24/02/2026
Bu gün Bakıdakı görüşüm Into Pathway ilə baş tutdu. Londondan saat 07:00-da Bakıya gəlmişdim və burada görüşüm saat 10:00-da baş tutdu.
Görüş mənim üçün xüsusilə vacib idi. Şirkət adından iştirak edərək nümayəndə ilə şagirdlərimiz üçün ən uyğun proqramları və düzgün seçim strategiyalarını birlikdə dəyərləndirdik. Faydalı və məhsuldar müzakirələr apardıq.
Bu işimə olan sevgim və şagirdlərimizin uğuruna verdiyim önəm məni hər zaman motivasiya edir. Şagirdlərimizin buradan maksimum faydalanaraq təhsil və karyera imkanlarını artırması üçün tam dəstək olacağam.