31/03/2025
Meyvələr haqqında bunları bilirdiz?
Məncə ən şanslı analar meyvəni çiy yeyən uşağına sahib analardır.
Bəs sizdə necədir vəziyyət ?👇🏻
Bu arada heç meyvə yeməyən uşaqlarda anemiya halları daha çox rast gəlinir. Və ya uşağınızın meyvə yeməməsi səbəbi həmişə sevməməyi deyil, bəzən də dəmir əksikliyidir.
Bunu isə mən tam təbii yollarla yəni qida və qida əlavələri ilə müalicə edirəm.
Bu haqda daha ətraflı məlumat almaq üçün rəylərdə + atmağınız kifayətdir.🌸
04/09/2024
Tualet təlimi adətən 18-36 ay arası başlanılması məsləhət görülür. Lakin bu prosesə uyğunlaşmaa hər uşaqda fərqlidir. Deyirlər ki, uşaq özü pilləkanları çıxıb düşürsə artıq hazırdır. Biz 2 yaşında başladıq.
Tualet təlimini mən sizlərin gözü önündə başladım. Hər gün storyə qoyurdum. İndi isə post şəklində yazıram ki, sizlərə də faydalı olsun.
İlk öncə bezi tərgitməyə qərar verdiyimdə 2 şeyi etdim.
1. Xalçaları yığdım
2. Güvəc aldım.
Mən adi güvəc aldım. Çünki uşaq öyrəşəndən sonra musiqili və ya oyuncaqlı güvəcin bir mənası olmur.
İlk günümüz təbii ki bir fəlakət oldu. Amma qorxmayın və geri addım atıb bezə təkrar salmayın.
Mən ilk evdə çıxardım və müşahidə edirdim ki, gündüz yuxusunda Ömər quru saxlayır bezini. Ona görə də heç günorta bez taxmadım. İlk vaxtlar aptekdən aldığım bir tərəfi pambıq digər tərəfi isə klyonka olan altlıq aldım. Amma heç vaxt islatmadı və təzə də qaldı. Yalnız gecə və çölə çıxanda bez taxdım bir müddət. Lakin sizə məsləhətim əgər cəsarətiniz varsa birdəfəlik çıxarın. Onda proses daha tez baş verir.
İlk günlər çişlər yerə edilirdi və qorxurdu güvəcə oturmaqdan. Kakanı isə azca tumana edən kimi ağlayırdı ki məni yu. İrgənirdi. Beləcə 1 kakasını 4-5 dəfə edib yuduğum olub. Biz rayona gedəndə təlimi bitirmişdik. Orda hava şəraiti ilə istəmədən bezə döndük bəzi vaxtları. Ona görədə evə gəldikdən sonra kakalar güvəcə, çişlər isə yerə edilirdi. Onu da 0-dan hər şeyi təkrar başlayıb yoluna qoyduq.
Məsləhətlərim ilk rəydə⬇️
16/08/2024
İştahsızlıq və yemək seçmə vebinarı üçün yerlər azalır.
Vebinar təlimin demo versiyası olduğu üçün qiyməti minimal ödənişlidir.
Qeydiyyat üçün +994503147098 nömrəsinə vebinar yazmağınız kifayətdir.
16/02/2024
Cədvəl uşağınızın hal-hazırdakı ayına özəl hazırlanır.
Balanslı reseptlər təyin edilir.
Ödənişdən sonra 4-5 gün ərzində təhvil verilir.
Cədvəl əldə etmək üçün DM⬇️
16/02/2024
Cədvəl uşağınızın hal-hazırdakı ayına uyğun hazırlanır.
Ödəniş olunduqdan 4-5 gün sonra hazır olur.
Cədvəli əldə etmək üçün DM 📥
17/11/2023
Çoxdan gözlənilən giveawaya start verilir.🥳
Bu dəfə tam 9 qalibimiz olacaq.
Necəəə?
Deməli 1-2-3 cü yer və hərəsi 3 nəfər
Şərtlər:👇🏻
1. Bu postun altına kiçik uşaqlı 2 rəfiqənizi tag edirsiz.
2. Hər 3 nüz səhifəni izləyirsiz.
Bu qədər🥰
Sonda siz qalib olsaz,2 rəfiqəniz də birlikdə qalib olur.😍
🥇ci yer🎉 Reseptlər toplusu və 1 təlimə 30% endirim
🥈ci yer🎉Reseptlər toplusu
🥉cü yer🎉1 təlimə 30% endirim
Qalib istədiyi 1 təlimi seçə bilər.🥰
Giveaway 17-30 noyabr tarixində baş tutacaq.
30 noyabr birlikdə qalibi seçəcəyik.❤️
Uğurlar🎉🎉🎉
13/11/2023
Körpənin sağlam qidası bütün həyatı boyunca ona baryer funksiyasını yerinə yetirir. Uşağın ağız dadını nəyə öyrəşdirsəz, o yöndə də gedəcək. Körpələr doğuşdan şirin qidalara meyillidirlər. Bu dönəmdə onlara neytral dadlar verərək əlavə qidaya uğurlu addım atmış oluruq. Qida təlimi zamanı siz sağlam olan qidalarla nəyi nə zaman başlayacağınızı, nə qədər miqdarda verəcəyinizi biləcəksiniz. Bundan əlavə bir sıra ev üsulu qidalar,reseptlər, allergik uşaqlara məsləhətlər, ilk qidaya başlayanda yaşanan qəbizlik, ishal zamanı necə qidalandıracağınız haqqında da məlumatlar vardır. Eyni zamanda 6 aydan böyük uşaqlar üçün sağlam taxıllar,paxlalılar, ədviyyatlar haqqında iştahsızlıq,yemək seçmə ilə mübarizə üsulları da vardır.
✅Təlim qapalı instagram səhifəsində əvvəlcədən paylaşılmış post və hekayələr şəklində keçirilir.
✅Whatsappda 1 həftə ərzində qrup qurulur və bəzi məsləhətlər səslər vasitəsilə ötürülür. Müzakirələr edilir.
✅Təlim bitdikdən sonra 1 ay müddətində sual vermə haqqınız olur.
✅Məlumatlar sizdə həmişəlik qalır.
Təlimdən sonra balanslı qidalanan uşağınız olacaq.
Yemək seçib sizi yormayacaq.
Qidalanma düzgün olduğundan immunitetinə müsbət təsir edəcək.
Qidası sağlam olduğundan sağlam formada çəki alacaq.
Qida təlimi (6-12 ay) hər ayın 1 i keçirilir.
Qeydiyyat üçün DM 📥yaza bilərsiniz.
12/11/2023
Sarıkök zəncəfilkimilər fəsiləsinə aid olan çoxillik bitkidir. O toz şəklində, xüsusi qoxuya malik olan, özünəməxsus dada malik olan bir ədviyyat və təbiətin yaratdığı ən təbii boyadır.
Sarıkök antioksidant tərkibi ilə yanaşı, kurkuminlə zəngin ədviyyat növüdür. Kurkumin sarıkök bitkisinin köklərindən əldə edilən sarı bir komponentdir.
Kurkuminin antioksidant xüsusiyyəti toxuma hüceyrələrini toxumada əmələ gələn və DNT-yə zərər verə bilən sərbəst radikallardan qorumaq üçün imkan yaradır. Xərçəng hüceyrələrinin əmələ gəlməsinin səbəblərindən biri toxuma hüceyrələrində DNT-nin mutasiyasıdır. Həmin komponent bədəndəki mutasiyaya uğramış xərçəng hüceyrələrini məhv edir və onların bədənə yayılması və daha çox zədələnməsinin qarşısını alır.
Sarıkökün araşdırılan faydaları
1. Həzmi rahatlaşdır.
2. Qurdqovucu təsir
3. Mədə bağırsaq qazlarınısökdürücü təsiri öyrənilmişdir.
4. Ödün istehsalını artırması kimi təsiri öyrənilmişdir.
5. Bədəni artıq şlaklardan təmizləyici təsiri öyrənilmişdir.
6. Qaraciyər qorucu funksiyası öyrənilmişdir.
7. İltihabəleyhinə təsiri öyrənilmişdir.
8. Trombların əmələ gəlməsinin qarşısını alması öyrənilmişdir.
9. Qanda lipidlərin çoxalmasının qarşısını alması öyrənilmişdir.
10. Xərçəng əleyhinə antioksidant təsiri öyrənilmişdir.
11. Bakteriyalar əleyhinə antibakterial təsiri öyrənilmişdir.
12. Göbələklər əleyhinə təsiri vardır. Antifunqal.
13. Viruslar əleyinə təsiri vardır. Antiviral.
14. Hüceyrə zəhərlənmələrinə qarşı zəsiri vardır. Sitotoksik.
15. Şişlər əleyhinə təsiri vardır.
16. Dəri xəstəliklərinə qarşı təsiri vardır.
Uşaqların rasionunda lazımlı ədviyyatdır.
07/11/2023
İlk öncə onu qeyd etmək istəyirəm ki, yazdığım baxım məhsulları kifayətdir. Çeşid-çeşid almağa ehtiyac yoxdur. İnanın ki, sonra işlənmir. Və ən əsası təmiz tərkibli alın. Mən hansı məhsulları istifadə edirəm qeyd edəcəm.🤗
✅Baxım yağını mən ən çox saçda və ya qulaq arxasında qabıqlanma olanda duşdan öncə çəkirəm. Sonra sabunla yuyulub gedir.
✅Lasyon əgər körpənizin dərisi qurudursa, duşdan sonra istifadə edə bilərsiz. Mən masaj zamanı yağ əvəzinə lasyondan istifadə edirəm. Bəzən bişməcə yox cüzi qızarmalar varsa poposuna da vururam.
✅ Bişməcə kremi haqqında yazım çox güman ki bu posta yerləşməz növbəti dəfə bu haqda məlumat paylaşacam.
✅ Pambığı mən hər pampersi dəyişəndə ilıq su ilə isladıb altını silirəm. Sonra parça ilə qurulayıram. Təbii ki, nəcis varsa ilıq su ilə yuyuram. (nəm salfet məsləhət görmürəm)
✅Qulaq çöpünü isə yağ, krem çəkmək üçün. Birdə duşda əgər qulağına su dəyibsə nəmini çəkmək üçün ancaq qulaq seyvanını qurulamaq üçün (içəri olmaz)