2 Nömrəli Bakı Baza Tibb Kolleci

2 Nömrəli Bakı Baza Tibb Kolleci Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci Publik Hüquqi Şəxsi • Rəsmi Kollecdə təhsil kredit sistemi ilə həyata keçirilir.

Azərbaycan SSR Nazirlər Kabinetinin 1974-cü il 22 avqust tarixli 656 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1974-cü il 14 avqust tarixli 616 nömrəli və 9 sentyabr tarixli 903 nömrəli qərarlarına əsasən orta tibb müəssisələrinin tədris bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə Bakı 2 nömrəli Tibb Məktəbi Bakı şəhərində yerləşən 3, 5, 6 və 8 nömrəli Tibb Məktəblərini özündə birləşdirmişdir.
1975-ci ildə Ulu Öndər Heydər Əliyev Şərifzadə küçəsi 204 ünvanında 2 nömrəli Bakı Tibb Məktəbi üçün yeni tikilmiş binanın açılışında şəxsən iştirak etmişdir. Kollec 1975-1987 illərdə Bakı 2 nömrəli Tibb məktəbi, 1988-2009 illərdə Bakı 2 saylı Baza Tibb məktəbi adı altında fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Prezidentinin 14.06.2007-ci il tarixli 589 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18.06.2007-ci il 68 nömrəli əmri ilə orta tibb işçilərinin “İxtisasartırma və təkmilləşmə kursları” ləğv edilmiş və onun səlahiyyətlərinin icrası Bakı 2 saylı Baza Tibb məktəbinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.06.2010-cu il 112 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2010-cu il tarixli 47 nömrəli əmri ilə Bakı 2 saylı Baza Tibb Məktəbi 2 nömrəli Bakı Baza Tibb Kolleci adlandırılmışdır.
2 nömrəli Bakı Baza Tibb kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd - subbakalavr diplomu vermək hüququnu təsdiq etmişdir. Baza statusuna görə 2 nömrəli Bakı Baza Tibb kolleci respublikada fəaliyyət göstərən tibb kolleclərinə metodik köməklik göstərir, onları hazırlanmış və təsdiq olunmuş tədris-metodiki sənədlər, tədris planları, fənn proqramları və metodik tövsiyyələrlə təmin edir, təşkil olunmuş konfranslara və təlimlərə dəvət edir. Hazırda kollecdə 7 ixtisas üzrə orta ixtisaslı tibb işçisi hazırlanır və onların təkmilləşməsi prosesi həyata keçirilir: feldşer, diş texniki, mama, əczaçı, tibb bacısı/qardaşı, feldşer-laborant və sanitar-feldşer. Bu sistem tədris proqramlarının ölkə daxilində və ölkə xaricində akademik tanınmasına və tələbələrin təhsillərini davam etdirməsinə imkan verir. Kollecdə təcrübəli və savadlı müəllim heyəti fəaliyyət göstərir. Müəllimlər arasında elmlər namizədləri, əməkdar müəllimlər var. Aparılan islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını təmin etmək və yüksək keyfiyyətli orta ixtisaslı tibb kadrlarını yetişdirməkdir. Kollecin məzunları yalnız ölkəmizdə deyil, həmçinin bir çox xarici ölkələrin müxtəlif tibb sahələrində çalışırlar. Biz onların uğurları ilə fəxr edirik!

29/07/2026
28/07/2026

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

23/07/2026

Address

Abbas Mirzə Şərifzadə Küçəsi 204
Baku

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 08:30 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994124311148

Alerts

Be the first to know and let us send you an email when 2 Nömrəli Bakı Baza Tibb Kolleci posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to 2 Nömrəli Bakı Baza Tibb Kolleci:

Shortcuts

Share