Hər bir şəxsin öz vətəni və xalqı qarşısında borcu var. Biz, könüllü olaraq işləyən 50-dən çox gənc, Vətənimizə və xalqımıza olan borcumuzu az da olsa ödəmək məqsədi ilə gənc nəsilin fərdi inkişafı üçün işlər görürük və görməyə davam edəcəyik. Bunun qarşılığında isə alacağımız mükafat yalnız sağlam Azərbaycan gəncliyinin yetişməsidir. Yaşımız və təcrübəmiz az olsa da, biz özümüzə güvənirik. Biz gə
ncliyin təkcə bioloji və yaxud fizioloji görünüş deyil, məhz daxili ruh olduğuna inanırıq. Biz könüllüyük, ona görə də maddiyyatı deyil, mənəviyyatı düşünürük! Biz Vətənimizi sevirik, ona görə də “Vətən sənə nə verib?” sualını yox, “Sən Vətənə nə vermisən?” sualını ilk olaraq veririk. Biz dəyişikliyə inanırıq və bunu da çox yaxşı anlayırıq ki, cəmiyyəti dəyişmək üçün özümüzdən başlamalıyıq. Biz kimdənsə kömək gözləmirik, deməli, biz özümüz işləməklə özümüzə kömək ALLMAG-a çalışırıq. Biz paylaşmağı sevirik, bununla da biz bütün öyrəndiklərimizi ilk növbədə öyrətməyə çalışırıq! Deməli sən istədiyin və hərəkət etdiyin halda hər şeyə nail ALLMAG-a qadirsən! Unutmayın ki, Aktiv ALLMAG heç vaxt gec deyil!