ADMİU nəzdində Humanitar Kollec

ADMİU nəzdində Humanitar Kollec Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADMİU nəzdində Humanitar Kollec, College & University, Baku.

🇦🇿 Şəhid Elşən Müslümovun cənnətdəki 6-cı doğum günüdürBu gün — 2 sentyabr, ADMİU nəzdində Humanitar Kollecin şəhid məzu...
02/09/2026

🇦🇿 Şəhid Elşən Müslümovun cənnətdəki 6-cı doğum günüdür

Bu gün — 2 sentyabr, ADMİU nəzdində Humanitar Kollecin şəhid məzunu Elşən Habil oğlu Müslümovun doğum günüdür.

Bu münasibətlə ADMİU nəzdində Humanitar Kollecin müəllim və tələbə heyəti, PHŞ-ın Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə şəhidin məzarını ziyarət edib.

Ziyarət zamanı şəhidin məzarı üzərinə tər qərənfillər və qızılgüllər qoyulub, ruhuna dualar oxunub.

Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995-ci ildə Bakı şəhərində anadan olub.

2011-ci ildə Bakı şəhəri Yasamal rayonundakı 286 nömrəli tam orta məktəbi bitirərək həmin il Bakı Humanitar Kollecinə qəbul olunub. Elşən Müslümov kollecin “Turizm və otellərin idarə olunması” ixtisasının ilk məzunlarından olub.

2014-cü ildə həqiqi hərbi xidmətə yollanan Elşən Müslümov xidmət zamanı fərqlənərək çavuş rütbəsi alıb, fəxri fərman və təşəkkürnamələrlə təltif edilib.

II Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanan Elşən Müslümov gizir rütbəsi ilə döyüşlərə qatılıb. O, Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Elşəndən Vətənə əmanət bir qız övladı qalıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi igidliyə görə Elşən Müslümov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

🕊️ 8 iyul 2021-ci ildə Abşeron rayonu Hökməli qəsəbəsində şəhid çavuş Elşən Müslümovun xatirə lövhəsi və barelyefi açılıb.

Bundan əlavə, onun doğulub boya-başa çatdığı Ağsu rayonunun 4 nömrəli tam orta məktəbində bir sinif otağına Elşən Müslümovun adı verilib.
Şəhid Elşən Müslümov II Fəxri xiyabanda dəfn olunub.

📌 Qeyd: Şəhidin məzar daşında şəhadət tarixi 9 oktyabr 2020-ci il kimi göstərilsə də, ailəsi hər il 19 oktyabr tarixində onun şəhadət gününü qeyd edir.

Elşən Müslümovun əziz xatirəsi daim yaşayacaq.

🕊️ Ruhu şad olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

22/08/2026

🎓 Təməli Humanitar Kollecdə qoyulan uğurlar!

Hər bir təhsil müəssisəsinin ən böyük qüruru onun yetişdirdiyi məzunların uğurlarıdır. Çünki hər bir parlaq karyeranın əsasında vaxtında atılmış doğru addımlar və möhkəm təhsil təməli dayanır.

ADMİU nəzdində Humanitar Kollecin "Kinooperator sənəti" ixtisasının KST-023 qrup məzunu, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Audiovizual sənətlər" fakültəsinin tələbəsi olan Allahverdiyev Orxan tələbəlik illərini, Humanitar Kollecin ona qazandırdığı dəyərli təcrübəni və gələcək hədəflərini bizimlə bölüşür.

Doğma Kollecindən sənət dünyasına uğurla addımlayan məzunumuza gələcək fəaliyyətində, yaradıcılıq yolunda və imza atacağı bütün uğurlarda bol nailiyyətlər arzulayırıq!

📌 Ödənişli təhsil almaq hüququ qazanan tələbələr elektron qeydiyyat zamanı təhsil haqqını invoys kodu vasitəsilə ödəməli...
20/08/2026

📌 Ödənişli təhsil almaq hüququ qazanan tələbələr elektron qeydiyyat zamanı təhsil haqqını invoys kodu vasitəsilə ödəməlidirlər.

📢 Müraciət edəcək şəxslərdən aşağıdakı məlumatları nəzərə almaları xahiş olunur:

​▶️ Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır.

▶️ Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər.

▶️ 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini “SİMA rəqəmsal imza” ilə açmalıdırlar.

📢 ADMİU NƏZDİNDƏ HUMANİTAR KOLLECƏ YENİ QƏBUL OLUNAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ! ​Elektron qeydiyyatdan keçib təsdiq aldıqdan ...
15/08/2026

📢 ADMİU NƏZDİNDƏ HUMANİTAR KOLLECƏ YENİ QƏBUL OLUNAN TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

​Elektron qeydiyyatdan keçib təsdiq aldıqdan sonra tələb olunan sənədləri həftəiçi saat 09:00-dan 17:00-a qədər Kollecə təqdim edə bilərsiniz.

​🔴 Sənədlərinizi ən geci yeni tədris ili başlayanadək Kollecin əsas korpusuna yaxınlaşaraq təhvil verməyiniz xahiş olunur.

🧾 TƏLƏB OLUNAN SƏNƏDLƏR:

▪️Şəxsiyyət vəsiqəsi (6 ədəd surəti) və valideynlərin şəxsiyyət vəsiqəsinin surəti
▪️6 ədəd fotoşəkil
▪️Tibbi arayış
▪️İlkin hərbi qeydiyyat vəsiqəsinin əsli (yalnız oğlanlar üçün)
▪️ Ödənişliyə düşən tələbələrin invoys kodu vasitəsilə ödəniş etməsi

💸 ÖDƏNİŞLİ TƏHSİL ALANLAR ÜÇÜN:

Ödənişli əsaslarla qəbul olmuş tələbələr yalnız ödənişi həyata keçirdikdən sonra qeydiyyata düşə bilərlər.

📍 ƏSAS KORPUS: Heydər Hüseynov 19
📍 II KORPUS: Yəhya Bakuvi 14
☎️ (012) 562 85 90
📧 [email protected]

🎉 UĞURLAR!

📢 Ümumi 9 illik orta təhsil bazasında ADMİU nəzdində Humanitar Kollecə qəbul olunan TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ! 🗓️ Qeydiyyat 1...
15/08/2026

📢 Ümumi 9 illik orta təhsil bazasında ADMİU nəzdində Humanitar Kollecə qəbul olunan TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

🗓️ Qeydiyyat 19 avqust saat 15:00-dan etibarən başlayır və 31 avqust saat 18:00-dək davam edəcək.

📌 ​Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.

⚠️ Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək, abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

🧾 TƏLƏB OLUNAN SƏNƏDLƏR:

▪️Şəxsiyyət vəsiqəsi (6 ədəd surəti) və valideynlərin şəxsiyyət vəsiqəsinin surəti
▪️6 ədəd fotoşəkil
▪️Tibbi arayış
▪️İlkin hərbi qeydiyyat vəsiqəsinin əsli (yalnız oğlanlar üçün)
▪️ Ödənişliyə düşən tələbələrin invoys kodu vasitəsilə ödəniş etməsi

💸 ÖDƏNİŞLİ TƏHSİL ALANLAR ÜÇÜN:

Ödənişli əsaslarla qəbul olmuş tələbələr yalnız ödənişi həyata keçirdikdən sonra qeydiyyata düşə bilərlər.

🎉 UĞURLAR!

🎉 9 illik təhsil bazası üzrə ADMİU nəzdində Humanitar Kollecə qəbul olaraq tələbə adını qazanan bütün abituriyentləri sə...
14/08/2026

🎉 9 illik təhsil bazası üzrə ADMİU nəzdində Humanitar Kollecə qəbul olaraq tələbə adını qazanan bütün abituriyentləri səmimi-qəlbdən təbrik edirik!

📚 Əminik ki, Kollecdə keçəcəyiniz təhsil illəri sizin üçün yeni biliklər, zəngin təcrübə və uğurlarla yadda qalacaq. Sizə təhsil yolunuzda uğurlar arzulayır, Kollecin ənənələrinə sadiq qalaraq gələcəyin savadlı, peşəkar və layiqli kadrları kimi yetişəcəyinizə inanırıq!

📌 QEYD :Tədris ilinin ilk günü bütün tələbələr əsas korpusa gəlməlidirlər. Daha sonra ixtisaslar üzrə qruplaşdırılaraq müəllimləri tərəfindən ikinci korpusa yönləndiriləcəklər. Həmçinin Kollecimizə yeni qəbul olunmuş tələbələr sənədlərin qəbulu üçün də əsas korpusa gəlməlidirlər.

ƏSAS KORPUS: Heydər Hüseynov 19
📍 II KORPUS: Yəhya Bakuvi 14
☎️ (012) 562 85 90
📧 [email protected]

11/08/2026

🎓 Təməli Humanitar Kollecdə qoyulan uğurlar!

Hər bir təhsil müəssisəsinin ən böyük qürur mənbəyi onun yetişdirdiyi və uğur yoluna qazandırdığı məzunlardır. Çünki sənət yolunda əldə olunan nailiyyətlərin təməlində doğru istiqamət, keyfiyyətli təhsil və illər ərzində qazanılan dəyərli təcrübə dayanır.

ADMİU nəzdində Humanitar Kollecin “Bədii yaradıcılıq işi” ixtisasının BY-370 qrup məzunu Əliağa Tapdıqov Kollecdə qazandığı təhsilin onun yaradıcılıq yolundakı rolundan və sonrakı fəaliyyətindən danışır. O, Kolleci bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Aktyor sənəti” ixtisası üzrə davam etdirib. Hazırda isə aparıcı kimi fəaliyyət göstərir.

Əliağa Tapdıqov qeyd edir ki, sənət sahəsində qazandığı uğurların təməlində Humanitar Kollecdə aldığı keyfiyyətli təhsil dayanır.

Doğma Kollecindən sənət dünyasına inamla addımlayan məzunumuz Əliağa Tapdıqova yaradıcılıq fəaliyyətində yeni uğurlar, sənət yolunda parlaq nailiyyətlər və gələcək işlərində davamlı müvəffəqiyyətlər arzulayırıq!

05/08/2026

Təməli Humanitar Kollecdə qoyulan uğurlar!

​Təhsil ocağının dəyəri onun yetirmələrinin əldə etdiyi nailiyyətlərlə ölçülür. Uğurlu gələcəyin və peşəkar karyeranın təməli məhz keyfiyyətli təhsil və düzgün seçimlər üzərində qurulur.

ADMİU nəzdində Humanitar Kollecin "İnstrumental ifaçılıq" (fortepiano) ixtisası üzrə F-018 qrupunun məzunu Rizvan Tarverdiyev tələbəlik xatirələrindən, Kollecdə qazandığı zəngin təcrübədən və növbəti məqsədlərindən bəhs edir.

​Məzunumuza sənət pillələrində inamla irəliləməyi, yaradıcılıq axtarışlarında yeni zirvələr fəth etməyi və bol-bol müvəffəqiyyətlər qazanmağı arzulayırıq!

04/08/2026

Təməli Humanitar Kollecdə qoyulan uğurlar!

​Hər bir təhsil ocağının əsas fəxri yetirdiyi məzunların əldə etdiyi nailiyyətlərdir. Çünki uğurlu karyera yolunun bünövrəsində vaxtında verilmiş düzgün qərarlar və əldə olunan keyfiyyətli təhsil durur.

​ADMİU nəzdində Humanitar Kollecin "Vokal sənəti" ixtisası üzrə VSM-021 qrupunun məzunu, hazırda Qarabağ Universitetində təhsilini davam etdirən və eyni zamanda müəllim olaraq kursda dərs deyən Xədicə İsmixanova kollec illərini, qazandığı zəngin bilik və təcrübəni, eləcə də gələcək planlarını bizimlə bölüşüb.

​Təhsil aldığı kollecdən sənət dünyasına və pedaqoji fəaliyyətə inamlı addımlar atan məzunumuza təhsilində, tədris və yaradıcılıq yolunda yeni-yeni uğurlar arzulayırıq!

📢 ADMİU nəzdində Humanitar Kollecin əsas korpusuna gələnlərin nəzərinə!🚍 Gənclik metrosundan çıxaraq 3 nömrəli avtobusa ...
03/08/2026

📢 ADMİU nəzdində Humanitar Kollecin əsas korpusuna gələnlərin nəzərinə!

🚍 Gənclik metrosundan çıxaraq 3 nömrəli avtobusa minib Azadlıq metrosu istiqamətində hərəkət edin.
Bravo və McDonald'sın yanındakı dayanacaqda düşdükdən sonra yolu keçib qarşı tərəfə yaxınlaşın. ADMİU nəzdində Humanitar Kollec oradadır. ✅

📌 QEYD :Tədris ilinin ilk günü bütün tələbələr əsas korpusa gəlməlidirlər. Daha sonra ixtisaslar üzrə qruplaşdırılaraq müəllimləri tərəfindən ikinci korpusa yönləndiriləcəklər. Həmçinin kollecimizə yeni qəbul olunmuş tələbələr sənədlərin qəbulu üçün də əsas korpusa gəlməlidirlər. Bu səbəbdən elanda I korpusun ünvanı göstərilir.

ƏSAS KORPUS: Heydər Hüseynov 19
📍 II KORPUS: Yəhya Bakuvi 14
☎️ (012) 562 85 90
📧 [email protected]

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when ADMİU nəzdində Humanitar Kollec posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADMİU nəzdində Humanitar Kollec:

Shortcuts

Share