Professional Education Centre

Professional Education Centre

Share

Knowledge is power! Nərimanov r-n,Əliyar Əliyev küç.,122,AZ 1052,Bakı
(051)-440-22-81
(012)-480-22-81
İnstagram: ig__academy
twitter: @igacademy1

Photos 24/07/2016



1915 — Çikaqoda sərnişin gəmisi batdı. 845 nəfər həyatını itirdi.

Photos 09/07/2016

AT

1. at ile saatlar işlənir. (at 2 o'clock, at half past five.)
He gets up at 7 o'clock. –O saat 7-də yuxudan qalxır.

2. at gecə və geceyarısı ilə işlənir. (at night, at midnight)
There was a noise at midnight.-Gecə yarı səs küy idi.

3. at ile həftə sonunu bildiririk. (at weekend)
We went to a good restaurant at the weekend.-Biz həftə sonu restorana getdik

4. At ilə bayramlar işlənir. (at Novruz, at Christmas)
They had a good time at Christmas.-Onlar Milad bayramında yaxşı vaxt keçirdilər

Photos 09/07/2016

ON

1. on ilə həftənin günləri işlənilir. (on Sunday, on Wednesday, on Saturday.)
He is coming on Monday. –O, bazar ertəsi gələcək.

2. on həftənin gününün səhər, günortadan sonra və axşam vaxtları üçün işlənir. (on Monday morning, on Friday evening.)
The meeting is on Wednesday afternoon.-İclas Çərşənbə günü günorta vaxtındadır.

3. on ayın gününü (tarixi) deyəkən istifadə olunur. (on February 20, on 15 March 2002.)
The meeting is on June 18.-İclas 18 iyundadır

4. on ile bayram günü ifadə edilir. (on Christmas day, on Neü Year’s Day, On Novruz day.)
They will have a party on Christmas day.-Milad bayramı günü onlar qonaqlıq təşkil edəcək.

Photos 09/07/2016

PREPOSITIONS IN

Azərbaycan dilindən fərqli olaraq ingilis dilində şəkilçilər söz önləri kimi sozlərin qarşısında işlənir. Və yer, zaman,istiqamət və s. növlərə bölünür. Bu gün biz zamanla bağlı söz önlərindən bəhs edəcəyik.

IN

1. in ilə günün üç bölümü istifadə olunur. (in the morning, in the afternoon, in the evening.)
I get up at seven o'clock in the mornings. Mən səhər saat yeddidə yuxudan qalxıram.

2. in ilə aylar işlənilir. in January, in March, in December.
My birthday is in February.-Mənim ad günüm Fevraldadır.

3. in ilə fəsillər işlənir. (in Spring, in Summer, in Autumn.)
The weather is warm in Spring.-Yazda hava mülayim olur.

4. in ilə illər işlənir. (in 1995, in 2001.)
They came to Istanbul in 1985.-Onlar istanbula 1985-ci ildə gəldilər.

5. in ile zaman hissələri işlənilir. (in two weeks' time, in five years' time, in three hours' time.)
You will train in two weeks' time.-Siz 2 həftəlik vaxta təlim keçəcəksiniz.

Photos 09/07/2016

İngilis dili öyrənməyə hazırsınızmı? ^_^
Are you ready learn to English? ^_^

Photos 09/07/2016



1958 — Dünyada ən böyük hündürlükdə - dalğası 524 metrə qədər qalxan sunami hadisəsi baş verdi.

Photos 08/07/2016



1889 — The Wall Street Journal-nın ilk nömrəsi işıq üzü gördü.

The Wall Street Journal is a business-focused, English-language international daily newspaper based in New York City. The Journal is published six days a week by Dow Jones & Company, a division of News Corp, along with its Asian and European editions. The newspaper is published in the broadsheet format.

The Wall Street Journal is the largest newspaper in the United States by circulation. According to the Alliance for Audited Media, the Journal had a circulation of about 2.4 million copies (including nearly 900,000 digital subscriptions) as of March 2013,[2] compared with USA Today's 1.7 million.

The newspaper has won 39 Pulitzer Prizes through 2015[3] and derives its name from Wall Street in the heart of the Financial District of Lower Manhattan. The Journal has been printed continuously since its inception on July 8, 1889, by Charles Dow, Edward Jones, and Charles Bergstresser.

Photos 07/07/2016

?

Dünyanın aparıcı dövlətləri hesab etdiyimiz ABŞ, Rusiya, Fransa və digər inkişaf etmiş ölkələr iqtisadi, mədəni, hərbi nöqteyi-nəzərindən irəlidə olsalar da, əslində kənardan göründüyü kimi qüsursuz deyil. Məsələn, ABŞ dünyada insan hüquqlarının qoruyucusu kimi çıxış etsə də, ABŞ-ın özündə insanların hüquqları ən kobud formalarda pozulur. ANS PRESS-in məlumatına görə, məhbus sayına görə bu ölkə dünyada liderdir. Ölkələr haqqında digər maraqlı məlumatları sizə təqdim edirik.

1. Məhbuslarının sayının ən çox olduğu ölkə ABŞ-dır. Kimisə həbsxanaya salmaq məsələsinə gəldikdə bu ölkəyə tay yoxdur. ABŞ-da dünya əhalisinin 5%-i yaşayır və dünyada olan məhbusların 25%-i (təqr. 2,2 mln. insan) məhz buradadır.

2. Saat zolaqlarının sayı ən çox olan ölkə Fransadır. Fransanın dəniz əraziləri daxil olmaqla bütün ərazisini nəzərə alsaq görərik ki, bu ölkə 12 saat zolağında yerləşir. ABŞ 11 saat zolağını, Rusiya 9 saat zolağını əhatə edir.…

3. Yolları mərcan liflərindən olan dünyada yeganə ölkə Quamdır. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.

4. Göllərinin sayı ən çox olan ölkə Kanadadır. Dünya göllərinin 60%-i Kanada ərazisindədir. Kanadada ölkənin 9%-ni tutan 3 000 000-dan çox göl vardır.

5. Opiumun ən böyük istehsalçısı olan ölkə Əfqanıstandır. Burada dünyada istehsal olunan opiumin 95%-i istehsal olunur.

6. Oksigenin ən böyük istehsalçısı olan ölkə Rusiyadır. Dünya meşələrinin təqribən 25%-i Sibirdə bitir və ABŞ-ın kontinental hissəsindən çox ərazini əhatə edir ki, bu da Rusiyanı dünyanın ən güclü karbon qazını oksigenə çevirən ölkəsi edir.

7. Dünyanın ən təhsilli ölkəsi Kanadadır. Bu ölkənin əhalisinin 50%-nin təhsili orta ixtisas təhsilindən aşağı deyil. Kanadadan sonra İzrail – 45% və Yaponiya – 44% gəlir.

8. Tanklarının sayı ən çox olan ölkə Rusiyadır. Rusiyada tankların sayı 21 000-dir. İkinci yerdə 16 000 tankı olan ABŞ-dır.

9. Ən gənc əhalisi olan ölkə Nigerdir. Niger əhalisinin təqribən yarısı 15 yaşdan gəncdir. Ölkə ərazisinin 80%-i səhra olduğundan görünür ki, burada yeganə iş uşaq dünyaya gətirməkdir.

10. Dillərinin sayı ən çox olan ölkə Papua-Yeni Qvineyadır. Ölkənin rəsmi dili ingilis dili olsa da, bu tam rəsmidir: ingilis dilində əhalinin 2%-i danışır. Papua-Yeni Qvineya sakinləri 820-dən çox müxtəlif dillərdən istifadə edirlər ki, bu da dünya dillərinin 12%-ni təşkil edir.

Photos 07/07/2016

İngilis dilini bilməyin faydaları

Hər kəsin bildiyi bir şeyi deməyə yaxud danışmağa nə ehtiyac var? “İngiliscə öyrənməyin üstünlükləri” onsuzda hər kəs bilir, bu mövzu haqqında danışmaq gərəksizdir deyə bilərsiniz. Bu düşüncə tərzi qismən doğru ola bilər. Lakin insanların zaman – zaman hədəflərinə gedən yoldakı qərarları və ya hədəflərinə çatdıqları zaman əldə edəcəkləri üstün faydaları unutduqlarını görə bilirik. Bu baxımdan dərslərdə və söhbətlərdə ingiliscə öyrənməyin gətirəcəyi üstünlükləri vurğulamaq lazımdır. Bu yazıda sizə ingiliscə öyrənməyin və öyrənib istifadə etməyin avantajlarından və bu avantajda sizə lazımi olan qatqılardan bəhs edəcəyik.

İngiliscə bilmək gəlir artımı deməkdir:

İngiliscə oxumağı, danışmağı, dinləməyi və yaxud anlamağı öyrənmiş olsaq, gəlirimizə artım deməkdir. İngiliscə öyrənmək və bu dili istifadə etmək sizə ev kirayəsi qədər gəlir gətirə bilər. Gəlir artımına ehtiyac duymasanız belə, “ingilis dilini öyrənməyin digər faydalarını bir yoxlayın.

Xarici mədəniyyətləri yaxından tanıya bilərsiniz:

Xarici mədəniyyətləri və ölkələri tanımaq mövzusunda, ingiliscə bilmək və istifadə etmək sizə bir xeyir verə bilər. O ölkələr haqqında məlumat oxuya bilər, birinci qaynaqdan mövzu haqda sağlam biliklərə yiyələnə bilərsiniz. Bu sizin üçün iş dünyasında və şəxsi həyatınızda avantajlı ola bilər.

Yaşam keyfiyyətinizi artırar:

İngilis dilini öyrənmək və bu dili istifadə etmək həyat keyfiyyətinizi artıra bilər. Dil öyrənərkən səbr etməyi, çalışmağı və zamanınızı səmərəli idarə etməyi daha yaxşı bir şəkildə öyrənə bilərsiniz:

Karyeranızda yüksəlmə imkanınız yaranar:

İngilis dili bilmək karyeranızda yüksəlmək və ya karyeranızı dəyişdirmək mövzusunda sizə kömək edər:

İngilis dilini bilmək prestij qazandırır:

İngilis dili bilmək sizə cəmiyyətdə bir fərqlilik qazandırır. Riyaziyyat bilmədiyi üçün üzülən və ya peşman olan biri ilə rastlaşmazsınız, amma ingilis dilini bilmədiyi üçün üzülən insanları saymaqla bitirə bilmərik. İngilis dilini bilməyiniz və professional şəkildə istifadə etməyiniz sizi kütlədə önə çıxarar.

İxtsasınız və yaxud iş sahənizlə bağlı olaraq xarici ədəbiyyatı araşdıra bilərsiniz:

İngilis dilini bilmək, professional biliklərin dərinliklərinə çatmağınız üçün çox önəmlidir. Maraqlandığınız mövzu, texnologiyanın yarandığı və ya ədəbiyyatının yazıldığı bir ölkənin dilini bilmək böyük bir avantajdır. Bir dil üzərində məşğul olmaq beyniniz üçün çox faydalıdır. Bacarmaq hissi, özünü inkişaf cəhdi sizə güc qatar, bunun üçün ingilis dilini öyrənməyiniz kifayətdir, cəhdləriniz boşa getməyəcək.

Photos 07/07/2016

Barmaqlarınızı sıxmaqla bədəninizi rahatladacağınızı bilirsinizmi?

Barmaqlarınızı sıxın... Həm bədəniniz, həm də ruhunuz rahatlansın...

Qədim dövrlərdən bu yana əksər insanlar bədəndəki bütün ağrıların bədən daxilindəki qeyri-ahəngdarlıqdan qaynaqlandığına inanıblar. Siz düzgün qidalanmırsınız, siqaret çəkirsiniz, alkoqollu içkilər qəbul edirsiniz və neqativ düşünürsünüz... Cim Şin Citsu – qədim yapon müalicə praktikası bu ahəngdarlığın bərpası üçün müəyyən nöqtələrdən istifadə edir. Bu nöqtələrə təzyiq etməklə orqanizmdə yenidən ahəngdarlıq yaranır və ağrılar yox olur.

Verilmiş şəkilə diqqətlə baxın. Ağrı yarandıqda hansı nöqtələrə təzyiq etmək lazım olduğunu yadınızda saxlayın və bu zaman həmin ağrı tez keçəcək və sizi daha az narahat edəcək.

Bunun üçün hər iki əlin barmaqları münasibdir.

Baş barmağa təzyiq edilərsə...

Bununla siz mədə və dalağınıza ahəngdarlıq gətirmiş olarsınız. Bundan əlavə, baş barmağa təzyiq əsəbilik, narahatlıq və depressiyanın digər bu kimi əlamətlərini aradan qaldırır.

Dərinizdə ağrı hiss edirsiniz? Başınız ağrıyır? Qarnınızda ağrı var? Xroniki yorğunluq?.. Tez-tez baş barmağa təzyiq edin.

Şəhadət barmağa təzyiq edilərsə...

Bu barmağa təzyiq etməklə böyrəkləriniz və sidik kisənizə ahəngdarlıq qatmış olarsınız. Bu, qorxu hissini və əzələ spazmlarını, bel və diş ağrılarını, həmçinin həzm traktı sahəsində ağrıları aradan qaldırır.

Orta barmağa təzyiq edilərsə...

Bu, qaraciyər və əsəb sisteminin fəaliyyətində ahəngdarlıq yaradır. Orta barmağa təzyiq sizə qəzəb və özünə inanmama hissləri ilə mübarizədə yardımçı olacaq. Bunu müntəzəm olaraq təkrar etsəniz, bu yolla ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıra, menstrual ağrıları azalda, görmə qabiliyyətini yaxşılaşdıra bilər və başağrılarından qismən qurtula bilərsiniz.

Adsız barmağa təzyiq edilərsə...

Bu yolla siz ağciyərləriniz və həzm orqanlarınıza ahəngdarlıq bəxş etmiş olarsınız. Bu barmağa təzyiq sizi panika tutmalarından (panik atak), qulaqlardakı cingiltidən və tənəffüs problemlərindən xilas edər.

Sərçə barmağa təzyiq edilərsə...

Bununla siz ürəyinizin ahəngdarlığını bərpa etmiş olarsınız. Tez-tez bu barmağa təzyiq etsəniz, həyəcan, yalnızlıq və gərginlik hissləri yox olmağa başlayacaq. Qəlbinizdə rahatlıq və azadlıq hissləri yaranacaq. Bundan əlavə bu yolla boğazda ağrını azaltmaq və sümükləri möhkəmləndirmək də mümkündür.

Bu üsula inanılması çətin olsa da, sınaqdan keçirmək heç də çətin deyil. Sınayın...

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Nərimanov R-n, Əliyar Əliyev Küç. , 122
Baku
AZ1052