23/08/2026
Resource HUB-un göndərici təşkilat qismində iştirak etdiyi Avropa Həmrəylik Korpusu (ESC) layihəsi çərçivəsində Həcər Bayramova, 20 may 2026-cı il tarixindən etibarən Almaniyanın Lauenburg/Elbe şəhərində yerləşən Gənclər Mərkəzində könüllülük fəaliyyətini davam etdirir. 🇩🇪
Könüllülük fəaliyyəti çərçivəsində Həcər müxtəlif tədbir və fəaliyyətlərin təşkilinə dəstək olur, gənclərlə birlikdə həyata keçirilən təşəbbüslərdə iştirak edir və qarşılıqlı əlaqələr qurur. 🤝
Almaniyada keçirdiyi bu müddət ərzində o, Alman dilini öyrənir, yerli mədəniyyətlə daha yaxından tanış olur və gündəlik həyatın gətirdiyi yeni təcrübələri kəşf edir. 🌍
Həcər: “Bu layihə mənim üçün həm şəxsi, həm də peşəkar inkişaf baxımından çox dəyərli bir təcrübədir. Yeni bir mühitdə yaşamaq, fərqli insanlarla tanış olmaq və gördüyüm işlərlə icmaya töhfə vermək mənə hər gün yeni şeylər öyrədir. Bu fürsətin bir parçası olmağımda dəstək olan hər kəsə təşəkkür edirəm.” ✨
ENG
As the sending organisation, Resource HUB is supporting Həcər Bayramova through the European Solidarity Corps (ESC) project, under which she has been volunteering at the Youth Centre in Lauenburg/Elbe, Germany, since 20 May 2026. 🇩🇪
As part of her volunteering experience, Həcər supports the organisation of various events and activities, takes part in initiatives carried out together with young people, and engages with the local community. 🤝
During her time in Germany, she is also learning German, getting to know the local culture more closely, and discovering new experiences through everyday life. 🌍
Hajar: “This project has been a very valuable experience for me, both personally and professionally. Living in a new environment, meeting people from different backgrounds, and contributing to the community through my work teach me something new every day. I am grateful to everyone who has supported me in becoming part of this opportunity.” ✨