21/03/2026
Məktəbin 5ç sinif şagirdlərinin iştirakı ilə təşkil olunan “Novruz şənliyi” tədbiri böyük coşqu və sevinc içində keçirildi. Tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərimizi yaşatmaq, Novruz Bayramı ənənələrini şagirdlərə aşılamaq və onların yaradıcılıq bacarıqlarını inkişaf etdirmək idi.
Şagirdlər tərəfindən hazırlanan maraqlı səhnəciklər, şeirlər, mahnılar və milli rəqslər tədbirə xüsusi rəng qatdı. Kosa və Keçəl obrazlarının çıxışları uşaqlarda böyük maraq və sevinc doğurdu.