Bakı ş. "2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsi

  • Home
  • Azerbaijan
  • Baku
  • Bakı ş. "2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsi

Bakı ş. "2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsi Mərkəz Bakı şəhəri X.Məmmədov 37-də yerləşir. Respublika Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyəti aşağıdakı istiqamətlərdə aparılır:
1. Dərnək məşğələləri;
2.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Texniki Yaradıcılıq Mərkəzi haqqında məlumat

Təhsil Nazirliyi RespublikaTexniki Yaradıcılıq Mərkəzi təhsil sisteminin tərkib hissəsi olub, uşaqların, yeniyetmələrin, gənclərin mənəvi və fiziki inkişafını, onların texiki yaradıcılıq tələbatını təmin etmək üçün təsis edilmiş məktəbdənkənar təhsil müəssisəsidir.
1930-cu ildən Gənc Texniklər Stansiyası adı altında fəaliyyətə başlayan, 1991-ci ildən isə Respublika Texniki Yaradıcılıq Mərkəzi (RTYM) adı altında fəaliyyətini davam etdirən Mərkəzin əsas məqsədi gənc nəsildə erkən yaşlarından peşə marağının təyin edilməsi, 6-18 yaş arası uşaqların texniki yaradıcılıq qabiliyyətinin inkişafı üçün şəraitin təmin edilməsi, oların asudə vaxtlarının, əyləncələrinin mənalı təşkili, isdedadlı uşaqların aşkara çıxarılmışdır. Mədəni-kütləvi tədbirlərin keçirilməsi;
3. Təlimati-metodiki işlər. RTYM-da radiorabitə, informatika, avto və təyyarə modelçiliyi, bacarıqlı əllər, ibtidai texniki modelləşdirmə, əyləncəli fizika,əyləncəli riyaziyyat, xalçaçılıq, gənc dizaynerlər, gənc kimyaçılar və s. dərnəklər fəaliyyət göstərir. RTYM-nin texniki yaradıcılıq dərnəklərinə cəlb olunan uşaq, yeniyetmə və gənclərin yaradıcılıq potensialları inkişaf etdirilir, onlar erkən yaşlarında səmərələşdirici işlərə cəlb olunur. RTYM-də məşğul olan məktəblilər ümumtəhsil məktəbərində fizika, kimya, riyaziyyat, informatika, astronomiya dərslərində aldıqları nəzəri bilikləri fəaliyyətləri zamanı daha yaxşı mənimsəyirlər. RTYM-də bütün təqvim ili ərzində dərnək üzvləri ilə mədəni- kütləvi tədbirlər, elmi-texniki yaradıcılıq müsabiqələri, sərgilər, ekskursiyalar keçirilir, onların respublika və beynəlxalq səviyyəli tədbirlərdə iştirakı təmin edilir. RTYM tərəfindən respublikamızın tanınmış alimləri və mütəxəssislərinin əməkdaşlığı ilə məktəbdənkənar təhsil müəssisələrinn texniki profilli dərnək, klub və digər birləşmələrinin 25 adda nümunəvi tematik nümunəvi tematik planları hazırlanmışdır.

🎓 Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirik! 💙✨Bu gün sizin üçün yeni və çox önəmli bir mərhələnin b...
24/08/2026

🎓 Tələbə adını qazanan bütün gənclərimizi ürəkdən təbrik edirik! 💙✨

Bu gün sizin üçün yeni və çox önəmli bir mərhələnin başlanğıcıdır. Əziyyətinizin, zəhmətinizin və göstərdiyiniz əzmkarlığın nəticəsi olaraq tələbə adını qazandınız.

Sizə tələbəlik həyatınızda bol uğurlar, yüksək nailiyyətlər, yeni biliklər və gözəl xatirələr arzulayırıq. 📚🌟

İnanırıq ki, bu gün qazandığınız uğur gələcək böyük nailiyyətlərinizin ilk addımı olacaq. Qarşıda sizi daha böyük məqsədlər, yeni imkanlar və parlaq gələcək gözləyir!

Tələbə adınız mübarək! 🎉
Yolunuz açıq, uğurlarınız bol olsun! 💫

📚 Yeni tədris ilinə hazırlıq davam edir!Mərkəzimizdə yeni tədris ilinə hazırlıq məqsədilə dərs rəhbərləri ilə işgüzar gö...
24/08/2026

📚 Yeni tədris ilinə hazırlıq davam edir!

Mərkəzimizdə yeni tədris ilinə hazırlıq məqsədilə dərs rəhbərləri ilə işgüzar görüş və iclaslar keçirilir.

İclaslarda direktor müavini Esmira xanım, metodistlər və şöbə müdirləri tərəfindən dərs rəhbərləri ilə birlikdə yeni tədris ilində qarşıda duran əsas məsələlər müzakirə olunur.

📝 Görüşlər zamanı sənəd qəbulu, tematik və fəaliyyət planlarının hazırlanması, dərs prosesinin təşkili, təlim-tərbiyə işlərinin düzgün qurulması, uşaqlara yanaşma və onlarla ünsiyyət formaları, eləcə də valideynlərlə düzgün kommunikasiya qaydaları barədə fikir mübadiləsi aparılır.

✨ Əsas məqsəd yeni tədris ilinə hərtərəfli və planlı şəkildə hazırlaşmaq, dərs prosesinin səmərəli təşkilini təmin etmək və uşaqlar üçün daha faydalı təlim mühiti yaratmaqdır.

🌟 Mərkəzimiz yeni tədris ilinə start verir! 🌟✨ 2026–2027-cı tədris ili üçün uşaqların qəbulu başladı! ✨👩‍👩‍👧‍👦 Hörmətli ...
20/08/2026

🌟 Mərkəzimiz yeni tədris ilinə start verir! 🌟

✨ 2026–2027-cı tədris ili üçün uşaqların qəbulu başladı! ✨

👩‍👩‍👧‍👦 Hörmətli valideynlər!
Övladlarınızın asudə vaxtlarını səmərəli keçirməsini, istedad və bacarıqlarını inkişaf etdirməsini istəyirsinizsə, Mərkəzimizdə fəaliyyət göstərən müxtəlif dərnəklərə qeydiyyatdan keçməyə tələsin! 💃🎨🎤💻🧑‍🔬🎭

📌 Qeydiyyat üçün tələb olunan sənədlər:

✅ Uşağın və valideynin şəxsiyyət vəsiqəsinin surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadıqda – doğum haqqında şəhadətnamə)
✅ 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil
✅ Valideyn ərizəsi
✅ UTİS kodu (məktəbdə sinif rəhbərindən əldə edə bilərsiniz)
✅ Sağlamlıq haqqında arayış (yalnız rəqs dərnəyinə qeydiyyatdan keçən uşaqlar üçün)

🏢 Filiallarımız:

📍 Həzi Aslanov filialı
📌 Xətai rayonu, Xudu Məmmədov küçəsi 37
☎️ (012) 372-72-63 |

📍 Neftçilər filialı
📌 Nizami rayonu, Naxçıvanski küçəsi 318
📞 (055) 317-66-04

📍 Bakıxanov filialı
📌 Sülh küçəsi 33 (74 nömrəli məktəbin yanı)
📞 (050) 669-82-45

🌈 Övladlarınızın asudə vaxtını faydalı və maraqlı keçirməsi üçün doğru ünvan – Mərkəzimiz!

18/08/2026

📍 Mərkəzimizə necə gəlmək olar?

Həzi Aslanov metrosundan mərkəzimizə gəlmək istəyirsinizsə, bu video sizin üçün! 🚶🏻‍♀️

🎥 Videoda metrodan çıxdıqdan sonra hansı istiqamətdə hərəkət etməli olduğunuzu və mərkəzimizə qədər piyada yolu addım-addım göstərmişik.

📌 Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi – Həzi Aslanov filialı

Ünvanımıza gəlmək artıq daha asandır! 💙

📌  Yeni tədris ilinə hazırlıq iclası keçirildi.İclasda direktor müavinləri Tamella Ağalarova, Esmira Rustamova, şöbə müd...
18/08/2026

📌 Yeni tədris ilinə hazırlıq iclası keçirildi.

İclasda direktor müavinləri Tamella Ağalarova, Esmira Rustamova, şöbə müdirləri, metodistlər və dərnək rəhbərləri iştirak etdilər.

📝 Görülən işlər və qazanılan nailiyyətlər müzakirə olundu, ötən tədris ilinin yekunları ilə bağlı hesabat təqdim edildi. Eyni zamanda, qarşıdakı məqsəd və vəzifələr barədə danışıldı.

📘 2026/2027-ci tədris ilinin Tədbirlər Planı ilə iclas iştirakçıları tanış edildi, lazımi iş bölgüsü aparıldı və tapşırıqlar verildi.

✨ Müəllimlərimizin irəli sürdüyü maraqlı layihələr, onların məqsəd və təşkilatçılığı barədə fikir mübadiləsi aparıldı. Yeni tədris ilində həyata keçiriləcək tədbir və layihələrlə bağlı təkliflər dinlənildi.

🤝 İclas çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi və qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıldı.

🌟 Yeni tədris ilində bütün müəllimlərimizə və dərnək üzvlərimizə uğurlar arzulayırıq!

🌟 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 🌟✨ Uşaqların istedadını kəşf etdiyi, bacarıqlarını inkişaf etdirdiyi və yeni do...
17/08/2026

🌟 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 🌟

✨ Uşaqların istedadını kəşf etdiyi, bacarıqlarını inkişaf etdirdiyi və yeni dostlar qazandığı ünvan!

Mərkəzimizdə müxtəlif istiqamətlər üzrə dərnəklərə qeydiyyat başladı! 🎨🎭♟️💻🧪✈️

📱 Qeydiyyat üçün Instagram və Facebook səhifələrimizə yaza bilərsiniz.
📍 Mərkəzimizə yaxınlaşaraqda qeydiyyatdan keçə bilərsiniz.

📞 Əlaqə: (012) 372-72-63

💻 Gələcəyin rəqəmsal dünyasına ilk addımını at!Uşağınızın kompüter və texnologiya sahəsinə marağını inkişaf etdirmək, pr...
14/08/2026

💻 Gələcəyin rəqəmsal dünyasına ilk addımını at!

Uşağınızın kompüter və texnologiya sahəsinə marağını inkişaf etdirmək, proqramlaşdırmanın əsaslarını öyrənməsinə, məntiqi və analitik düşünmə bacarıqlarını formalaşdırmasına şərait yaratmaq istəyirsinizsə, Proqramlaşdırma dərnəyimizə qoşula bilərsiniz. 🚀

👩‍💻 Burada uşaqlar texnologiyadan sadəcə istifadə etməyi deyil, onun imkanlarından yaradıcı şəkildə yararlanmağı öyrənirlər.

📚 Qeydiyyat davam edir!
Ətraflı məlumat və qeydiyyat üçün mərkəzimizə yaxınlaşa, həmçinin Instagram səhifəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. 📩

🌍 12 Avqust – Beynəlxalq Gənclər Günü. Avqustun 12-si bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu gün gən...
12/08/2026

🌍 12 Avqust – Beynəlxalq Gənclər Günü.

Avqustun 12-si bütün dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu gün gənclərin cəmiyyətin inkişafındakı roluna diqqət çəkmək, onların potensialını və uğurlarını önə çıxarmaq baxımından xüsusi əhəmiyyət daşıyır.

Gənclər enerjisi, ideyaları və təşəbbüsləri ilə gələcəyin formalaşmasına mühüm töhfə verirlər. Bu əlamətdar gün münasibətilə bütün gəncləri təbrik edir, daim inkişaf etməyi və öz məqsədləri uğrunda inamla addımlamağı arzulayırıq!

10/08/2026

🌟 Yaradıcı dərnəklərə qoşulun! 🌟

Mərkəzimizdə fəaliyyət göstərən əlişləri dərnəklərində uşaqlar müxtəlif materiallardan – kağızdan, tullantı materiallardan və digər sadə vasitələrdən öz əl işlərini hazırlayır, sərgilərdə və tədbirlərdə böyük maraqla təqdim edirlər. 🖌️✂️

Bu dərnəklər uşaqlarımızın yaradıcılığını inkişaf etdirir, bacarıqlarını üzə çıxarır və onların öz istedadlarını kəşf etməsinə imkan yaradır. Müəllimlərimizin rəhbərliyi altında uşaqlar həm öyrənir, həm də əylənərək yaradırlar. ✨

👨‍👩‍👧‍👦 Əgər siz də övladınızın yaradıcılıq bacarıqlarının inkişaf etməsini, faydalı məşğələlərlə vaxt keçirməsini istəyirsinizsə, onu mərkəzimizin dərnəklərinə üzv yazdıra bilərsiniz.

📌 Qeydiyyat və daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın!

🇦🇿 “Hər şey yaxşı olacaq…”Bəzən bir insanın söylədiyi bir cümlə illər keçsə də yaddaşlardan silinmir.Hökümə Əliyevanın s...
08/08/2026

🇦🇿 “Hər şey yaxşı olacaq…”

Bəzən bir insanın söylədiyi bir cümlə illər keçsə də yaddaşlardan silinmir.
Hökümə Əliyevanın son anlarda səsləndirdiyi “Hər şey yaxşı olacaq” sözləri də onun cəsarətinin, insanlara ümid vermək gücünün simvoluna çevrilib.

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə bələdçisi Hökümə Əliyevanın doğum günüdür.
Onu doğum günündə hörmət və ehtiramla yad edir, qəhrəmanlığını və xatirəsini gələcək nəsillərə yaşatmağı özümüzə mənəvi borc bilirik.

Hökümə Əliyeva – xatirəniz daim qəlblərdə yaşayacaq.
Allah rəhmət eləsin. 🕊️🇦🇿

Dərnək üzvü: Mehbalı Nəsibə
Dərnək rəhbəri: Hüseynbala Qasımov

Address

Baku

Telephone

+994123727263

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı ş. "2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bakı ş. "2 Nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi" Publik Hüquqi Şəxsi:

Shortcuts

Share

Category