23/03/2023
Salamlar,
Bugündən etibarən səhifəmizə start verilir! Kurs haqqında ümumi suallara cavablar:
Reverse Academy nədir❓
Reverse Academy, başqa kurs və akademiyalardan fərqli olaraq, qeyri-standart öyrətmə üsulundan istifadə edir. Tələbə üçün mümkün qədər iş mühiti yaradılaraq, proyekt işləməyinə şərait yaradılır. Bütün prosess mentor nəzarəti altında olur.
Qeyri-standart deyildikdə nə nəzərdə tutulur ❔
Sizə mövzular tet-a-tet dərslər keçirilərək yox, əvvəlcədən böyük və çox-funksionallı proyekt verilərək, onu işləmənizlə öyrədilir. Proses boyu mentor sizi yönəldir, səhvlərinizi göstərir və real iş mühitinə hazırlayır.
Mentorlar kimlərdir?
Mentorlar sahələri üzrə yetəri qədər təcrübəsi olan professionallardır.
Kimlər iştirak edə bilər? Baza biliklərinə ehtiyac var?
İstənilən kəs, iştirak edə bilər. Baza biliyin olması arzuolunandır, amma vacib deyildir. Lazım olduqca, mentorlar öyrədici resurslar bölüşəcəklər.
Hansı sahələr üzrə proqramlar vardır?
Hal-hazırda 8 sahə vardır, və aylıq ödənişləri aşağıdakılardır (mötərizədəki qiymətlər bakalavr tələbəsi və son il məzunları üçün nəzərdə tutulub):
Full-Stack (Django/FastAPI/Java + React) - 120 (80)
Backend (Django/FastAPI/Java) - 100 (60)
Frontend (React) - 100 (60)
UX/UI Design - 100 (60)
Data Structures and Algorithms - 100 (60)
Python/C/C++/Java Basics - 100 (60)
Embedded Software - 150 (100)
Elektronika - 150 (100)
Necə qeydiyyatdan keçə bilərəm?
Aşağıdakı məlumatları [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
- Ad, soyad
- Vəzifə (və ya tələbə)
- Tələbəsinizsə, tələbə kartınızın şəkli
- LinkedIn hesabınız
- Başlamaq istədiyiniz sahə və tarix