Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi

Share

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi

08/06/2021

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başlayır.

Qeyd edək ki, sınaq imtahanlarının 1-ci sessiyasında iştirak edən şəxslərə 2-ci sessiyada ödənişsiz iştirak hüququ verilir.

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başlayır.

🔴 Qeyd edək ki, sınaq imtahanlarının 1-ci sessiyasında qeydiyyatdan keçən və ödəniş edən şəxslərə 2-ci sessiyada ödənişsiz iştirak hüququ verilir. 🔴

Onlayn formatda təşkil olunacaq sınaq imtahanlarının 2-ci sessiyası ibtidai təhsil (21 iyun saat 16:00), riyaziyyat (22 iyun saat 16:00), Azərbaycan dili və ədəbiyyat (22 iyun saat 16:00), ingilis dili (23 iyun saat 16:00), tarix (23 iyun saat 16:00), fizika (24 iyun saat 16:00), biologiya (24 iyun saat 16:00), coğrafiya (25 iyun saat 16:00), informatika (25 iyun saat 16:00) və kimya (25 iyun saat 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/

Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarının 2-ci sessiyası üçün qeydiyyat 17 iyun saat 23:59-da bitəcək.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 4305779 və 012 4309081 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeydiyyat və texniki problemlərlə bağlı suallarınız üçün 070 8613972, 055 6561395, 050 6719319 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.

08/06/2021

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 27, 28, 29 və 30 iyun 2021-ci il tarixlərində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Pandemiya səbəbilə birillik fasilədən sonra ölkəmizdə üçüncü dəfə baş tutacaq KBRM ARTİ-nin təşkilatçılığı və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 27, 28, 29 və 30 iyun 2021-ci il tarixlərində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsini (KBRM) təşkil edəcək. Pandemiya səbəbilə birillik fasilədən sonra ölkəmizdə üçüncü dəfə baş tutacaq KBRM ARTİ-nin təşkilatçılığı və mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə həyata keçirilir.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır. Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 60 dəqiqə davam edəcək.

Bu il müsabiqə onlayn formatda təşkil olunacaq və bütün bölgələrdən olan şagirdlər müsabiqəyə qoşulmaq və öz biliklərini yoxlamaq üçün fürsət qazanacaqlar.

Qeyd edək ki, müsabiqədə iştirak edən hər bir şagird sertifikatla təltif olunacaq.

Müsabiqənin keçiriləcəyi vaxt, onlayn imtahanın formatı, qeydiyyat, iştirak haqqı və s. məsələlərə dair ətraflı məlumat bu həftə ərzində ictimaiyyətə təqdim olunacaq.

05/06/2021

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanları başlayır.

Onlayn formatda təşkil olunacaq sınaq imtahanları İbtidai təhsil (8 iyun və 21 iyun saat 09:00, 12:00, 16:00), riyaziyyat (9 iyun və 22 iyun saat 09:00, 12:00, 16:00), Azərbaycan dili və ədəbiyyat (10 iyun və 22 iyun saat 09:00, 12:00, 16:00), ingilis dili (11 iyun və 23 iyun saat 09:00, 12:00, 16:00), tarix (16 iyun və 23 iyun saat 09:00, 12:00, 16:00), fizika (16 iyun və 24 iyun saat 09:00, 12:00, 16:00), biologiya (17 iyun və 24 iyun saat 09:00, 12:00, 16:00), coğrafiya (17 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) , informatika (18 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) və kimya (18 iyun və 25 iyun saat 09:00, 12:00, 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/

Nəzərinizə çatdıraq ki, sınaq imtahanlarının 1-ci mərhələsi üçün qeydiyyat 6 iyun saat 23:59-da başa çatacaq. İmtahanların 2-ci mərhələsi üçün qeydiyyat isə 7 iyun tarixində başlayıb 17 iyun saat 23:59-da bitəcək.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 430 57 79 və 012 430 90 81 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeydiyyat və texniki problemlərlə əlaqəli suallarınız üçün 070 861 39 72, 055 656 13 95, 050 671 93 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeyd edək ki, sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.

25/01/2021

Hörmətli izləyicilər,

Təhsil sahəsində görülən işlər, yeni layihələr, bir sözlə, sizi maraqlandıran bütün məlumatlarla Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi hesabları üzərindən tanış ola bilərsiniz.

10/12/2020

09/12/2020

“TİMSS-2019 şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrini diqqətinizə təqdim edirəm. Azərbaycanın IV sinif şagirdlərinin riyaziyyat fənni üzrə nəticələri 2011-ci il ilə müqayisədə əsaslı şəkildə yaxşılaşmışdır. Bu dinamika TİMSS tədqiqatlarının keçirilməsi tarixində ən yüksək müsbət dinamikadır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2016-cı ildən başlayaraq ibtidai təhsil səviyyəsində riyaziyyat fənninin məzmunu və tədrisi ilə bağlı islahatyönümlü fəaliyyət həyata keçirməkdədir. Bir sıra inkişaf etmiş təhsil sistemləri ilə eyni səviyyədə nailiyyətlərin əldə olunması çox ümidvericidir. Belə nailiyyətlərin əldə edilməsində əməyi olan bütün şagirdlərə, müəlllimlərə, təlimçi-metodistlərə və valideynlərə Təhsil Nazirliyi adından minnətdarlığımızı bildiririk.”

Emin Əmrullayev

05/12/2020

Təhsil naziri Emin Əmrullayevlə söhbətin II hissəsi

02/12/2020

Təhsillə bağlı sizi düşündürən mühüm məqamlar təhsil naziri Emin Əmrullayevlə söhbətdə (I hissə)

Təhsil naziri ilə söhbəti Real TV və 1news.az saytı vasitəsilə də izləmək mümkündür.

02/12/2020

Təhsillə bağlı sizi düşündürən mühüm məqamlar təhsil naziri Emin Əmrullayevlə söhbətdə

Müsahibəni 2 dekabr saat 15:00-da Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi və digər internet resurslarında izləyə bilərsiniz. Təhsil naziri ilə söhbətə həmin saatda Real TV və 1news.az saytı vasitəsilə də baxmaq mümkündür.

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


A. Cəlilov 86
Baku
AZ1070

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00