Nako Educational Club - Yasamal filialı

Nako Educational Club - Yasamal filialı

Share

Təhsil, education

07/04/2023

Əgər, səndə Riyaziyyatım çox zəifdi , misallarda çətinlik çəkirəm , necə olacaq? deyə düşünürsənsə , boş ver düşünməyi gəl dərsimizə qoşul Riyaziyyatı birlikdə öyrənək!

24/03/2023

Hər şeydən əvvəl, uşaq dərs oxumaq istəmirsə, onu məcbur etməyin. Uşağınıza istəmədiyi bir şeyi yalnız qısa bir zaman üçün etdirə bilərsiniz. Ancaq yenidən eyni problemlə qarşılaşacaqsınız.
Digər yandan, eyni böyüklər kimi, uşaqlar da zorla etdiyi şeydən heç bir zövq almayacaq. Hətta bəlkə sonradan sevə biləcəyi bir şeyi əvvəldən zorla etdiyini hiss edərsə, o işdən soyuyub uzaqlaşması mümkündür. Onun üzərindəki dərs oxuma basqısını azaltmanız bu baxımdan əhəmiyyətlidir.
Övladınızla aranızda olan ünsiyyətə əhəmiyyət verin. Onunla danışmaqdan çəkinməyin. Uşağınızın gələcəyi üçün narahatlıq keçirməyiniz normal haldır. Amma o, bunu hələ kifayət qədər anlamayacaq. İndiki zamanda yaşamağın dadını çıxardan uşaqlar biz böyüklərin etməklə cavabdeh olduğu planlar qarşısında sıxılır. Bu vəziyyətdə ona narahatlığınızı çatdırmaq yerinə, irəlidə nələr etmək istədiyi ilə bağlı suallar verin.
Astronavt və ya həkim olmağa qərar veribsə, onun bu peşələr haqqında daha həvəsli olması üçün bəzi maraqlı məlumatlar toplayın. Beləcə, onu dərs oxumağın niyə əhəmiyyətli olmasına gizlicə həvəsləndirmiş olarsınız.
Hədəflərin onu daha çox cəzb etməsi üçün əvvəlcə kiçik addımlar atması ilə bağlı ona yol göstərin.
Kiçik-kiçik tamamlanan addımlar böyük və çatması çətin olan hədəflərə nisbətən daha maraqlı olur və müsbət nəticələr verir.
Bacardığını görən uşağın özünə olan güvəni inkişaf edir.
Uşaqlarınız çox dərs hazırlamaqdan yorularaq, “niyə dərs hazırlayıram?”, “Çalışdıqlarım heç bir işə yaramayacaq”, - deyə bilər. Bu zaman ona belə cavablar verməyin - qarşıda yaxşı bir universitetdə oxumaq, gözəl bir işə sahib olmaq üçün oxumalısan. Çünki yaxşı bir gələcək fikri hələ onun beyninə oturmayıb. Hazırda yaşadığı hal ona xoş gəlir və hələ sahib olmadığı gələcək üçün niyə əziyyət çəkim deyə soruşa bilər.
Uşağınızı dərs oxumağa təşviq edərkən ona mehriban şəkildə qayğı göstərin. “Gəl, dərsini oxu”, “tez dərslərini hazırla” kimi əmr cümlələrindən istifadə etməyin.
Əgər uşaqlarınızda dərs oxumağa meyl yaratmaq istəyirsinizsə, əvvəlcə onlarla bilik yarışları, əzbər yarışı, yüksək səslə oxuma kimi oyunlar tərtib edin.

10/03/2023

Решая математические задачи, ребенок учится обобщать и выделять важное; анализировать и систематизировать; находить закономерности; рассуждать и делать выводы; мыслить логически, стратегически и абстрактно.

01/03/2023

“Keyfiyyətli təhsil əl çatan olmalıdır” prinsipini rəhbər tutaraq
NAKO EDU CLUB I-IV SİNİF İBTİDAİ SİNİF şagirdlərini mərkəzimizə dəvət edir.
✔️Azərbaycan-dili
✔️Riyaziyyat
✔️Məntiq
✔️Rus dili
✔️İngilis dili
✔️İnformatika
✔️Həyat bilgisi

Qeyd olunan fənləri tək-tək olaraq seçim mümkün,eyni zamanda mərkəzimizin təqdim etdiyi dərs paketlərinə uyğun seçim də edə bilərsiniz.Dərslər fərdi və ya qrup şəklində tədris olunur.
Hər bir şagirdi nəzərə alaraqdan ,sizlərə uyğun dərs cədvəlləri və fənn seçimləri mümkündür.

Keyfiyyətli təhsilin doğru ünvanı -NAKO EDU CLUB 🏫




28/02/2023

Bahar bayramınızı təbrik edirəm. Qədəmləri uğurlu, könül oxşayacaq sevincli günləri bol olsun. Od çərşənbəniz mübarək olsun!

27/02/2023

Rəsm dərsləri aşağıdakı qruplar üzrə aparılır🎨🎨🎨
✔️Uşaqlar üçün "İntellektual rəsm dərsləri" – 5 yaşından yuxarı balaca dostlarımız üçün onların mövcud rəsm bacarıqlarının artırılması, dünyagörüşlərinin dərinləşməsi, vizual yaddaşın, mücərrəd və məntiqi təfəkkürün formalaşması üçün keçirilən dərslərdə uşaqlara təkcə rəsm çəkməyi deyil, həm də öz fikirlərini rəsmlə ifadə etməyi öyrədəcəyik.
✔️ Akademik dərslər-Rəssamlıq, heykəltəraşlıq, dizayn və bu kimi digər sahələr üzrə hazırlaşan abituriyentlərə qabiliyyət imtahanlarını asanlıqla keçmək üçün təklif olunan dərslərdi.Xüsusi proqram üzrə qabiliyyət imtahanlarının strukturuna uyğun şəkildə təşkil olunan bu kurslar professional müəllim tərəfindən tədris olunur.
✔️ Həvəskar dərslər- Vaxtını səmərəli, təsviri incəsənətdən həzz alaraq keçirmək istəyən, yaxud bu sahəyə xobbi kimi yanaşan şəxslər üçün əvəzsiz bir dərslər keçiriləcəkdir.

26/02/2023

Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.

Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş və fevralın 26-ı səhər saat 5 radələrində şəhər tam alova bürünmüşdür. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı azərbaycanlılar məskunlaşmış Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olmuşdur.

Ancaq bu niyyət baş tutmadı. Şəhəri yerlə yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbiçiləri dinc əhaliyə divan tutdular.

25/02/2023

Dostlar, bilirik ki, hər biriniz ingilis dilini öyrənmək istəyirsiniz... Bizim dərslərə qoşulmaqla Sizlər bu dili tək öyrənmək deyil, həm də bu dildə düşünəcəksiniz👍

24/02/2023

Riyaziyyat elmini mükəmməl öyrənmək insan beynini nizama salar,zəkanı işıqlandırar və ağlı doğru yola itələyər.📚📐

̇ngilisdili

09/02/2023

MƏKTƏBLİLƏRİN DƏRS HAZIRLIĞI
Dərslərimizin məşğələ və tapşırıqları kuriklumda müəyyən edilmiş fəaliyyət standartlarının tətbiqini əhatə edir. Bu fəaliyyət standartları problem həlli, mühakiməyürütmə, isbatetmə, əlaqələndirmə, təqdimetmə və ünsiyyətqurma fəaliyyətləridir.



17/01/2023

Riyaziyyat və məntiqi mükəmməl öyrənmək istəyənlər buyurub müraciət edə bilərlər💥
👩🏻‍🏫Bilirik ki, Riyaziyyatı dərk etmək çətindir...
Amma məhz bizim müəllimlərin səyi nəticəsində düzgün plan və göstərişlə irəliliyə biləcəyiniz heç bir şey çətin və qorxulu deyil.👍💪🏻



̇ngilis

10/01/2023

Tətbiq , tətbiq, tətbiq! Özünüzü müəllimin verdiyi çalışmalarla məhdudlaşdırmayın. Nə qədər çox çalışma həll etsəniz, bir o qədər problemlə və fərqli həll üsulları ilə qarşılaşacaqsınız. Riyaziyyatı daha yaxşı öyrənmək üçün çox çalışmalı və tətbiq etməlisiniz. Necə ki, bir çox uğurlu müəllim, həkim, mühəndis praktika ilə öz ixtisaslarını inkişaf etdirirlər.

̇ngilisdili

Want your school to be the top-listed School/college in Baku?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Mirəli Seyidov 26
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 17:00