19/01/2026
Füzuli rayon 48 №-li tam orta məktəbdə 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilmişdir. Tədbir zamanı 20 Yanvar hadisələrinin tarixi əhəmiyyəti, milli yaddaşımızda tutduğu mühüm yer və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi xüsusi vurğulanmışdır. Şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilmişdir.