02/02/2026
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlandı!
Ətraflı: https://shorturl.at/BfBk1
Tusi-Bohm Planetarium Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ilə təchiz ol Planetarium 58 tamaşaçı üçün nəzərdə tutulub.
TB Planetarium – Azərbaycanda müasir dövr üçün ən son nəsil texnologiya ile təchiz olunmuş ilk planetariumdur. Planetariumda 4K prinsipi əsasında çalışan 2 çox güclü və dəqiq proyektorla 10 m-lik ekranda alınan xəyal ilə tamaşaçılar kosmosun ənginliklərinə səyahət edə bilərlər. Bu məkan bütün yaş təbəqələrini əhatə edir və əhaliyə maarifləndirmə və bilik vermə funksiyasını daşıyır. Planetariumun
02/02/2026
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turunun nəticələri açıqlandı!
Ətraflı: https://shorturl.at/BfBk1
16/01/2026
VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim turu keçiriləcək
Fevralın 1-də ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında VI Azərbaycan Astronomiya Olimpiadasının respublika seçim mərhələsi keçiriləcək.
Olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir.
Olimpiadanın onlayn mərhələsində uğur qazanan məktəblilər BDU-da keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar. Qaliblər medal və hədiyyələrlə mükafatlandırılacaq və bu il 25 sentyabr 5 oktyabr tarixlərində Vyetnamda keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərslərinə cəlb olunacaqlar.
Olimpiadaya hazırlıq dərsləri BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil olunacaq. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi təşkil ediləcək. “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi isə məktəblilərə teleskoplardan istifadə qaydaları ilə bağlı təlimlər keçəcək.Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitunun dəstəyilə baş tutur.
VI Azərbaycan Astronomiya Olimpiadası və XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.
Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
www.oxuyan.az/
Qeydiyyat
31 yanvar saat 23:59-a qədər davam edəcək.
Olimpiada
1 fevral saat 11:00-da
www.oxuyan.az onlayn imtahan platforması üzərindən aparılacaq.
22/10/2025
15/10/2025
“ASTRONOMİYA OLİMPİADALARI: Məsələlər və onların həlləri” kitabının təqdimatı.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi tərəfindən tərcümə olunub.
13/10/2025
🌌 “Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri”kitabının təqdimatı!
14 oktyabr, saat 19:00-da, Park Bulvar Ticarət Mərkəzinin 4-cü mərtəbəsində yerləşən Tusi-Bohm Planetariumda “Astronomiya Olimpiadaları: Məsələlər və onların həlləri” kitabının təqdimatı keçiriləcək! 📖✨
Tədbir Həvəskar Astronomlar Cəmiyyəti tərəfindən, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
“Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində keçirilir. 🌠
📍 Yer: Tusi-Bohm Planetariumu, Park Bulvar, 4-cü mərtəbə
🕖 Tarix və saat: 14 oktyabr, saat 19:00
13/10/2025
Bu gün Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Kəmalə Alışevanın yubileyidir.
Kəmalə xanımı yübiley münasibəti ilə təbrik edirik elmi işlərində uğurlar arzu edirik!
https://www.facebook.com/share/p/1aAvbYKfSw/
09/10/2025
Tusi-Bohm Planetariumu "100 saat Astronomiya" tədbirlərinin təşkilinə görə Beynəlxalq Astronomiya İttifaqının (IAU) sertifikatına layiq görülüb. 2-5 oktyabr tarixləri arasında keçirdiyimiz tədbirlərə dəstək olan və iştirak edən hər kəsə, xüsusilə Polşanın Azərbaycandakı səfirliyinə, Silesian Planetariumuna, “EkoSfera” Ekoloji-Sosial Təşkilatına və Həvəskar Astronomlar Cəmiyyətinə təşəkkür edirik.
07/10/2025
3 oktyabr 2025-ci il tarixində Polşanın Azərbaycandakı Səfirliyi, Tusi-Bohm Planetariumu, Sileziya Planetariumu və “EkoSfera” Ekoloji-Sosial Təşkilatlarının birgə əməkdaşlığı ilə Park Bulvar Ticarət Mərkəzində yerləşən Tusi-Bohm Planetariumunda uşaqlar üçün nəzərdə tutulmuş “Kosmik Zoopark” adlı filmin təqdimatı keçirildi. Tədbirin məqsədi azyaşlı izləyiciləri elmi biliklərə maraq göstərməyə təşviq etmək və onları kainatın sirləri ilə tanış etmək idi.
Təqdimat proqramı çərçivəsində uşaqlar üçün yaradıcı zonada “Mini Kosmosaqədərki Laboratoriya” və ya “Gənc Kosmos Reyncerləri” mövzusunda interaktiv oyunlar, heyvanların kosmos tədqiqatlarındakı roluna dair təqdimatlar və astronomiya üzrə qısa viktorinaları əhatə edən müxtəlif maarifləndirici fəaliyyətlər həyata keçirildi.
IAU Office for Astronomy Outreach
02/10/2025
Ulduzlarla dolu günlər Planetariumda!
2–5 oktyabr tarixlərində Tusi–Bohm Planetariumunda sizi kosmosla bağlı möhtəşəm səyahət gözləyir.
🎬 Ödənişsiz film nümayişi – “Planetariumların 100 illiyi”
📅 Seans tarixləri və saatları:
• 3 oktyabr – 18:30
• 4 oktyabr – 15:30
• 5 oktyabr – 15:30
📸 Astrofoto sərgisi
Azərbaycan həvəskar astronomlarının çəkdiyi ulduz dolu səma fotoları 2–5 oktyabr tarixlərində hər gün ziyarətçilərə açıq olacaq.
✨ Ulduzların sehrini izləmək, kainatın gözəlliyini hiss etmək və planetariumların 100 illik tarixini yaşamaq fürsətini qaçırmayın!
IAU Office for Astronomy Outreach
, -bohm ,
08/09/2025
Sentyabrın 7-də 2025-ci ilin ikinci Ay tutulmasının canlı müşahidəsi həyata keçirilib. Bu mühüm elmi-maarifləndirici tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Azərbaycanda astronomiya təhsilinin təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyi (HAC), Bakı Dövlət Universiteti (BDU), “Park Bulvar” AVM, Tusi-Bohm Planetariumu və Şamaxı Astrofizika Rəsədxanasının birgə tərəfdaşlığı ilə keçirilib.
| Tuesday | 17:00 - 19:00 |
| Friday | 17:00 - 19:00 |
| Saturday | 14:00 - 19:00 |
| Sunday | 14:00 - 19:00 |