16/04/2025
İllər nə sürətlə keçir , əziz dostlar və dəyərli izləyicilər.
8 il əvvəl yola çıxdığımız bu yolda bir neçə dost olaraq başlasaq da illər ərzində dostumuz, əzizimiz və ailəmiz olan insanlar oldu. Bu 8 ildə biz öyrətdiklərimizlə bərabər minlərlə yeni məlumatlar əldə etdik. Yeni insanlar, yeni ruhlar, fərqli beyinlər və ürəklər kəşf etdik. Bu 8 ildə biz sadəcə bir ofis 2 otaqla başladığımız məkanı, 16-18 ay ərzində 3 ofis 24 otağa çevirə bildik. Bu 8 il ərzində bizim7 fərqli ofisimiz fərqli xatirələrimiz və gözəl təcrübələrimiz oldu. Bu 8 ildə bizim ümumilikdə 2000-dən çox dərs alan tələbəmiz, 5000-dən çox imtahanlarımızla görüşünə getdiyimiz məktəbli və universitet tələbəsinin təhsilinə toxunduq. Bu 8 il ərzində biz 3000-dən çox məktəbli, kollec və universitet tələbəsinin intellektual marafona qoşmağı bacardıq, bu 8 ildə biz yüzlərlə məktəbliyə skaut təlimləri cəlb etdik. Bu 8 ildə 20-dən çox mövzuda ödənişsiz seminar və təlimlər keçdik. Bu 8 ildə biz 3 məktəbli yay kampı təşkil elədik. Bu 8 ildə biz 100-dən çox dəyərli müəllimlərlə işləmək imkanı tapdıq, onların təcrübə və bilikləri, tövsiyələri ilə daha gözəl böyüdük. Bu 8 ildə təcrübə üçün qarşımıza gələn necə gəncə iş imkanları yaratdıq. Bu 8 ildə biz neçə neçə ödənişsiz biznes klubları, conversation klublar keçirdik.
Bu 8 ildə biz hər kəsin zəhmətinə və biliyinə çalışdıq ədalətli şəkildə qiymət verək, inanırıq ki bu günki insanların xoş sözləri ədalətli və xoş davranmağımızın nəticəsində bizə qayıdır.
Biz çalışdıq bu 8 ildə hamının həyatına xoş bir toxunuş edək, inanın bəzi şeylərdən zirvədə imtina etmək asan deyil. Amma imtina edə biləcək qədər cəsur və ədalətli davrandıq.
Bu illər ərzində bizimlə bu yollarda irəliləyən, yükümüzə çiyin, dərdimizə şəriklik etmiş hər bir dosta, əməkdaşa, yanımızda səssiz belə durub inanan hər kəsə minnətdarlığımızı bildirirəm. Səhvlərimizi gözəl şəkildə izah edən, düzlərimizi alqışlayıb yayanlar da bizə böyük dəstəklərini vermişdir. Bütün Maximum Education əməkdaşı, müəllimi, tələbəsi olmuş, bizdən bir səmimiyyət görmüş bizi sevən yada salan bütün tələbələrimizi və dostlarımızı bağrımıza basırıq. Sizi Maximum sevirik
Hörmətlə
Rəşad Abbaszadə