Bakı Biznes Universiteti

Bakı Biznes Universiteti Admin:

26 may 2026-cı il tarixində Bakı Biznes Universitetinin (BBU) professor-müəllim heyəti Macarıstanda yerləşən Budapeşt Me...
19/06/2026

26 may 2026-cı il tarixində Bakı Biznes Universitetinin (BBU) professor-müəllim heyəti Macarıstanda yerləşən Budapeşt Metropolitan Universitetində (METU) işgüzar səfərdə olub.

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü.
15/06/2026

15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü.

Bakı Biznes Universitetinin nümayəndələri Bolqarıstanda beynəlxalq akademik tədbirdə iştirak ediblər.11–15 may 2026-cı i...
01/06/2026

Bakı Biznes Universitetinin nümayəndələri Bolqarıstanda beynəlxalq akademik tədbirdə iştirak ediblər.

11–15 may 2026-cı il tarixlərində Bakı Biznes Universitetinin Təhsil işləri üzrə prorektoru Dos.Xatirə Əzizova və rektor köməkçisi i.f.d, İlknur Rəcəbli Universitetlərarası mübadilə proqramı çərçivəsində Bolqarıstanın Beynəlxalq Biznes Məktəbinə işgüzar səfərləri baş tutub.

Bakı Biznes Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
28/05/2026

Bakı Biznes Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.

28/05/2026

Bakı Biznes Universitetində ənənəvi olaraq əmək yarmarkası təşkil olunub.

Bakı Biznes Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılıqı ilə əmək yarmarkası təşkil olunmuşdur.

Tədbirin açılış mərasimində çıxış edən Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov universitetin əmək bazarının tələblərinə uyğun, bacarıq əsaslı təhsil modelinə üstünlük verdiyini bildirib. O qeyd edib ki, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı xüsusi peşə bacarıqlarının əhəmiyyətini daha da artırır və Bakı Biznes Universitetində tədris prosesi məhz bu yanaşma əsasında qurulur. Rektor həmçinin vurğulayıb ki, universitet bu il təxminən 600 bakalavr və 100-ə yaxın magistr məzununu əmək bazarına yola salmağa hazırlaşır və bu kimi əmək yarmarkaları məzunlar üçün mühüm karyera platforması rolunu oynayır.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Elşən Mahmudov çıxışında müasir dövrdə təhsil müəssisələrində belə əmək yarmarkalarının təşkilinin əhəmiyyətini xüsusi vurğulayıb. O, bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına inteqrasiyasında mühüm rol oynadığını, onlar üçün böyük karyera fürsətləri yaratdığını qeyd edib.

Əmək yarmarkasında 50 işəgötürən tərəfindən 300-ə qədər vakansiya təqdim edilib. İştirakçılara mövcud vakansiyalar, işə qəbul şərtləri və karyera imkanları barədə ətraflı məlumat verilib, CV-lər qəbul olunub.

28 May - Azərbaycanın Müstəqillik Günü
28/05/2026

28 May - Azərbaycanın Müstəqillik Günü

Bakı Biznes Universitetində beynəlxalq əməkdaşlıq və tələbələrin peşəkar inkişafının dəstəklənməsi istiqamətində növbəti...
26/05/2026

Bakı Biznes Universitetində beynəlxalq əməkdaşlıq və tələbələrin peşəkar inkişafının dəstəklənməsi istiqamətində növbəti mühüm tədbir həyata keçirilib. 12–15 may 2026-cı il tarixlərində universitetdə Özbəkistandan olan tələbələrin və Bakı Biznes Universitetinin tərcümə ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə “Qadın Sahibkarlığı və Biznes İngilis Dilinin İnkişafı Proqramı” adlı beynəlxalq təlim proqramı təşkil olunub.

https://bbu.edu.az/az/news/23/507

🚀 Karyerana bir addım daha yaxın ol!40 müəssisə, 200 vakansiya və yeni fürsətlər səni gözləyir. CV-ni hazırla, gələcəyin...
23/05/2026

🚀 Karyerana bir addım daha yaxın ol!

40 müəssisə, 200 vakansiya və yeni fürsətlər səni gözləyir. CV-ni hazırla, gələcəyinə doğru ilk addımı at! ✨

📍 Bakı Biznes Universiteti
📅 26.05.2026
⏰ 11:00 – 13:00

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı i...
19/05/2026

Bakı Biznes Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2026-cı il tarixli 320s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların 2026-cı il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”na əsasən 2026-cı il üçün aşağıdakı ixtisaslardan fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul elan edir. Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcək. Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, oradan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək qeydiyyatdan keçməlidirlər (sənədlərin siyahısı “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” ndə təqdim edilib).
Sənəd qəbulu 19 may 2026-cı il tarixindən - 8 iyun 2026-cı il tarixlərində həyata keçiriləcəkdir.
“Xarici dil” üzrə imtahanın keçirilməsi 25.06.2026-cı il tarixində nəzərdə tutulmuşdur (Dövlət İmtahan Mərkəzi tərəfindən). “Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanda iştirakı 1-3 sentyabr 2026-cı il, ixtisas imtahanlarının keçirilməsi 8-10 sentyabr 2026-cı il tarixlərində nəzərdə tutulmuşdur.

Əlavə suallar üçün Bakı Biznes Universitetinə müraciət edə bilərsiniz.
Əlaqə tel.: (+99412) 431 91 18 (dax. 112/123)
Ünvan: AZ1122, Bakı şəhəri, H.Zərdabi küçəsi, 88a
R E K T O R L U Q

10/05/2026

Address

Hasan Bay Zerdabi Street 88a
Baku
AZ1122

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994124319118

Alerts

Be the first to know and let us send you an email when Bakı Biznes Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı Biznes Universiteti:

Shortcuts

Share