Reverse Academy

Reverse Academy

Share

We are here with non-traditional teaching style! | Qeyri-standart öyrətmə üsulu ilə qarşınızdayıq!

23/08/2023

19/08/2023
14/08/2023

Django, FastAPI və ya Flask-ı proyekt üzərində işləyərək öyrən! Bakalavr və magistr tələbələrinə endirim mövcuddur.

12/08/2023

Qeyri-tradisional öyrətmə üsulu ilə qarşınızdayıq!

17/07/2023

Yeni xidmət ilə qarşınızdayıq! Artıq CV-lərinizi sahə mütəxəssisləri ilə bərabər gözdən keçirib, gücləndirə bilərsiniz! Müraciət etmək üçün və ya əlavə məlumat almaq üçün direktə yaza və ya komment bölməsinə "+" ata bilərsiniz.

Photos from Reverse Academy's post 29/04/2023

Artıq uğurumuz var!
Kanadada yaşayan tələbəmiz Emin Niftəliyev 22 Aprel tarixində baş tutan "Calgary Youth Science Fair"-də qızıl medal qazanmışdır! Eminin proyekti ümumi 750-yə yaxın proyekt arasından fərqlənmiş, öz kateqoriyası üzrə qızıl medala layiq görülmüşdür.

Proyekt haqqında:
Yaşlıların davamlı dərman qəbul etməli olduğu halda, unutmalarının qarşısını almaq üçün, Emin ağıllı dərman qutusu dizayn edib. Belə ki, dərman zamanı gəldikdə və qəbul edilmədikdə, işıq və səs işə düşərək dərman qəbul etməli olan şəxsə bir daha xatırlatma edir, üstəlik məsul şəxsə, SMS vasitəsilə bildiriş göndərilir.

Mentorlar:
Software: Miradil Zeynallı
Elektronika: Elşən Məmmədov

Emini bir daha ürəkdən təbrik edir, ona daha çox uğur arzulayırıq!

26/04/2023

Mentorlarımız kimlərdir? #4

Yusif Eynullabəyli

- Təhsil: Anadolu Universiteti - idarəetmə informasiya sistemləri
- Təcrübə: 3 il
- Hal-hazırda: Ferrum Capital QSC - Full-Stack Developer
- “Elektron Təhsil” Respublika müsabiqəsi üzrə 1ci yer
- Mentorluq etdiyi proqramlar: FrontEnd Development (React)

Daha ətraflı məlumat üçün:
LinkedIn: https://www.linkedin.com/in/eynullabeyli/

09/04/2023

Mentorlarımız kimlərdir? #3

Elşən Məmmədov

- Təhsil: Azərbaycan Texniki Universiteti - Radiotexnika və Telekommunikasiya
- Təcrübə: 7 il
- Hal-hazırda: Sumaks Technologies - Electronics Engineer və Code&More - Təlimçi
- TeknoFest: Aqrar texnologiyalar üzrə 2-ci yer
- Mentorluq etdiyi proqramlar: Eletronika və PCB dizayn

Daha ətraflı məlumat üçün:
LinkedIn: https://www.linkedin.com/in/elshanmammadov/

07/04/2023

Mentorlarımız kimlərdir? #2

Nərminə Ağayeva

- Təhsil: ADA Universiteti
- Baku Design Academy: UX/UI və Graphic Design proqramı, fərqlənmə
- Təcrübə: 3 il
- Hal-hazırda: Teqqed - Dutch digital agency-də Product Designer (remote)
- Figma Community Advocate (Figmanın Bakı üzrə nümayəndəsi)
- Awwwards platformasında Young Jury
- Mentorluq etdiyi proqramlar: UX/UI Design

Daha ətraflı məlumat üçün:
https://www.linkedin.com/in/nargayeva/
https://www.behance.net/nargayeva

01/04/2023

Mentorlarımız kimlərdir?

Miradil Zeynallı

- Təhsil: ADA Universiteti (2015-2019), Koç Universiteti (2017, Erasmus+ Exchange), Lund Universiteti (2022-, SI Scholarship)
- Təcrübə: 5 il (həm yerli həm xarici)
- Mentorluq etdiyi proqramlar: Backend/Full-stack Development (Django, FastAPI), Data Structures and Algorithms, Python/C/C++ basics, Embedded Software

Daha ətraflı məlumat üçün, LinkedIn hesabını izləyə bilərsiniz:
https://www.linkedin.com/in/miradil-zeynalli/

23/03/2023

Salamlar,
Bugündən etibarən səhifəmizə start verilir! Kurs haqqında ümumi suallara cavablar:

Reverse Academy nədir❓
Reverse Academy, başqa kurs və akademiyalardan fərqli olaraq, qeyri-standart öyrətmə üsulundan istifadə edir. Tələbə üçün mümkün qədər iş mühiti yaradılaraq, proyekt işləməyinə şərait yaradılır. Bütün prosess mentor nəzarəti altında olur.

Qeyri-standart deyildikdə nə nəzərdə tutulur ❔
Sizə mövzular tet-a-tet dərslər keçirilərək yox, əvvəlcədən böyük və çox-funksionallı proyekt verilərək, onu işləmənizlə öyrədilir. Proses boyu mentor sizi yönəldir, səhvlərinizi göstərir və real iş mühitinə hazırlayır.

Mentorlar kimlərdir?
Mentorlar sahələri üzrə yetəri qədər təcrübəsi olan professionallardır.

Kimlər iştirak edə bilər? Baza biliklərinə ehtiyac var?
İstənilən kəs, iştirak edə bilər. Baza biliyin olması arzuolunandır, amma vacib deyildir. Lazım olduqca, mentorlar öyrədici resurslar bölüşəcəklər.

Hansı sahələr üzrə proqramlar vardır?
Hal-hazırda 8 sahə vardır, və aylıq ödənişləri aşağıdakılardır (mötərizədəki qiymətlər bakalavr tələbəsi və son il məzunları üçün nəzərdə tutulub):

Full-Stack (Django/FastAPI/Java + React) - 120 (80)
Backend (Django/FastAPI/Java) - 100 (60)
Frontend (React) - 100 (60)
UX/UI Design - 100 (60)
Data Structures and Algorithms - 100 (60)
Python/C/C++/Java Basics - 100 (60)
Embedded Software - 150 (100)
Elektronika - 150 (100)

Necə qeydiyyatdan keçə bilərəm?
Aşağıdakı məlumatları [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
- Ad, soyad
- Vəzifə (və ya tələbə)
- Tələbəsinizsə, tələbə kartınızın şəkli
- LinkedIn hesabınız
- Başlamaq istədiyiniz sahə və tarix

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Online
Baku

Opening Hours

08:00 - 01:00