16/06/2025
🎓🚀 Uğurlarımız davam edir!
Java Backend Development proqramını uğurla tamamlayan tələbəmiz, BDU-nun Coğrafiya müəllimliyi ixtisası məzunu Bəhruz Tapdıqov, Kapital Bankda Backend Developer kimi peşəkar təcrübəyə başlayıb! 💻🏦
Bəhruz bəy təlim müddətində Java, Spring Boot, məlumat bazaları və real layihələr üzərində işləməklə yalnız texniki biliklərini deyil, həm də praktiki bacarıqlarını gücləndirib. O, hər zaman sahəyə olan dərin marağı, ardıcıl araşdırmaları və həmyaşıdlarına verdiyi dəstək ilə fərqlənib.
Akademiya olaraq, onun gələcəkdə ölkəmizin qabaqcıl proqramçılarından biri olacağına ürəkdən inanırıq və bu uğur yolunda ona dəstək olduğumuz üçün böyük qürur hissi duyuruq.
Kapital Bank kimi nüfuzlu bir şirkətində işləmək Bəhruz üçün möhkəm karyera təməli deməkdir. Ona bu yolda bol uğurlar və davamlı yüksəlişlər arzu edirik! 🌟
💪 Siz də gələcəyinizə yatırım edin, Turing Akademiyası ilə IT sahəsində bir addım öndə olun! 🚀