Ofis proqramları

Ofis proqramları

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ofis proqramları, Education Website, Baku.

19/02/2026

Word proqramında mətn fraqmentlərinin silinməsi.

 Kursordan sola doğru simvolun silinməsi: Backspace (klaviaturada işarəsi: ←)
 Kursordan sağa doğru simvolun silinməsi: Delete
 Kursordan sözün əvvəlinədək və ya kursordan sola doğru sözün silinməsi: Ctrl+Backspace
 Kursordan sözün sonunadək və ya kursordan sağa doğru sözün silinməsi: Ctrl+Delete

15/02/2026

Word proqramında mətn fraqmentlərinin seçilməsi.

 F8 düyməsini 2 dəfə ardıcıl icra etsək sözü seçər.
 F8 düyməsini 3 dəfə ardıcıl icra etsək cümləni seçər.
 F8 düyməsini 4 dəfə ardıcıl icra etsək abzası seçər.
 F8 düyməsini 5 dəfə ardıcıl icra etsək bütün mətni və ya sənədi seçər.
Qeyd 1. F8 düyməsi ilə yerinə yetirilən seçim rejimindən çıxmaq üçün klaviaturadan Esc düyməsini icra etmək lazımdır.

 Müxtəlif mövqelərdə yerləşən və ya yanaşı olmayan mətnləri seçmək üçün ilk mətni seçib daha sonra Ctrl düyməsini basılı saxlamaqla digər mətnləri seçmək lazımdır.

 Kursordan mausun düyməsi kliklənən yerə qədər seçmək üçün klaviaturadan Shift düyməsini basılı saxlamaqla mausun sol düyməsini bir dəfə vurmaq lazımdır.

 Düzbucaqlı formada mətnlərin seçilməsi üçün Alt düyməsi və mausun sol düyməsini basılı saxlamaqla lazımi istiqamətə doğru mausu aparmaq və ya çəkmək lazımdır.

 Seçilmiş abzasın yerini yuxarıya dəyişmək: Shift+Alt + ↑
 Seçilmiş abzasın yerini aşağıya dəyişmək: Shift+Alt + ↓


14/02/2026

Word proqramında F8 düyməsi ilə mətn fraqmentlərinin seçilməsi.

 F8 düyməsini 2 dəfə ardıcıl icra etsək sözü seçər.
 F8 düyməsini 3 dəfə ardıcıl icra etsək cümləni seçər.
 F8 düyməsini 4 dəfə ardıcıl icra etsək abzası seçər.
 F8 düyməsini 5 dəfə ardıcıl icra etsək bütün mətni və ya sənədi seçər.
Qeyd 1. F8 düyməsi ilə yerinə yetirilən seçim rejimindən çıxmaq üçün klaviaturadan Esc düyməsini icra etmək lazımdır.


13/02/2026

Word proqramında mətn fraqmentlərinin seçilməsi.


12/02/2026

Word proqramında mətn fraqmentlərinin seçilməsi.

Mətnlərin qeyd olunması və ya seçilməsi maus və klaviatura vasitəsilə həyata keçirilir.
 Söz – sözün üzərində mausun sol düyməsini iki dəfə klikləməklə;
 Cümlə – Ctrl düyməsi basılı saxlamaqla cümlə içində mausun sol düyməsini bir dəfə vurmaqla;
 Sətir – qeyd olunma zolağında sətrin qarşısında mausun sol düyməsini bir dəfə vurmaqla;
 Abzas – qeyd olunma zolağında abzasın qarşısında mausun sol düyməsini iki dəfə klikləməklə və ya abzasın içində mausun sol düyməsini üç dəfə klikləməklə;
 Sənəd və ya bütün mətn fraqmentini – Ctrl düyməsi basılı saxlamaqla qeyd olunma zolağında mausun sol düyməsini bir dəfə vurmaqla. Həmçinin qeyd olunma zolağında mausun sol düyməsini üç dəfə klikləməklə. Klaviaturada Ctrl+A düymələr kombinasiyasını icra etməklə də bu prosesi yerinə yetirmək olar.


10/02/2026

Word proqramında sənəd boyunca hərəkət.


Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


Baku

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 10:00 - 18:00