlindən tutduq ki, qorxmasın, ümidini itirməsin, bütün uşaqlar kimi o da oynasın, gülsün, sevinsin!

Birgə səyimizlə Yağmuru Ankaraya yola saldıq, həkim nəzarətinə aldıq. 9 ay müddətində 90.000USD vəsait yığıb, Yağmurun müalicəsinə dəstək olduq. Müalicəni bitirmək üçün son dəstəyə ehtiyac var. Bir az da çalışsaq, 15.000USD ianə toplasaq, hər şey balaca Yağmurun sevdiyi nağıllardakı kimi gözəl olacaq. Sıxıntılar, qorxular arxada qalacaq, gözəl balamız ayağa qalxacaq!

Biganə qalmayaq! Sevgi, mərhəmət və şəfqətlə görülən hər işdə xeyir var, insan başqasına yardım etdikcə, öz işində də bərəkət artar. Yağmur üçün açdığımız hesabın nömrəsini xatırladırıq. Unutmayaq ki, bu dünyada hər gözəl əməl hökmən bir gün sahibinə qayıdacaq.

Yağmur üçün bir damla da siz olun..

MilliÖn / Emanat terminallarından ianə etmək üçün:

• Bank xidmətləri,
• Kapital bank,
• Kart hesabının artırılması,
• 4169 7332 1396 5796
• Günay Bayramova (kart sahibi)

Əlaqə üçün: 055 423 43 30 Şamil bəy (atası)

Fakultəmizin məzunu Orxan Qasımovun şəhid olma xəbərini almışıq. Dərin hüzünlə yaxınlarına başsağlığı veririk.Səninlə fə...
28/09/2020

Fakultəmizin məzunu Orxan Qasımovun şəhid olma xəbərini almışıq. Dərin hüzünlə yaxınlarına başsağlığı veririk.
Səninlə fəxr edirik Orxan 🇦🇿!

15/05/2020

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilmişdir.

Mövcud sanitar-epidemioloji vəziyyət, aktiv xəstə sayı və yoluxma sürəti əsas götürülməklə, 18 may 2020-ci il saat 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə:


yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olunur;

bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülür;

restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunur (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla);

Qeyd edək ki, restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Eyni zamanda 18 may 2020-ci il saat 00:00-dan bütün ölkə üzrə:

muzey və sərgi zallarının fəaliyyəti bərpa olunur;

65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür. Bununla belə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Hazırda xüsusi karantin rejimi müddətində ölkə üzrə aşağıdakı məhdudiyyətlər qüvvədə qalır:

yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması;
xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna, eləcə də Gəncə və Lənkəran şəhərlərinə giriş-çıxış və ölkənin digər şəhər və rayonlarından yerustü və hava nəqliyyatı ilə sərnişin daşımalarının dayandırılması;
bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması;
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması;
ASAN Xidmət və “DOST” xidmət mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulunun dayandırılması;
dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinin qadağan olunması;
toy məclislərinin təşkilinin qadağan olunması;
bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsinin dayandırılması;
tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilinin qadağan olunması;
ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması;

əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyətinin dayandırılması;
muzey və sərgi zalları istisna olmaqla, digər mədəniyyət obyektləri, eləcə də kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması;
nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyətinin dayandırılıması;
ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadənin qadağan olunması;
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə saat 18:00-dan 08:00-dək yerində xidmətin dayandırılması;
tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi;
idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması (bu sahədə tibbi xidmətlər istisna olmaqla);
massaj və hamam xidmətlərinin göstərilməsi;

Fəaliyyətinə icazə verilən sahələr üzrə iş rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə uyğun həyata keçirilməlidir.

Bir daha vurğulayırıq ki, COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Bu baxımdan COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, evdən yalnız ciddi ehtiyac yarandıqda çıxmağa, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qoruyucu vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.

22/03/2020



Address

Nəsimi Rayonu Dilarə Əliyeva Küçəsi
Baku

Alerts

Be the first to know and let us send you an email when ADNA QNMF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADNA QNMF:

Shortcuts

Share

Category