14/12/2025
13 dekabr tarixində Odlar Yurdu Universitetində Gənclər və İdman Nazirliyinin, Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə keçirilən Bilik Kubokunun final mərhələsi baş tutub.
2 seçim mərhələsinin nəticələrinə əsasən Old School və Vastator komandaları finalda universitetimizi təmsil ediblər. Gərgin mübarizənin yekununda Old School komandası 1-ci yerin, Vastator komandası isə 3-cü yerin sahibi olub.
Qaliblər medal, sertifikat və hədiyyələrlə mükafatlandırılıblar.