Xalilov Natiq

Xalilov Natiq 🔍İnsanlara sevdiyi ixtisasa/sahəyə yönəlməyi öyrədirəm
🗃0-dan Karyeranızı inşa edirəm
💼 İş həyatına hazırlaşdırıram Salam Dostum! Adım Natiq Xəlilovdur.

Təlimçi, Karyera Məsləhətçisi və Sosial Araşdırmaçıyam. DaimUp - Fərdi İnkişaf Kursunda treninqlər keçirik. Eləcə də ali təhsil müəssisələri, içtimai birliklər və s. təşkilatlar üçün də sosial təlim və seminar proqramlarımız olur.

4 ildir ki, fəaliyyət göstəririk. Bugünə qədər olan təlimlərimizin sayı 43, təlimlərimizdə iştirak edən şəxslərin sayı isə 2240-ə yaxın nəfər təşkil edir. Youtube pla

tforması üzərində bloqlara başlamışıq və gənclərin üzləşdiyi çətinlikləri azaltmağın təlaşındayıq və bunu bacarırıq !
İnstagram platforması üzərindən isə məqalələr və problemlərimizin həllinə fokuslanmış paylaşımlar edirik. Ümumən cəmiyyətdə gedən proseslərə uyğun olaraq sosial-psixoloji paylaşımlar edirik. Oxuduğum kitablardan, bitirdiyim kusrlardan, seminarlarda topladığım bilik və təcrübələri dostlarımıza paylaşıram. Təbii ki, bunlar işlərimiz görünən hissəsidir. Məncə p*s deyl, hə?))

Niyə müəllimlik – sadəcə dərs keçmək deyil?”(Səmimi etiraf və şəxsi münasibət)Bəzən soruşurlar:“Niyə müəllimlik?” – Axı ...
15/07/2025

Niyə müəllimlik – sadəcə dərs keçmək deyil?”
(Səmimi etiraf və şəxsi münasibət)

Bəzən soruşurlar:
“Niyə müəllimlik?” – Axı sən başqa sahələrdə də ola bilərdin…”

Dürüst olum... müəllimlik mənim üçün heç vaxt sadəcə dərs keçmək olmayıb. Mən özümü lövhə arxasında “mövzu izah edən” biri kimi görməmişəm.

Mən, gənclərlə münasibət quran, onların fikirlərini ciddiyə alan, sualına cavab verməyə tələsən, hətta gülümsəməyə səbəb axtaran bir müəllim olmuşam. Bu, fənn qədər önəmli məsələdir.

🧠 Dərs dediyimiz şey 90 dəqiqədir, amma tələbənin inamını qazanmaq bəzən 9 ay da çəkə bilər.

💬 İnanın, mənə “Ay Müəllim, sizə bir şey demək istəyirəm…” deyə yaxınlaşan tələbənin fənn performansından çox, insan kimi münasibətinə fokuslanıram.

Bu yaxınlarda bir tələbəm dərsdən sonra mənə belə dedi:
– “Sizdən dərs, təcrübə öyrənirik, amma ən çox da özümüzə dəyər verilməyi…”

Bax, budur müəllimlik.

Onları dinləmək,hərdən dərs yerinə içindəki narahatlığı çıxarmağa icazə vermək...

Bunlar tədris planında yazılmır.
Amma həyat planında iz buraxır.

Bu peşəni sevirəm.
Bu peşənin sosial məsuliyyətini, psixoloji gücünü, emosional bağlarını daşımağı öyrəndikcə daha çox bağlanıram.

Düşünürəm ki, müəllim – bir peşə yox, bir mövqedir.
Əgər onu doğru tutarsansa, bir gəncin baxışını, yönünü, bəzən də özünü dəyişdirə bilərsən.

İnşallah biz də həm dərs keçən, həm də gələcək formalaşdıran müəllimlərdən olarıq...

— Sizin “Ay Müəllim” 🌿

📚 “Layihələrin idarə edilməsi, İnnovasiya Menecmenti, Menecment, Marketinqin əsasları, Münaqişələrin idarəedilməsi, Rəqə...
23/06/2025

📚 “Layihələrin idarə edilməsi, İnnovasiya Menecmenti, Menecment, Marketinqin əsasları, Münaqişələrin idarəedilməsi, Rəqəmsal metodlar” fənnlərini 250+ tələbəyə tədris etdim.

📍 Bakı Avrasiya Universiteti, Azərbaycan Universiteti və Azərbaycan Texniki Universiteti

Şəkildə gördüyünüz gənclər mənim tələbələrimin 50%-ni təşkil edir.

Amma indi dərsdən yox, müəllim-tələbə münasibətindən danışmaq istəyirəm.

Amma əvvəl bir az gileylənim...
Bəzən görürsən ki, müəllim gülümsəməyə qorxur.Elə bilir ki, tələbə hörmət etməyəcək.
Tələbə də elə bilir ki, müəllim mehribandırsa – artıq “hər şey olar”.
Amma olmaz!

Hörmət tək ciddiliklə ölçülmür.
Gülərüzlük zəiflik deyil.
Mehribanlıq sərhədsizlik deyil.
Və müəllim - əgər istəyirsə - “tələbənin həm yol göstərəni, həm də dostu ola bilər”

Bir post görmüşdüm:
“Real həyatda qarşınıza çıxa biləcək əsl möcüzə – yaxşı bir müəllimdir.”
Məni tutdu bu söz.

Çünki biz bəlkə də öz vaxtımızda belə bir müəllim tapmadıq deyə, indi çalışırıq ki, biz o müəllimdən olaq.
Onların dərdini dinləmək, yön göstərmək, addımlarını izləmək, bəzən sakit bəzən sərt, amma daim yanında olmaq– bax bu, iş deyil. Bu, münasibətdir. Bu sağlam cəmiyyətin dirəyidir.

Bu peşəni çox sevirəm.
Sevdirən tələbələrdir.
Onların saflığı, sualları, daxili axtarışları, bəzən uşaqca inadları belə gözəldir.

Mən inanıram ki, tələbənin bir dostu da Müəllimi olmalıdır.
Həm fənn öyrədən, həm həyat danışan.
Həm nizam verən, həm gülən.
Həm iz qoyan, həm izlə gedən.

İnşallah biz bu “dostluq” missiyasını “o böyük günə qədər” qoruyub saxlaya bilərik. 🌹

Sizin “Ay Müəllim”

\
university

Xalqımızın “sevib-seçdiyi” tiktokerlər…Cəmiyyətdə bəzi şəxslərin p*s işlər, şit davranışlar, etikasızlıq və pafoslu çıxı...
31/05/2025

Xalqımızın “sevib-seçdiyi” tiktokerlər…

Cəmiyyətdə bəzi şəxslərin p*s işlər, şit davranışlar, etikasızlıq və pafoslu çıxışlarla tanınmağa çalışması, fərdi və ictimai səviyyədə daha dərin psixoloji, sosial və mədəni problemlərin əlamətidir.

Bu davranışlar nəyin əlamətidir?

1. Tanınmaq və qəbul olunmaq ehtiyacı (Tanınma aclığı)
Bəzən insanlar dəyərli, bacarıqlı və sevilən biri kimi tanınmaq üçün lazımi fürsət və imkanları tapa bilməyəndə, alternativ – daha “sürətli” yollar seçir.

2. Daxili boşluq və özünü təsdiq ehtiyacı
Bu cür insanlar çox vaxt özünü dəyərsiz hiss edir, amma bunu dilə gətirmir. Onun əvəzinə, diqqət çəkmək, pafoslu çıxışlar etmək və ya cəmiyyətin “etik normalarını pozmaqla” diqqəti üzərinə çəkməyə çalışır.

3. “Pis də olsa, danışılırsa deməli tanınır” düşüncəsi. Cəmiyyətdə əgər bilik, əxlaq və zəhmət deyil, görünüş, səs-küy və şou daha çox mükafatlandırılırsa, insanlar instinktiv olaraq ona yönəlirlər.

4. Sosial media və görünmək mədəniyyəti
Bugünkü dövrdə insanların bir çoxu üçün görünmək, “trend olmaq”, izlənmək mahiyyətin önünə keçir. Nəyi paylaşdığından çox, neçə nəfər baxdı daha önəmli olur.

Bu hal hansı problemləri yaradır?
- Gənc nəsil real nümunələrdən yox, süni “şou adamlardan” ilham alması;
- “Danışılsın deyə hər şey edilir” mədəniyyəti yayılır, bu zaman əxlaq, etika, və hörmət kimi anlayışlar silinməyə başlayır;
- “Zəhmətlə yox, pafosla tanınmaq olurmuş” düşüncəsi insanları ya passivləşdirir, ya da eyni oyunun bir hissəsi olmağa məcbur etməsi;

Belə…

25/05/2025

Bu il mənim üçün inanılmaz sürətli keçdi: üç universitetdə – Azərbaycan Universitetində, Bakı Avrasiya Universitetində və Azərbaycan Texniki Universitetində – altı müxtəlif fənni tədris etdim və eyni zamanda Bakı Avrasiya Universitetində Karyera və Təlim Mərkəzinin rəhbəri kimi fəaliyyət göstərdim✨

“1 dəqiqəlik mənim 1 günüm” adlı bir video hazırladım. Dərsdən danışmaq üçün yox, sadəcə bu gərgin, rəngarəng, dinamik günləri uğur kimi göstərmək üçün. Bəzən elə bil gün 24 yox, 34 saatdır – amma yenə də çatmır! Həm tələbələrlə dərs, həm layihə görüşləri, həm sənədləşmə, həm də gələcək planlamalar… Və bütün bu yüklərin içində mənim üçün ən böyük motivasiya tələbələrin “Ay müəllim, sizdən çox şey öyrəndiye” deməsidir.

Bu qədər yükün altında belə tələbələrin sevimlisi olmaq, onların həyatında iz buraxmaq mənim üçün uğurun ən gözəl tərifidir. Uğur bəzən bir təqdir sözüdür, bəzən tələbənin daha çox öyrənmək üçün sizə sualla yaxınlaşmasıdır, bəzən isə dərs bitəndən sonra otaqda qalıb “müəllim, sizcə mən filan şeyi necə edim?” sualıdır…

Bu il mənə çox şey öyrətdi. Həm özüm haqqında, həm işim, həm də yeni nəsil haqqında… Öyrəndim ki, gənclərlə işləmək yalnız bilik ötürmək deyil – bu, həm də ilham verməkdir. Yeri gələndə bir cümləlik tövsiyə, yeri gələndə bir zarafatlı cavab onların motivasiyasına çevrilə bilər. Bəzən bir dərsi izah etməkdən daha çətini – tələbəyə “bacararsan” deməkdir.

İşimin çox olduğunu bilirəm. Hər şeyə çatmaq olmur, bəzən öz vaxtından, istirahətindən, ailədən kəsirsən. Amma bu yolun gözəlliyi də elə budur: öyrətməkdən yorulmadıqca sən də inkişaf edirsən. Əslində, mən müəllimlikdən çox – öyrənməyi seçmişəm. Hər dərs, hər tələbə, hər sual mənim üçün yeni bir imkan oldu. Və bu il bir daha əmin oldum: insan sevdiyi işlə məşğuldursa, yorğunluq belə mənalı olur.

Bəzən zarafatla deyirəm: “Görəsən bu qədər işi necə çatdırıram?” Amma ürəyimdə bir cavab var – sevərək!

CV sənə iş gətirəcək yeganə sənəddir. Amma bu 3 səhv, çox adamın qarşısını alır.Əgər sən də bu səhvləri edirsənsə, düzəl...
03/05/2025

CV sənə iş gətirəcək yeganə sənəddir. Amma bu 3 səhv, çox adamın qarşısını alır.
Əgər sən də bu səhvləri edirsənsə, düzəltmək üçün ilk addımı at!

Mən CV-nin analizini edirəm, düzəliş təklifləri verirəm və səni müsahibəyə aparan CV-ni birlikdə hazırlayırıq.

Əgər sən də CV-ni peşəkar görmək istəyirsənsə, şərhə “CV” yaz və ya DM at!

“CV” yaz – sənə uyğun qiymət göndərim!

HASHTAGLAR:
̇şmüsahibəsi

Diplomdan daha vacib olan 6 xüsusiyyət – işdə uğuru gətirən keyfiyyətlər hansılardır?İş həyatında uğurlu olmaq üçün bəzə...
16/04/2025

Diplomdan daha vacib olan 6 xüsusiyyət – işdə uğuru gətirən keyfiyyətlər hansılardır?

İş həyatında uğurlu olmaq üçün bəzən nə oxuduğun deyil, necə bir insan olduğun daha önəmlidir.
Mənim 1:1 seanslarımda və illərlə apardığım müşahidələrdə gördüyüm budur:
Eyni sahədə eyni təhsili alan 2 nəfərdən biri iş tapır, digəri isə illərlə axtarır. Niyə?
Çünki uğur bəzən xarakterdə gizlənir.

Əgər bu xüsusiyyətlər səndə varsa, uğur bir addım daha yaxın ola bilər:

Məsuliyyət hissi – Tapşırılan işi vaxtında və düzgün etmək, sadəcə işə yox, etibara da vəsiqədir.
Özünü inkişaf etdirmək arzusu – “Mən bu işi bilirəm” demə, “daha yaxşı necə edə bilərəm?” de.
Əlaqə qurmaq bacarığı – Təkcə danışmaq deyil, dinləmək də bacarıqdır. Komanda işi burdan başlayır.
İradə və davamlılıq – Uğur, təkcə ağıllıların deyil, davamlı olanların qazandığı yoldur.
Çeviklik və uyğunlaşma – Hər şey planladığın kimi getməyə bilər. Amma sən dəyişə bilirsənsə, qalib sənsən.
Pozitiv baxış – Problemi yox, həll yolunu görən biri həmişə fərqlənir.

Əgər bunlardan 2-si belə səndə yoxdursa, bu sənin zəif olduğunu göstərmir — inkişaf etmək üçün siqnaldır!

Səndə bu xüsusiyyətlərdən hansılar var? Hansılarını inkişaf etdirmək istəyirsən?
Şərhdə bölüş və ya DM-lərə yaz – gəlin birlikdə sənin güclü tərəflərini tapaq!

Əvvəllər elə bilirdim ki, şəxsi brend yaratmaq üçün ya məşhur olmalısan, ya da böyük büdcən olmalıdır. Amma zaman keçdik...
06/04/2025

Əvvəllər elə bilirdim ki, şəxsi brend yaratmaq üçün ya məşhur olmalısan, ya da böyük büdcən olmalıdır.
Amma zaman keçdikcə başa düşdüm ki,
şəxsi brend — özünü düzgün təqdim etməkdir.

Heç də çətin deyil. Sadəcə addım-addım getmək kifayətdir:

- Nəyi bacardığını və nəyi sevdiyini müəyyən et.
- Sosial mediada “yaxşı görünmək” yox, “dəyər vermək” vacibdir.
- Biliklərini, fikirlərini, təcrübəni paylaş. Gözləmə ki, hər şey mükəmməl olsun.
- Profilini bir CV kimi deyil, bir hekayə kimi qur. İnsanlar sənə “baxıb” yox, “inanıb” gəlirlər.
- Davamlı ol! Bir postla brend yaranmır. Amma bir yol var: davam et, düzələcək!

Mən şəxsi brendimi qurduqca daha çox insana dəyər verdiyimi, onlara toxunduğumu və imkanlarımın necə artdığını gördüm.

Sən də bacararsan.

Şəxsi brend — sadəcə görünmək deyil, tanınmaq və güvən yaratmaqdır.

Şəxsi brendini qurmaq istəyirsənsə və haradan başlayacağını bilmirsənsə — kommentə “Brend” yaz, sənə uyğun planla kömək edim!

̇nkişafı

İndi bu 5 səhvdən qaçınmaq üçün özünüzə vaxt ayırın və karyera planlamanızı yenidən gözdən keçirin. Kiçik addımlar böyük...
05/04/2025

İndi bu 5 səhvdən qaçınmaq üçün özünüzə vaxt ayırın və karyera planlamanızı yenidən gözdən keçirin. Kiçik addımlar böyük dəyişikliklərə səbəb ola bilər!

Bu post sizə faydalı gəldisə, bəyənin, paylaşın və şərhlərdə öz təcrübələrinizi bizlə bölüşün. Əlavə məsləhətlər üçün bio-dakı linkə klikləyin!





̇nkişaf

̇şhəyatı


Həyatını dəyişəcək bir karyera planlama hiyləsi! 🎯💥 Düzünü deyim… Karyera planlaması deyəndə çox insanın gözü qorxur. Çü...
02/04/2025

Həyatını dəyişəcək bir karyera planlama hiyləsi! 🎯💥

Düzünü deyim… Karyera planlaması deyəndə çox insanın gözü qorxur. Çünki haradan başlayacağını bilmir, hansı addımı atsa düzgün olacağını anlamır. Amma sənə *həyatını dəyişə biləcək bir “hiylə” deyəcəyəm.

“Tərsinə Planlama Metodu”⏳💡

Əksər insanlar karyera yolunu aşağıdan yuxarıya planlaşdırır. Amma mən fərqli düşünürəm!

Mən belə edirəm, səndə belə et:

🔹 Ən böyük karyera məqsədini təsəvvür et!(Məsələn, 5 il sonra beynəlxalq şirkətdə marketinq direktoru olmaq)
🔹 Bu məqsədə çatmaq üçün hansı mərhələlərdən keçməlisən? (Məsələn, 3 il sonra menecer olmalı, 1 il sonra müəyyən sertifikat almalı, bu il isə müəyyən bacarıqları artırmalısan)
🔹 İlk kiçik addımı bu gün müəyyən et və dərhal başla!

Nəticədə, hər gün məqsədə bir addım daha yaxınlaşmış olacaqsan!

İnsanlar çox vaxt nə edəcəklərini bilmədiklərindən hərəkətsiz qalırlar. Amma sən tərsinə planlayaraq BİLƏRƏK addım atacaqsan!

🚀 İndi sənin növbən! 5 il sonra harada olmaq istəyirsən? Şərhlərdə yaz, birlikdə analiz edək!

̇nkişaf ̇nkişaf

💬 Tutqunuzu artıq tapmısınız? Hansı addım sizə daha çox kömək oldu? Şərhlərdə bölüşün! 👇👇👉 Daha çox belə faydalı məzmun ...
01/04/2025

💬 Tutqunuzu artıq tapmısınız? Hansı addım sizə daha çox kömək oldu? Şərhlərdə bölüşün! 👇👇

👉 Daha çox belə faydalı məzmun üçün postu bəyənin ❤️ və saxlayın 📌

📢 Karyera planlamasında çətinlik çəkirsinizsə, fərdi məsləhətləşmə üçün mənimlə əlaqə saxlayın! 💼

🔍 ̇şhəyatı

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Xalilov Natiq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Xalilov Natiq:

Shortcuts

Share

Category