23/04/2026
İslam Səfərli küçəsi Qış parkı ilə eyni səviyyədə əlaqələnəcək...
Səməd Vurğun küçəsi ilə kəsişmədəki keçidi nəzərə almasaq, bu Qış parkı ətrafında ilk eynisəviyyəli piyada keçididir.
Bu keçid:
✅️ Şəhər mərkəzini İslam Səfərli küçəsi vasitəsilə Qış parkı ilə əlaqələndirir;
✅️ Bu ərazidə əlçatanlığı və təhlükəsizliyi artırır;
✅️ Qış parkı və İslam Səfərli küçəsinin turistik və biznes potensialını yüksəltmiş olur.
Qış parkı ətrafında həm Füzuli küçəsi boyunca, həm də Mirzəağa Əliyev küçəsi boyunca, ən azı daha 3-4 bu cür keçidə ehtiyac var...