Azərbaycan Texniki Universiteti

Azərbaycan Texniki Universiteti AzTU - Azərbaycan Texniki Universiteti

🏆14–16 avqust 2026-cı il tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Fes...
20/08/2026

🏆14–16 avqust 2026-cı il tarixlərində ABŞ-nin Kaliforniya ştatında keçirilən “Silicon Valley International Invention Festival – ” beynəlxalq innovasiya müsabiqəsində Azərbaycan nümayəndə heyəti yüksək nəticə əldə edib.
🌐 Dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq ixtiraçının qatıldığı festivalda Azərbaycanı təmsil edən 8 layihənin hər biri mükafata layiq görülüb.
🏅Komanda festivalı 3 qızıl, 3 gümüş və 2 bürünc medalla başa vurub, eyni zamanda festivalın xüsusi mükafatlarından biri olan “Semi-Grand Prix” mükafatını qazanıb.
✨Nümayəndə heyətinin tərkibində SABAH məzunu, hazırda isə AzTU-da təhsilini davam etdirən Səfərəli Səfərli və AzTU tələbəsi Anar Məmmədov da yer alıb.

🎓 Əziz abituriyent!Gələcəyin texnologiyalarını öyrənmək, mürəkkəb sistemlərin yaradılması və idarə olunmasında iştirak e...
19/08/2026

🎓 Əziz abituriyent!

Gələcəyin texnologiyalarını öyrənmək, mürəkkəb sistemlərin yaradılması və idarə olunmasında iştirak etmək istəyirsənsə, sistemlər mühəndisliyi ixtisası sənin üçün doğru seçimdir!

Bu ixtisasda sən:

⚙️ Mürəkkəb texniki sistemlərin layihələndirilməsi və sistem arxitekturasını öyrənəcəksən;

📋 Sistem tələblərinin müəyyənləşdirilməsi və idarə olunması üzrə biliklər əldə edəcəksən;

💻 Modelləşdirmə, simulyasiya və Rəqəmsal Əkiz (Digital Twin) texnologiyaları ilə tanış olacaqsan;

🔗 Mexaniki, elektron və proqram təminatı alt sistemlərinin inteqrasiyasını öyrənəcəksən;

🧪 Sistemlərin sınağı, verifikasiyası və validasiyası, eləcə də onların həyat dövrünün idarə edilməsi üzrə bacarıqlar qazanacaqsan.

ℹ️ Bu ixtisasa tələbə qəbulu Müdafiə Sənayesi Nazirliyi ilə birgə aparılır.

📍Mühəndisliyin ünvanında görüşənədək!

🧠 Gələcəyin texnologiyalarını kimlər öyrədəcək?🎓 AZSET-in akademik heyətinə daxil olan Stefan Wagner Münhen Texniki Univ...
18/08/2026

🧠 Gələcəyin texnologiyalarını kimlər öyrədəcək?
🎓 AZSET-in akademik heyətinə daxil olan Stefan Wagner Münhen Texniki Universitetinin (TUM) professorudur. O, proqram təminatının keyfiyyəti və süni intellekt əsaslı proqram mühəndisliyi üzrə tanınmış tədqiqatçıdır.
💻 130-dan çox elmi nəşrin müəllifi olan Stefan Wagner tələbələrə kompüter elmlərinə və proqramlaşdırmaya giriş (Intro to CS & Programming), proqramlaşdırmanın əsasları üzrə laboratoriya işi (Foundations of Programming Lab) istiqamətlərini tədris edəcək və kursun təşkilinə məsul olacaq.

🧠 Gələcəyin texnologiyalarını kimlər öyrədəcək?

🎓 AZSET-in akademik heyətinə daxil olan Stefan Wagner Münhen Texniki Universitetinin (TUM) professorudur. O, proqram təminatının keyfiyyəti və süni intellekt əsaslı proqram mühəndisliyi üzrə tanınmış tədqiqatçıdır.

💻 130-dan çox elmi nəşrin müəllifi olan Stefan Wagner tələbələrə kompüter elmlərinə və proqramlaşdırmaya giriş (Intro to CS & Programming), proqramlaşdırmanın əsasları üzrə laboratoriya işi (Foundations of Programming Lab) istiqamətlərini tədris edəcək və kursun təşkilinə məsul olacaq.

🔗 Ətraflı məlumat: https://www.cs.cit.tum.de/en/se/people/stefan-wagner/

🎓 Əziz abituriyent!🛰️ Aerokosmik mühəndislik — aviasiya ✈️, kosmik texnologiyalar 🚀, pilotsuz uçuş aparatları 🤖 və yüksə...
18/08/2026

🎓 Əziz abituriyent!

🛰️ Aerokosmik mühəndislik — aviasiya ✈️, kosmik texnologiyalar 🚀, pilotsuz uçuş aparatları 🤖 və yüksək texnologiyaların 💻 kəsişdiyi gələcəyin ixtisasıdır.

📚 Bu ixtisasda sən:
✈️ Aerokosmik sistemləri öyrənəcək;
🛰️ Peyk və kosmik texnologiyalarla tanış olacaq;
🤖 Müasir uçuş sistemləri üzərində işləyəcək;
💡 İnnovativ layihələr hazırlayacaq;
🌍 Geniş karyera imkanları əldə edəcəksən.


ℹ️Bu ixtisasa tələbə qəbulu Müdafiə Sənayesi Nazirliyi ilə birgə aparılır.

✅ Gələcəyini bu gündən formalaşdır, doğru seçim et!

📍Mühəndisliyin ünvanında görüşənədək!

🎓 Əziz abituriyent! Müasir müdafiə texnologiyalarına marağın varsa, silah sistemləri mühəndisliyi ixtisası sənin üçün do...
14/08/2026

🎓 Əziz abituriyent!
Müasir müdafiə texnologiyalarına marağın varsa, silah sistemləri mühəndisliyi ixtisası sənin üçün doğru seçimdir!

Bu ixtisasda sən:
⚙️ Silah sistemlərinin quruluşu və iş prinsiplərini öyrənəcək;
🤖 Avtomatlaşdırma və idarəetmə sistemləri üzrə biliklər qazanacaq;
📐 Mühəndislik və layihələndirmə bacarıqlarını inkişaf etdirəcək;
🚀 İnnovativ texnologiyaların tətbiqi üzrə praktiki biliklər əldə edəcək;
🏭 Ölkənin müdafiə sənayesinin inkişafına töhfə verəcək peşəkar bacarıqlara yiyələnəcəksən.

🤝 Bu ixtisasa tələbə qəbulu Müdafiə Sənayesi Nazirliyi ilə birgə həyata keçirilir.

📌 Qeyd: Bu ixtisası bitirən məzunlar sənayenin müxtəlif istiqamətləri üzrə karyera qura və qazandıqları bilik və bacarıqları fərqli sahələrdə tətbiq edə bilərlər.

📍 Mühəndisliyin ünvanında görüşənədək!

Address

Hüseyn Cavid Prospekti 25
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125383383

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Texniki Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Texniki Universiteti:

Shortcuts

Share