WCU İnnovativ Mühəndislik Məktəbi

WCU İnnovativ Mühəndislik Məktəbi

Share

Qərbi Kaspi Universitetinin İnnovativ mühəndislik məktəbidir.

22/07/2024
Photos from Qərbi Kaspi Universiteti/ Western Caspian University's post 22/06/2024
05/06/2024

Qərbi Kaspi Universiteti ikinci (təkrar) ali təhsilə qəbul elan edir

🔹Qərbi Kaspi Universiteti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi qaydası”na müvafiq olaraq 2024/2025-ci tədris ili üçün aşağıda göstərilən ixtisaslara təkrar ali təhsil üzrə qəbul elan edir:

1. İqtisadiyyat
2. Maliyyə
3. Mühasibat
4. Turizm işinin təşkili
5. Marketinq
6. Biznesin idarə edilməsi
7. İnformasiya texnologiyaları
8. Kompüter mühəndisliyi
9. Cihaz mühəndisliyi
10. Ekologiya
11. Biologiya
12. Meşəçilik
13. Dövlət bələdiyyə idarəetməsi
14. Psixologiya
15. Tarix
16. Sosial iş
17. Təhsildə sosial psixoloji xidmət
18. Su bio ehtiyatları və akvakultura
19. Kompüter elmləri
20. İnformasiya təhlükəsizliyi
21. Turizm bələdçiliyi

📌Təkrar ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla Qərbi Kaspi Universiteti arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarının əsasında aparılır.

📌Tələb olunan sənədlər:
• ərizə
• ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notariat qaydada təsdiq edilmiş surəti;
• əmək kitabçasının surəti (işlədiyi halda);
• 3 x 4 sm ölçüdə 6 ədəd fotoşəkil;
• şəxsiyyət vəsiqəsinin surəti;
• Oğlanlar üçün hərbi bilet və ya SHXÇDX-də hərbi qeydiyyat haqqında vəsiqənin surəti
• Sağlamlıq haqqında arayış

📌Qeyd: Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.

Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə təkrar ali təhsil almaq üçün müvafiq ixtisaslar üzrə tələbələr sırasına qəbul edilirlər. Müraciət etmək istəyənlər https://www.portal.edu.az/ vasitəsilə sənədlərini elektron formada təqdim etməlidirlər.

📌Sənəd qəbulu prosesi 31 avqust 2024-cü il saat 18:00-da bitəcək.

🔹Təhsil əyani və qiyabi formalarda həyata keçirilir.
Təhsil Azərbaycan və Rus dillərində aparılır. Təhsil müddəti əvvəlki baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir. Təhsilini müvəffəqiyyətlə başa vuranlara dövlət nümunəli Bakalavr Diplomu veriləcək.

📌Əlavə məlumatı göstərilən ünvandan əldə etmək olar:
İstiqlaliyyət 31 (İçərişəhər korpusu) və Əhməd Rəcəbli küçəsi, III paralel/21
Əlaqə nömrələri: (012) 492 61 63 (daxili-27); 565-39-76

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Əhməd Rəcəbli, 3-cü Paralel, 17/A
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00