Topchubashov Moot Court Competition

Topchubashov Moot Court Competition Topçubaşov Məhkəmə Müsabiqəsi görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşovun xatirəsinə həsr olunmuşdur.

Milli hüquqa əsaslanan Müsabiqə ölkədə konstitusiya icraatı qaydasında keçirilən ilk və tək Müsabiqədir. Topçubaşov Məhkəmə Müsabiqəsi Əlimərdan bəy Topçubaşovun (1862 – 1934) xatirəsinə həsr olunmuş, Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Elmi Cəmiyyəti (TEC) tərəfindən təşkil edilən və 3 Raunddan ibarət müsabiqədir. Təşkilatçı Azərbaycanda beynəlxalq təcrübəyə uyğun ilk və tək belə bir müsabiqəni keçirməkdən qürur duyur.

21/06/2026

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final raundunun videosu “YouTube” səhifəmizə yerləşdirilmişdir!

Qeyd edək ki, Müsabiqənin 10 illik yubiley buraxılışında ən yüksək sayda iştirakçı qeydə alınmışdır. Belə ki, Müsabiqədə 6 ali təhsil müəssisəsindən 33 komanda olmaqla, 200-dən çox tələbə iştirak etmişdir.

Builki buraxılışın Müsabiqə İşi rəqabət və digər əlaqəli hüquq sahələrini əhatə etmişdir. Müsabiqə İşini ərsəyə gətirən "Dentons" beynəlxalq hüquq şirkətinin Bakı ofisinin ortaq və idarəedici məsul şəxsi Ülviyyə Zeynalova-Boçkin və onun komandasına təşəkkür edirik. Həmçinin yazılı və şifahi mərhələlərdə iştirak edərək komandaları qiymətləndirən və onlarla öz dəyərli təcrübələrini bölüşən bütün hakimlərə minnətdarlığımızı bildiririk.

Bununla yanaşı, Müsabiqənin təşkilində göstərdikləri dəstəyə görə partnyorlarımız Fortiori Hüquq Şirkəti (Fortiori Law Firm), “GRATA International, Azerbaijan” (GRATA International Azerbaijan), “EY Azerbaijan” (EY Azerbaijan) şirkətlərinə və “Dentons” beynəlxalq hüquq şirkətinin Bakı ofisinə, habelə məkan dəstəyinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə və Vəkillər Kollegiyasına təşəkkür edirik!

Final videosunu izləmək üçün linkə keçid edə bilərsiniz: https://youtu.be/tNhu0h5dIUY

20 aprel 2026-cı il tarixində 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final mərhələsi baş tutmuşdur! Final mərhələsi hüqu...
23/04/2026

20 aprel 2026-cı il tarixində 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final mərhələsi baş tutmuşdur!

Final mərhələsi hüquqşünas Mehran Əmirlinin sədrliyi, hüquqşünaslar Ülviyyə Zeynalova-Boçkin, Elvin İsayev, Fidan Rüstəmli və Cəmilə Məcidlinin iştirakı ilə təşkil olunmuşdur.

Finalda Ərizəçi “Məhəmməd Əmin Rəsulzadə” və Cavabverən “Fətəli xan Xoyski” komandaları iştirak etmiş, hakimlərin qiymətləndirməsi nəticəsində Ərizəçi komanda Müsabiqənin qalibi olmuşdur.

Bundan başqa, “Ən yaxşı Ərizəçi Yazılısı” nominasiyası üzrə “Nəsib bəy Yusifbəyli” komandası, “Ən yaxşı Cavabverən Yazılısı” nominasiyası üzrə “Xəlil bəy Xasməmmədov” komandası qalib olmuşdur. Həmçinin "Ən yaxşı Natiq" nominasiyasına Aysu Mədətova layiq görülmüşdür.

Müsabiqənin iştirakçılarına göstərdikləri marağa görə təşəkkür edir, qalib komandanı, o cümlədən digər nominasiya qaliblərini təbrik edirik!

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final raundu 20 aprel tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində ...
19/04/2026

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final raundu 20 aprel tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində baş tutacaqdır.

Müsabiqənin Final mərhələsində Ərizəçi “Məhəmməd Əmin Rəsulzadə” və Cavabverən “Fətəli xan Xoyski” komandaları iştirak edəcəklər.

Final mərhələsində komandalara uğurlar arzulayırıq!

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final mərhələsində izləyici qismində iştirak üçün qeydiyyat açıqdır!Hüquqşünas və ...
16/04/2026

2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Final mərhələsində izləyici qismində iştirak üçün qeydiyyat açıqdır!

Hüquqşünas və tələbələri Azərbaycanda konstitusiya icraatı qaydasında keçirilən tək Müsabiqənin Finalını izləməyə dəvət edirik.

Məkan: Konstitusiya Məhkəməsi
Tarix: 20 aprel, 16:00

Qeydiyyat üçün keçid: https://forms.gle/RPvxJDgcm7tvvsoi7

"GRATA International, Azerbaijan" (GRATA International Azerbaijan) 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin partnyorudur!20...
13/04/2026

"GRATA International, Azerbaijan" (GRATA International Azerbaijan) 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin partnyorudur!

2003-cü ildən bəri fəaliyyət göstərən və "Legal 500", "Chambers and Partners" kimi nəşrlərdə yüksək pillələrdə qərarlaşan Şirkət yerli, regional və beynəlxalq layihələr üzrə müştərilərinə keyfiyyətli hüquqi xidmət göstərir. Belə ki, Şirkət, əsasən, neft-qaz, səhiyyə və əczaçılıq, tikinti və infrastruktur, telekommunikasiya, maliyyə, bank və digər sahələrdə fəaliyyət göstərən şirkətlərə müxtəlif növ hüquqi xidmətlərin göstərilməsində, o cümlədən mübahisələrin alternativ həllində ixtisaslaşmışdır.

Partnyorumuza Müsabiqənin təşkilində göstərdiyi dəstəyə və gənc hüquqşünasların yetişməsinə verdiyi dəyərli töhfəyə görə təşəkkürümüzü bildiririk!

Partnyorumuz haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz: https://gratanet.com/?region=azerbaijan

11 aprel tarixində 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Yarımfinal mərhələsi üzrə şifahi çəkişmələr baş tutmuşdur!Çəkiş...
11/04/2026

11 aprel tarixində 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Yarımfinal mərhələsi üzrə şifahi çəkişmələr baş tutmuşdur!

Çəkişmələr nəticəsində hakimlərin qiymətləndirməsi əsasında Final mərhələsində iştirak edəcək 2 komanda müəyyən olunmuşdur. Növbəti mərhələyə keçən komandaları təbrik edir, digər komandalara göstərdikləri mübarizəyə görə təşəkkürümüzü bildiririk.

Fortiori Hüquq Şirkəti (Fortiori Law Firm) 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin partnyorudur!Şirkət Azərbaycanın aparıc...
10/04/2026

Fortiori Hüquq Şirkəti (Fortiori Law Firm) 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin partnyorudur!

Şirkət Azərbaycanın aparıcı şirkətlərindən biri olmaqla mübahisələrin həlli, kommersiya, investisiya, korporativ, miqrasiya, əqli mülkiyyət, İT və digər hüquq sahələri üzrə fəaliyyət göstərir.

Qeyd edək ki, Müsabiqə qaliblərindən biri Şirkətdə təcrübə keçmək imkanı əldə edəcəkdir.

Partnyorumuza Müsabiqənin təşkilində göstərdiyi dəstəyə və gənc hüquqşünasların yetişməsinə verdiyi dəyərli töhfəyə görə təşəkkürümüzü bildiririk!

Partnyorumuz haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz: https://fortiorilegal.com/

Dentons beynəlxalq hüquq şirkətinin Bakı ofisi 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin partnyorudur!Dentons beynəlxalq və ...
09/04/2026

Dentons beynəlxalq hüquq şirkətinin Bakı ofisi 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin partnyorudur!

Dentons beynəlxalq və yerli şirkətlərə, maliyyə institutlarına və dövlət qurumlarına maliyyə, rəqabət, energetika, korporativ, təbii ehtiyatlar və bunun kimi digər strateji sahələr üzrə peşəkar hüquqi xidmət göstərir. İyirmi beş ildən çoxdur fəaliyyət göstərən Bakı ofisi "Legal 500", "Chambers Global", "IFLR 1000" və bunun kimi bir çox nüfuzlu nəşrlərdə ardıcıl olaraq ən yüksək reytinqlərə layiq görülür.

Partnyorumuza Müsabiqənin təşkilində göstərdiyi dəstəyə və peşəkar hüquqşünasların yetişməsində verdiyi töhfəyə görə təşəkkür edirik!

Partnyorumuz haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə bilərsiniz: https://www.dentons.com/en/global-presence/central-asia/azerbaijan/baku

4-5 aprel tarixlərində 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Seçim mərhələsi üzrə şifahi çəkişmələr baş tutmuşdur.Komand...
05/04/2026

4-5 aprel tarixlərində 2026 Topçubaşov Məhkəmə Müsabiqəsinin Seçim mərhələsi üzrə şifahi çəkişmələr baş tutmuşdur.

Komandalar şifahi çıxışlarına görə hakimlər tərəfindən qiymətləndirilmiş və yazılı mərhələdə göstərdikləri nəticələr də nəzərə alınmaqla ən yaxşı nəticə göstərmiş 4 komanda Yarımfinal mərhələsində iştirak hüququ qazanmışdır.

Növbəti mərhələyə keçən komandaları təbrik edir, digər komandalara iştiraklarına görə təşəkkürümüzü bildiririk.

Address

Baku
AZ1148

Alerts

Be the first to know and let us send you an email when Topchubashov Moot Court Competition posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Topchubashov Moot Court Competition:

Shortcuts

Share