Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyi

Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyi, Education, Bakı şəhəri, Nəsimi rayonu, Bəsti Bağırova küç, Baku.

Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyi, BDU-nun rektorunun və TDV-nin səlahiyyətli şəxslərinin 13.06.1994- cü ildə imzaladığı protokola əsasən Azərbaycan Respublikası Təhsil Nazirinin 03.08.1994-cü il 502 saylı əmri ilə BDU nəzdində dünyəvi təhsil həyata keçirən lisey olaraq fəaliyyətə başlamışdır.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
01/08/2026

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

Liseyimizin 2 şagirdi XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək-Bakı Dövlət Univer...
29/07/2026

Liseyimizin 2 şagirdi XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək
-
Bakı Dövlət Universitetində və Tusi-Bohm Planetariumunda VI Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında 22–23 iyul tarixlərində keçirilən seçmə imtahanının nəticələri açıqlanıb.

Nəticələrə əsasən, XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) Azərbaycanı təmsil edəcək 5 nəfərlik komandanın tərkibi müəyyənləşib.

TDV Bakı Türk Liseyinin X sinif şagirdləri Ərtoğrul Məhərrəmli və Mehdi Qasımlı yüksək nəticə göstərərək ölkəmizi təmsil edəcək komandanın heyətinə daxil olublar.

Şagirdlərimizi bu mühüm uğur münasibətilə təbrik edir, onların timsalında bütün komanda üzvlərinə yarışda uğurlar arzulayırıq.

Lisey məzunumuz Kembric Universitetinə qəbul olub-TDV Bakı Türk Liseyinin məzunu Kifayət Vəliyeva, “Gənclərin xarici ölk...
28/07/2026

Lisey məzunumuz Kembric Universitetinə qəbul olub
-
TDV Bakı Türk Liseyinin məzunu Kifayət Vəliyeva, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 2026–2027-ci tədris ili üzrə magistratura səviyyəsi üzrə Kembric Universitetinə (University of Cambridge) qəbul olub.

Kifayət Vəliyeva 2020-ci ildə qəbul imtahanında 671,7 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüş, daha sonra Bakı Dövlət Universitetinin Hüquqşünaslıq (tədris ingilis dilində) ixtisasını uğurla başa vurmuşdur.

Məlumat üçün bildirək ki, Kembric Universiteti dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biridir və beynəlxalq universitet reytinqlərində mütəmadi olaraq ilk 10-luqda qərarlaşır.

Bu möhtəşəm uğur münasibətilə Kifayət Vəliyevanı ürəkdən təbrik edir, ona təhsil və gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayırıq.

Şagirdimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) uğur qazanıb-10-20 iyul tarixlərində Çinin Şanxay şəhərində keçiri...
23/07/2026

Şagirdimiz Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) uğur qazanıb
-
10-20 iyul tarixlərində Çinin Şanxay şəhərində keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadası IMO) keçirilib.

Olimpiadada liseyimizin IX sinif şagirdi Ayxan Əsədzadə həvəsləndirici mükafata layiq görülüb.

Ümumilikdə ölkəmizi təmsil edən komanda bu olimpiadada 1 bürünc və 4 həvəsləndirici mükafat qazanıb.

Ayxanı təbrik edir, ona gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.

20/07/2026
Beynəlxalq Fizika Olimpiadasından (IPhO 2026) gümüş medal 🥈-4-12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində Be...
12/07/2026

Beynəlxalq Fizika Olimpiadasından (IPhO 2026) gümüş medal 🥈
-
4-12 iyul tarixlərində Kolumbiyanın Bukaramanqa şəhərində Beynəlxalq Fizika Olimpiadası (IPhO 2026) keçirilib.

Olimpiadada liseyimizin XI sinif şagirdi Murad Xəlil gümüş medala layiq görülüb.

Qeyd edək ki, Murad bundan əvvəl Beynəlxalq Elmi Fizika Olimpiadasından gümüş, Avropa Fizika Olimpiadasından isə bürünc medal qazanıb.

Ölkəmizi təmsil edən komanda IPhO 2026-da son 20 ilin ən yüksək nəticəsinə imza ataraq 3 gümüş və 2 bürünc medal qazanıb.

Şagirdimizi əldə etdiyi uğur münasibətilə təbrik edir, ona gələcək yarışlarda yeni nailiyyətlər arzulayırıq.

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsindən 14 medal-Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nət...
05/07/2026

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsindən 14 medal
-
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin final mərhələsinin nəticələri açıqlanıb.

Müsabiqənin nəticələrinə əsasən liseyimizin 7 şagirdi qızıl, 3 şagirdi gümüş və 4 şagirdi isə bürünc olmaqla ümumilikdə 14 medal qazanıblar.

Bu uğur münasibəti ilə şagirdlərimizi təbrik edir, yeni-yeni uğurlar arzulayırıq.

RFO və RFM medalçıları üçün Quba rayonuna motivasiya gəzintisi-2025–2026-cı tədris ilində Respublika Fənn Olimpiadaları ...
04/07/2026

RFO və RFM medalçıları üçün Quba rayonuna motivasiya gəzintisi
-
2025–2026-cı tədris ilində Respublika Fənn Olimpiadaları (RFO) və Respublika Fənn Müsabiqələrində (RFM) medal qazanan 62 şagirddən 48-i məktəb rəhbərliyi və pedaqoji heyətin müşayiəti ilə Quba rayonuna təşkil olunan motivasiya gəzintisində iştirak edib.

Səfər zamanı şagirdlər həm istirahət edib, həm də müxtəlif əyləncəli fəaliyyətlərdə iştirak edərək xoş vaxt keçiriblər. Gəzinti onların motivasiyasının artırılmasına və yeni tədris ilinə daha böyük həvəslə hazırlaşmalarına töhfə verib.

Şagirdlər növbəti tədris ilində də yeni uğurlara imza atmaq üçün daha əzmlə çalışacaqlarını bildiriblər.

Beynəlxalq Elmi Fizika Olimpiadasından gümüş medal-Moskva Fizika və Texnologiya İnstitutu tərəfindən ilk dəfə tam onlayn...
02/07/2026

Beynəlxalq Elmi Fizika Olimpiadasından gümüş medal
-
Moskva Fizika və Texnologiya İnstitutu tərəfindən ilk dəfə tam onlayn formatda təşkil olunan Beynəlxalq Elmi Fizika Olimpiadasında (ISPhO 2026) liseyimizin XI sinif şagirdi Murad Xəlil növbəti uğuruna imza ataraq gümüş medala layiq görülüb.

Qeyd edək ki, Murad bundan əvvəl Avropa Fizika Olimpiadasında uğur qazanaraq bürünc medal əldə etmişdi.

Ümumilikdə isə ölkəmizi təmsil edən komanda ISPhO 2026-da 2 gümüş medal, 2 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıb.

ISPhO 2026-da 26 ölkədən 130 şagird iştirak edib. Olimpiadanın əsas məqsədi fizika sahəsində istedadlı məktəbliləri bir araya gətirmək, onların nəzəri və eksperimental biliklərini beynəlxalq səviyyədə qiymətləndirmək, eləcə də gənclərdə elmi yaradıcılığa marağı təşviq etməkdir.

Liseyimizin şagirdi Murad Xəlili təbrik edir, ona gələcək beynəlxalq yarışlarda da yeni nailiyyətlər arzulayırıq.

29/06/2026

TDV Bakı Türk Liseyin futbol meydançası yeniləndi
-
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində yeni 2026–2027-ci tədris ilinə hazırlıq işlərinə start verilib. Hər il olduğu kimi, yay tətili dövründə liseyin maddi-texniki bazasının yenilənməsi və şagirdlərin daha keyfiyyətli və inkişaf mühitində təhsil almaları istiqamətində müxtəlif işlər həyata keçirilir.

Bu çərçivədə liseyin futbol meydançası tamamilə yenilənərək müasir standartlara uyğun yeni ot örtüyü ilə əvəzlənib. Yenilənmiş idman meydançası şagirdlərin həm fiziki tərbiyə dərslərini, həm də müxtəlif idman yarışları və məşqləri daha rahat və təhlükəsiz şəraitdə keçirməsinə imkan yaradacaq.

TDV Bakı Türk Liseyinin rəhbərliyi şagirdlərin akademik uğurları ilə yanaşı, onların fiziki inkişafına və sağlam həyat tərzinin formalaşdırılmasına da xüsusi önəm verir. Həyata keçirilən yeniliklər liseydə müasir, təhlükəsiz və motivasiyaedici təhsil mühitinin yaradılması istiqamətində görülən işlərin davamıdır.

Yeni tədris ilində şagirdlərimizi daha müasir və daha komfortlu idman meydançasında görməkdən məmnunluq duyacağıq!

Address

Bakı şəhəri, Nəsimi Rayonu, Bəsti Bağırova Küç
Baku

Alerts

Be the first to know and let us send you an email when Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Türkiyə Dəyanət Vəqfi - Bakı Türk Liseyi:

Shortcuts

Share

Category