05/05/2026
Bakı Slavyan Universiteti (BSU) Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə “Gənclər üçün məlumat sessiyası: Şəxsi inkişaf və karyera fürsətləri” mövzusunda infosessiya keçirilib.
Sessiyanın məqsədi gənclərin şəxsi və peşəkar inkişafına dəstək olmaq, onların karyera istiqamətlərini düzgün müəyyənləşdirməsinə kömək etmək və mövcud imkanlar barədə məlumatlandırmaq olub.
Tədbirdə gənclər siyasəti, inkişaf proqramları, layihələr və təcrübə imkanları haqqında məlumat verilib, şəxsi inkişaf və rəqəmsal bacarıqların əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərin əmək bazarına hazırlanmasına və potensiallarının reallaşdırılmasına mühüm töhfə verir.