Azərbaycan Universiteti Siyasi elmlər kafedrası

Azərbaycan Universiteti Siyasi elmlər kafedrası Azərbaycan Universiteti "Siyasi və ictimai elmlər" kafedrasının rəsmi səhifəsi

Bu gün görkəmli şairimiz, ictimai xadim, filosof Mirzə Ələkbər Sabirin nəvəsi dosent Sevda Tahirli və Azərbaycan Respubl...
13/10/2024

Bu gün görkəmli şairimiz, ictimai xadim, filosof Mirzə Ələkbər Sabirin nəvəsi dosent Sevda Tahirli və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin aparıcı mütəxəssisi Günel Hacıyeva Universitetimizin qonağı oldular. Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə keçirilən “Mirzə Ələkbər Sabir irsi və Azərbaycan ədəbi dilinin təbliği” adlı tədbirimiz olduqca maraqlı və gənclər üçün faydalı alındı.

Azərbaycan Universiteti Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbəmiz Milanə Salmanova "Azərbaycan Re...
10/10/2024

Azərbaycan Universiteti Dövlət və ictimai münasibətlər ixtisasında təhsil alan tələbəmiz Milanə Salmanova "Azərbaycan Respublikası Məhkəmələrində Könüllülük" proqramı üzrə Step I mərhələsini Xətai rayon məhkəməsində II dərəcə (80 bal) ilə başa çatdırdığına görə Xətai rayon məhkəməsinin sədri Rəşid Rzayev tərəfindən təltif olunmuşdur. Tələbəmizlə qürur duyur və təbrik edirik.

Siyasi və ictimai elmlər kafedrasının müəllimləri 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlərdə çıxış ediblər.
14/06/2024

Siyasi və ictimai elmlər kafedrasının müəllimləri 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlərdə çıxış ediblər.

Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müəllimi t.ü.f.d. Abbas Qurbanov Batumi şəhərində Gürcüsta...
07/03/2024

Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müəllimi t.ü.f.d. Abbas Qurbanov Batumi şəhərində Gürcüstan dövlətinin və Müftülüyünün birgə təşkilatçılığı ilə keçirilən "Müasir dünyada Din: perespektivlər, problemlər və Ramazan" mövzulu beynəlxalq konfrans iştirak etmişdir. Konfransda A.Qurbanov "İctimai birliyin təminatçısı kimi Din və Ramazan" mövzulu məruzəsi ilə çıxış etmişdir.

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirimizdən.
26/02/2024

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbirimizdən.

Azərbaycan Universitetində Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə Dövlət Himni səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə qeyd olunub ki, Azərbaycan dövləti və xalqı mü...

Azərbaycan Universitetinin Tərcümə və filologiya, Siyasi və ictimai elmlər kafedraları və Gürcüstanın Akaki Tsereteli Dö...
13/02/2024

Azərbaycan Universitetinin Tərcümə və filologiya, Siyasi və ictimai elmlər kafedraları və Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin professor-müəllim heyətinin iştirakı ilə “Qafqazda multikulturalizm” mövzusunda seminar keçirildi. Hibrid formatda təşkil olunan seminarın açılışında Azərbaycanda bütün xalqların və dinlərin nümayəndələrinin sülh şəraitində mehriban yaşadıqları vurğulanıb, multikulturalizm və tolerantlığın dövlət siyasətinin tərkib hissəsi olduğu qeyd olunub. Bildirilib ki, bu gün dünyanın müxtəlif yerlərində siyasi, dini və etnik zəmində toqquşma və müharibələr davam edir, üstəlik yeni qeyri-sabitlik və münaqişə ocaqları yaranır. Sülhün alternativi yoxdur. Ona görə də bütün dünya dövlətləri sülhün təmin olunması üçün səylərini səfərbər etməlidir.

Seminarda Azərbaycan Universitetinin professoru, filologiya elmləri doktoru Asif Hacıyevin “Tarixi coğrafiya və Azərbaycan multikulturalizmi”, Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin nümayəndələri - filologiya elmləri doktoru, professor İrine Çaçanidze və filologiya üzrə fəlsəfə doktoru Tamar Quçuanın “Bakının gürcü diasporunda dil və mədəniyyət məsələləri” (XX əsrin birinci yarısının gürcü mühacir mətbuatına görə), Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinskinin “Azərbaycanın müasir siyasətində multikulturalizm konsepsiyasının əhəmiyyəti”, kafedranın müəllimləri – tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanovun “Milli kimliyin formalaşmasında ailənin rolu”, fəlsəfə üzrə fəlsəfə doktoru Rauf Səmədovun “Azərbaycan dini tolerantlığın təkrarolunmaz nümunəsi kimi”, Afiq Nadirovun “Dini müxtəliflik çoxmədəniyyətliliyin tərkib hissəsi kimi: Azərbaycanda dini müxtəlifliyin tarixi inkişaf prosesi”, Asif Bayramovun “Qafqaz xalqları və mədəni birliyin multikultural əsasları” mövzusunda məruzələri dinlənilib.

https://www.au.edu.az/az/news/qafqazda_multikulturalizm_movzusunda_beynelxalq_seminar_kecirilib

Görkəmli ictimai-siyasi xadim, AXC banilərindən biri, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin anadan olmasının...
03/02/2024

Görkəmli ictimai-siyasi xadim, AXC banilərindən biri, Azərbaycan Milli Şurasının sədri M.Ə.Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edilmiş “M.Ə.Rəsulzadənin şəxsiyyəti və fəlsəfi-siyasi görüşləri" mövzusunda elmi seminarımız.

Azərbaycan Universitetində Siyasi və ictimai elmlər kafedrasının təşkilatçılığı ilə görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illiyinə həsr edi...

Əziz tədqiqatçılar! 3 may 2024-cü ildə Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə "Cənu...
27/01/2024

Əziz tədqiqatçılar! 3 may 2024-cü ildə Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının təşəbbüsü ilə "Cənubi Qafqaz müasir qlobal çağırışlar kontekstində" Beynəlxalq elmi konfrans keçiriləcəkdir. Tezislərinizi [email protected] elektron ünvanına göndərə bilərsiniz.

Dünyada və onun tərkib hissəsi kimi Qafqazda gedən proseslər, davam edən və bitmiş münaqişələr, yeni geopolitik situasiyalar bu bölgəni dünya güclərinin maraq dairələrinin kəsişmə nöqtəsinə çevirmişdir. Bunu nəzərə alaraq konfransda Cənubi Qafqazdakı ictimai, siyasi, hərbi, ekoloji, loqistika ilə bağlı baxışların regional və beynəlxalq prizmadan araşdırılması üçün platformaların təklif edilməsi nəzərdə tutulur.



Azərbaycan Universitetində 15 mart 2024-cü ildə Gənc tədqiqatçıların VII respublika elmi konfransı keçiriləcəkdir. Gənc ...
17/01/2024

Azərbaycan Universitetində 15 mart 2024-cü ildə Gənc tədqiqatçıların VII respublika elmi konfransı keçiriləcəkdir. Gənc tədqiqatçıların VII respublika elmi konfransının keçirilməsində məqsəd Azərbaycanın müxtəlif universitetlərində, müxtəlif pillələrdə təhsil alan gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma təklif etməkdir.
Konfransda iştirak etmək istəyənlər 16 fevral 2024-cü ilədək tezislərini aşağıdakı poçt ünvanına göndərə bilərlər:
[email protected]

Azərbaycanda özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə fəaliyyətə başlayıb.

Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müəllimi Aliyə Hacıyeva Bakı Dövlət Universitetində keçiri...
21/12/2023

Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrasının müəllimi Aliyə Hacıyeva Bakı Dövlət Universitetində keçirilən "Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər,
Müasir reallıqlar və gələcəyə baxış"
mövzusunda I beynəlxalq elmi konfransda "Böyük qayıdışda Zəngəzur dəhlizinin bərpasının əhəmiyyəti" məruzəsi ilə çıxış edib.

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Afiq Nadirov “Multikulturalizmə giriş” fənnini...
21/12/2023

Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrasının müəllimi Afiq Nadirov “Multikulturalizmə giriş” fənnini tədris edən müəllimlər üçün təşkil olunan təlimlərdə iştirak edib. Təlimi uğurla başa vuran kafedramızın müəllimi Afiq Nadiov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov tərəfindən sertifikatla təltif olunub.

Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrası "Diplomatik Masa" simulyasiya layihəsini davam etdirir. Beşin...
13/12/2023

Azərbaycan Universiteti Siyasi və ictimai elmlər kafedrası "Diplomatik Masa" simulyasiya layihəsini davam etdirir. Beşinci "Diplomatik Masa"nın iştirakçıları son dövrlərdə artan siyasi gərginliyi ilə gündəmdə olan Azərbaycan-ABŞ münasibətləri ətrafında aşağıdakı mövzular üzrə müzakirələr aparacaqlar:
1. Azərbaycan - ABŞ münasibətlərinə tarixi baxış: ziddiyyətlər və imkanlar (1991-2020)
2. Azərbaycan - ABŞ münasibətlərinin gərginləşməsinin səbəbləri və gələcək perspektivlər.
Tələbələrimizə uğurlar arzulayırıq.


Address

Bakı şəhəri, Nəsimi Rayonu, Ceyhun Hacıbəyli, 71
Baku
AZ1007

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 17:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+994124314112

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Universiteti Siyasi elmlər kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Universiteti Siyasi elmlər kafedrası:

Shortcuts

Share