DİA-MeDİA

DİA-MeDİA Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rəsmi facebook səhifəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası – Ümummilli liderimiz Heydər Əliyevin 3 yanvar 1999-cu il tarixli 60 saylı fərmanı ilə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun əsasında yaradılmışdır və Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunvericiliyinə və akademiyanın nizamnaməsinə müvafiq fəaliyyət göstərən ali peşəkar t

əhsil-tədris statuslu elm və təhsil müəssisəsidir. Akademiyanın fəaliyyəti dövlət qulluqçularının, onları əvəz etmək üçün ehtiyat kadrların hazırlanmasına, yenidən hazırlanmasına və ixtisaslarının artırılmasına dair dövlət sifarişi, habelə təhsil verilməsi haqqında dövlət hakimiyyəti orqanları ilə bağlanacaq müqavilələrin, elmi tədqiqatların və analitik-informasiya işlərinin aparılması barədə müqavilələrin əsasında həyata keçirilir. Akademiya dövlət idarəçiliyi və dövlət kadr siyasəti sahəsində elmi tədqiqatlar aparır və eyni zamanda dövlət idarəçiliyi məsələləri üzrə dövlət hakimiyyəti orqanlarının analitik-informasiya təminatını həyata keçirir. Akademiyada fəaliyyət göstərən fakültələr aşağıdakılardır:
1)İnzibati İdarəetmə;
2)Siyasi İdarəetmə;
3)Kadrların ixtisasartırması və yenidən ixtisaslaşması. Akademiyada bakalavr pilləsi üzrə tədris aşağıdakı ixtisaslar üzrə aparılır:
1)Siyasi İdarəetmə Fakültəsi üzrə:
Beynəlxalq münasibətlər;
Hüquqşünaslıq;
Politologiya.
2)İnzibati İdarəetmə Fakültəs üzrə:
Menecment;
Dövlət və bələdiyyə idarəetməsi;
Kompüter elmləri;
Ekologiya;
İqtisadiyyat;
Davamlı inkişafın idarə edilməsi.

Address

Lermontov Küç. 74
Baku
AZ1001

Opening Hours

Monday 08:00 - 20:00
Tuesday 08:00 - 20:00
Wednesday 08:00 - 20:00
Thursday 08:00 - 20:00
Friday 08:00 - 20:00
Saturday 08:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when DİA-MeDİA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to DİA-MeDİA:

Shortcuts

Share