Xocavənd Özünü Müdafiə Batalyonu

Xocavənd Özünü Müdafiə Batalyonu Qarabağ

2017-ci il fevral ayının 24-dən 25-ə keçən  gecə döyüş tapşırığını  yerinə yetirərkən qəhrəmancasına Şəhid olan kəşfiyya...
24/02/2020

2017-ci il fevral ayının 24-dən 25-ə keçən gecə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olan kəşfiyyatçılarımızın xatirəsinə Xocavənddə ucaldılmış abidənin gecı görünüşü

20/01/2020

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsindən 30 il keçməsinə baxmayaraq unutmadıq!
Şəhidlərimizi dərin ehtiramla anır və Allahdan onlara rəhmət diləyirik!

Bu gün əfsanəvi komandir İlyas Hüseynovun doğum günüdür. İlyas 1961-ci il martın 18-də Dağlıq Qarabağın Xocavənd rayonun...
18/03/2019

Bu gün əfsanəvi komandir İlyas Hüseynovun doğum günüdür. İlyas 1961-ci il martın 18-də Dağlıq Qarabağın Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdu. Döyüşlərdə aldığı ağır yaralar, doğma yerlərin yağı tapdağında olmasından doğan üzüntülər 5 il əvvəl 45 yaşında onun həyatına vaxtsız son qoydu.
İlyas Hüseynov 1979-cu ildə sovet ordusuna xidmətə çağırılmışdı. Tbilisi şəhərində 6 aylıq serjantlıq məktəbində təhsil aldıqdan sonra top komandiri vəzifəsində xidmətini davam etdirmişdi. 1981-ci ildə hərbi xidmətini başa vurandan sonra Ukraynanın Dnepropetrovsk şəhərində biznes fəaliyyəti ilə məşğul olmuşdu. 1990-cı ildə isə Qarabağın müdafiəsində iştirak etmək üçün 10 il ərzində qazandığı hər şeyi tərk edərək Azərbaycana qayıtmışdı.
Qarabağa gəldiyi ilk gündən İlyas tamamilə köməksiz qalan Xocavənd rayonunun azərbaycanlı kəndlərində, əsasən Muğanlı özünümüdafiə dəstəsinin təşkil olunması və silahlandırılmasını özünün əsas vəzifəsi hesab edir. Şəxsi vəsaiti hesabına silah-sursat alır. Döyüş hazırlığı tədbirləri keçirir, əsgərlərin hərbi qabiliyyətinin yüksəldilməsinə nail olur. 1992-ci ilin yanvar ayında Muğanlı kəndinin müdafiəsi üçün ilk rəsmi bölük yaradılır və komandiri İlyas təyin edilir.
Qarakənd istiqamətində ermənilərin hərbi bazalarının ləğv olunması ilə nəticələnən, ermənilərin Qaradağlı kəndinə hücumlarının qarşısını almaq məqsədi daşıyan döyüş əməliyyatlarının əsas təşkilatçısı və iştirakçılarından biri İlyas olur. 1992-ci ildə batareya komandiri kimi xidmətini davam etdirir. "Doludağıdan" toplardan ibarət bir tağım yaradır.
Şuşanın işğalından sonra bölgədə vəziyyət pisləşir, Bu şəraiti görən ermənilər hücumlara başlayırlar. Düşmənin güclü təzyiqinə, artilleriya zərbələrinə baxmayaraq, tağım döyüşçüləri geri çəkilmir və mövqeləri əldən vermirlər. "Əppəkli" bölgəsində, Qarakənd meşəsi yüksəkliyində döyüşlərdə İlyasın rəhbərlik etdiyi batareyanın sərrast atəşləri ilə düşmənin onlarla əsgəri və 1 PDM-i, 1 zenit qurğusu, 1 topu məhv edilir.
Müdafiə Nazirliyinin əmri ilə 831 saylı hərbi hissə Xocavənd rayonundakı özünümüdafiə dəstələrinin bazasında yaradılır. İlyas Hüseynov artilleriya batareyasının rəisi təyin edilir. Tabor böyük bir ərazini müdafiə edirdi. Müdafiə xəttinə Xocavənd rayonunun Əmirallar, Muğanlı kəndləri və 20 km ərazi daxil idi. 2 oktyabr 1992-ci ildə ermənilər atəşkəsi pozaraq böyük qüvvə ilə hücuma keçirlər və ərazini müdafiə edən taboru mühasirəyə almağa cəhd edirlər. İlyas Hüseynovun başçılıq etdiyi batareyanın atəşləri ilə düşmən mühasirəsi yarılır. Bu döyüşlərdə İlyas Hüseynov özü də yaralanır. Əsgərlərdən Namiq Abdullayev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülür.
1993-cü il aprel ayında İlyas Hüseynov tabor komandirinin müavini təyin edilir. Bu vaxt taborun qarşısında duran vəzifə Kuropatkin istiqamətində irəliləmək idi. Döyüşə İlyas Hüseynov rəhbərlik edir. İlyasın kiçik qardaşı İbad Hüseynovun başçılıq etdiyi qrup düşmən arxasına keçir. İlyasın göstəriş və düzgün rəhbərliyi və İbadın cəsarəti ilə düşmən postu dağıdılır, xeyli canlı qüvvəsi və 1 PDM-i, 1 zenit qurğusu, 2 minaatan, 1 avtomobil sıradan çıxarılır, tapşırıq yerinə yetirilir.
1993-cü ilin mayında 161 saylı hərbi hissə yaradılır, İlyas Hüseynov komandir müavini təyin edilir. Komandir Barat Quliyev müalicəyə gedir və tabora komandanlığı İlyasa tapşırır. İyun ayının 12-də düşmən Ağdam rayonunun Mərzili kəndini işğal edir və Ağcabədi rayonunun Qiyamadınlı kəndinə daxil olur. İlyas Hüseynovun başçılığı ilə bir qrup əks hücuma keçir və düşmən geri oturdulur. Ermənilər kəndlərdən çıxarılır. Xeyli düşmən qüvvəsi və erməni qoşunlarının komandanı məhv edilir.
Sonrakı aylarda da İlyasın rəhbərliyi ilə bir sıra uğurlu əməliyyatlar aparılır. İlyas dəfələrlə yaralanır. Onun başçılıq etdiyi 161 saylı taborun bazasında 161 saylı alay yaradılır.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın tələbi ilə hakimiyyətə qayıdandan sonrakı aylarda bu hərbi hissə döyüş bölgəsində bir sıra təxribatların qarşısını alır, Vətənə sədaqətlə xidmət edir. 1994-cü ilin fevralında İlyas Hüseynov təkrar yaralanır, həkimlərin təkidli etirazlarına baxmayaraq, hərbi hissəyə qayıdır. 10 aprel 1994-cü ildə ulu öndər Heydər Əliyev cəbhə xəttinə gəlir və İlyas Hüseynovun rəhbərlik etdiyi taborun əsgərləri qarşısında çıxış edir. Ali Baş Komandan onların xidmətlərini yüksək qiymətləndirir, əsgərləri mükafatlandırır.
Aprel ayında düşmən, nəyin bahasına olursa-olsun, Tərtər, Ağcabədi bölgəsini işğal etməyə can atır, Ağdam rayonunun Güllücə, Şıxlı, Suma və Tağıbəyli kəndlərini ələ keçirmək istəyir. Bu kəndlər uğrunda gedən döyüşlərdə İlyasın hərbçi kimi uzaqgörənliyi, vəziyyəti düzgün araşdıra bilmə qabiliyyəti üzə çıxır. İlyas Hüseynov ikinci dəfə kəndləri ermənilərdən azad etməyə nail olur

Yerin behişt olsun Komandir!

Bu gün elin –obanın mərd oğlu, torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan mübarizənin daim ...
15/02/2019

Bu gün elin –obanın mərd oğlu, torpaqlarımızın müdafiəsi uğrunda erməni separatçılarına qarşı aparılan mübarizənin daim önündə olmuş Qarabağ müharibəsi veteranı Eyvaz Hüseynovun 60 yaşı tamam olur. 1988-ci ildə Xocavənd özünümüdafiə dəstəsini yaradıb, həmin dəstənin komandiri olmuş bu Vətənpərvər insan dəfələrlə döyüşlərdə yaralanmış, onun rəhbərlik etdiyi Xocavənd batalyonu çox böyük bir ərazidə müdafiəni təşkil etməklə yanaşı düşmənə sarsıdıcı zərbələr vurmuşdur. Xocavənd istiqamətində aparılan döyüş əməliyyatlarına birbaşa rəhbərlik etmiş Eyvaz müəllimin həyat fəlsəfəsi hər zaman öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılığa və milli qürura əsaslanmışdır.
Mənalı və çoxları üçün örnək ola biləcək ömür yolu keçmiş Eyvaz müəllimi 60 illik yubleyi münasibəti ilə təbrik edir, həmişə gümrah, polad kimi əyilməz və mübariz olmasını, həyatının qalan hissəsini doğma Qarabağda yaşamasını arzu edirik!

08/04/2018
Tarixin üz qarası.
14/02/2018

Tarixin üz qarası.

Ağdama gedən yol, artıq xatirələrə çevrilir.XX əsrin ən böyük faciəsi.Yolun sonunda yüz altmış minlik şəhərin, yer üzünd...
14/02/2018

Ağdama gedən yol, artıq xatirələrə çevrilir.XX əsrin ən böyük faciəsi.Yolun sonunda yüz altmış minlik şəhərin, yer üzündən silinmiş xarabalıqları.Millətimiz isə hələ günahkar axtarışında.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Xocavənd Özünü Müdafiə Batalyonu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share