Xestexana Heyati

Xestexana Heyati Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Xestexana Heyati, ATU, Baku.

TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Pla...
21/08/2026

TƏBİB tərəfindən immunizasiya tədbirləri davam etdirilir TƏBİB tərəfindən təsdiq edilmiş İmmunizasiya üzrə Tədbirlər Planı çərçivəsində ölkə üzrə 1–15 avqust tarixlərində 11 504 uşağa ümumilikdə 15 893 peyvənd tətbiq olunub. Plan çərçivəsində ilkin səhiyyə müəssisələrində uşaqların immunizasiya statusunun qiymətləndirilməsi, peyvənddən kənarda qalmış və natamam immunizasiyalı uşaqların müəyyənləşdirilməsi, valideynlərin maarifləndirilməsi və uşaqların yaşına uyğun peyvəndlərlə immunizasiyasının tamamlanması istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki, immunizasiya prosesinə cəlb olunan tibb işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə 15–31 iyul tarixlərində keçirilən təlimlərdə 1 435 tibb işçisi iştirak edib. https://www.facebook.com/1098737002448907/posts/1380161124306492

Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edib TƏBİB-in İcraçı direktoru Anar Bayram...
21/08/2026

Anar Bayramov Şirvan şəhər və Hacıqabul rayon mərkəzi xəstəxanalarını ziyarət edib TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan şəhəri və Hacıqabul rayonunda fəaliyyət göstərən tibb müəssisələrinə işgüzar səfər edib. İlk olaraq Anar Bayramov Ümummilli Lider Heydər Əliyevin Şirvan şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub. Səfər çərçivəsində əvvəlcə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə yaxından tanış olunub. Baxış zamanı müəssisədə əhaliyə göstərilən tibbi xidmətlərin təşkili, infrastruktur imkanları, maddi-texniki baza, tibbi avadanlıqlarla təminat, kadr potensialı, eləcə də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən işlər qiymətləndirilib. Daha sonra Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına baş çəkən İcraçı direktor burada yaradılmış şərait, şöbələrin fəaliyyəti, tibbi xidmətlərin təşkili və vətəndaş məmnunluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub. Anar Bayramov hər iki tibb müəssisəsinin rəhbərliyi ilə keçirilən görüşlərdə tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, pasiyentyönümlü yanaşmanın gücləndirilməsi, tibbi xidmətlərə əlçatanlığın artırılması, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi, kadr potensialının səmərəli idarə olunması və iş prosesinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib. https://www.facebook.com/1098737002448907/posts/1380114724311132

Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edib TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan Şəhər Mərkəzi Xəst...
20/08/2026

Anar Bayramov Şirvan şəhərində vətəndaşları qəbul edib TƏBİB-in İcraçı direktoru Anar Bayramov Şirvan Şəhər Mərkəzi Xəstəxanasında Şirvan şəhəri və Hacıqabul rayon sakinlərini qəbul edib. Vətəndaşların müayinə-müalicə, əmək münasibətləri, əlillik məsələləri və s. ilə bağlı müraciətləri dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması üçün müvafiq göstərişlər verilib. https://www.facebook.com/1098737002448907/posts/1379450934377511

Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır Yeni Klinikanın Kardiologiya şöbəsinin müdiri, invaziv-...
20/08/2026

Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır Yeni Klinikanın Kardiologiya şöbəsinin müdiri, invaziv-kardioloq Şahanə Ələsgərli, invaziv-kardioloq Gülay Məmmədova, həkim-nefroloq Taleh Nağdəliyev və həkim-rezident Anar Kərimxanovun müəllifi olduqları “From Stroke to the Final Diagnosis: Cardiac Amyloidosis” adlı məqalə beynəlxalq elmi nəşr olan “Cureus Journal of Medical Science” jurnalında dərc olunub. Məqalədə 43 yaşlı pasiyentdə kompleks müayinələr nəticəsində ürək amiloidozunun aşkarlanması və diaqnostik yanaşmalar təqdim edilib. Bununla yanaşı, Kardiologiya şöbəsinin 4-cü kurs rezidenti Şövkət Cavadova Avropa Kardiologiya Cəmiyyətinin (ESC) “Yetkin şəxslərin Transtorakal Exokardioqrafiyası” üzrə sertifikasiya imtahanından uğurla keçərək beynəlxalq sertifikat əldə edib. Ş.Cavadova Azərbaycanda rezidentura təhsili müddətində bu sertifikata layiq görülən ilk həkimdir. Bu nailiyyətlər Yeni Klinikanın əməkdaşlarının beynəlxalq elmi və peşəkar platformalarda təmsil olunmasının, müasir tibbi bilik və bacarıqların inkişafına verdikləri töhfənin göstəricisidir. Mütəxəssislərimizi təbrik edir, gələcək fəaliyyətlərində yeni elmi və peşəkar uğurlar arzulayırıq! https://www.facebook.com/1098737002448907/posts/1379235041065767

"Hepatit: Xəbərdar ol, sağlam qal!” kampaniyası çərçivəsində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə. F. Qaraye...
19/08/2026

"Hepatit: Xəbərdar ol, sağlam qal!” kampaniyası çərçivəsində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə. F. Qarayev adına Uşaq Klinik Xəstəxanasının uzman allerqoloq-immunoloqu Röyalə Babayeva vətəndaşlara müraciət edərək Hepatit B və C-dən qorunma və erkən müayinənin əhəmiyyəti barədə danışıb. Hepatit haqqında məlumatlı olun, sağlamlığınızın qorunması üçün vaxtında addım atın! https://www.facebook.com/reel/1580997530476294/

TƏBİB və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında görüş keçirilib Görüşdə TƏBİB-in İcraçı...
19/08/2026

TƏBİB və Belarus Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi arasında görüş keçirilib Görüşdə TƏBİB-in İcraçı direktoru Anar Bayramov, Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç və digər əməkdaşlar iştirak ediblər. Görüş zamanı Azərbaycan və Belarus arasında tibb sahəsində əməkdaşlığın mövcud vəziyyəti, əldə olunan nəticələr və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. https://www.facebook.com/1098737002448907/posts/1378273137828624

Address

ATU
Baku

Alerts

Be the first to know and let us send you an email when Xestexana Heyati posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share