28/07/2012
PEŞƏKAR TƏRCÜMƏÇİLİK TREYNİNQİ
MAHİYYƏTİ:
Bu treyninq gələcəkdə ingilis dili üzrə peşəkar tərcüməçi kimi yetişmək, həmçinin karyerasını ingilis dilinin daha çox istifadə edildiyi sahələrdə qurmaq istəyənlər üçün nəzərdə tutulub.
MƏQSƏDİ:
- ingilis dili üzrə bilik bazasını gücləndirməsi;
- söz ehtiyatını zənginləşdirməsi;
- düzgün yazı vərdişlərini inkişafı;
- cümlələrin düzgün qurulması;
- cümlədə söz sırasının düzgün tərtib edilməsi;
- sözlərin kontekstə uyğun olaraq düzgün və yerində işlədilməsi.
İSTİFADƏ OLUNACAQ MATERİALLAR:
Treyninq müddətində iştirakçılara tərcümə etmək üçün müxtəlif sahələrə (məsələn, iqtisadiyyat, siyasət, hüquq, tibb, mədəniyyət, idman, kriminologiya) aid məqalələr, həmçinin rəsmi sənədlər (məsələn, müqavilə, hesabat, rəsmi məktub, protokol, və s.) təqdim olunacaq. Verilən materiallar tərcümə olunduqdan sonra növbəti dərs zamanı müzakirə ediləcək və səhv cümlələrin düzgün tərcümə variantı göstəriləcək.
NƏTİCƏ:
Treyninqi bitirən iştirakçıların ingilis dilində yazı savadı xeyli təkmilləşəcək və onlar artıq sərbəst cümlə qura və öz fikirlərini yazılı şəkildə düzgün ifadə edə biləcəklər. Bundan əlavə, treyninqi uğurla bitirmiş iştirakçılar artıq sənədləşmə işlərini (yazışmaların aparılması, rəsmi məktubların, müqavilələrin və hesabatların tərtib edilməsi) də apara biləcəklər.
MÜDDƏTİ:
treyninq iştirakçısının mövcud bilik səviyyəsindən və qavrama qabiliyyətindən asılı olaraq 3 aydan 6 aya qədər.