Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi Mərkəz ölkənin kibertəhlükəsizlik imkanlarını gücləndirmək məqsədilə yaradılmışdır

Ali Məhkəmədə “CyberCollab” çərçivəsində silsilə kibergigiyena təlimləri baş tutdu! ⚖️💻Mərkəzimiz tərəfindən keçirilən t...
11/08/2026

Ali Məhkəmədə “CyberCollab” çərçivəsində silsilə kibergigiyena təlimləri baş tutdu! ⚖️💻

Mərkəzimiz tərəfindən keçirilən təlimlərə Ali Məhkəmənin 300-ə yaxın əməkdaşı cəlb olunub.

Əməkdaşların fəaliyyət istiqamətlərinə xüsusi uyğunlaşdırılmış proqram rəqəmsal mühitdə təhlükəsizlik vərdişlərini artırmaqla yanaşı, 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişaf Tədbirlər Planının icrasına mühüm töhfə verir.

Rəqəmsallaşan dövlət qurumlarımızda kiber-müqaviməti birgə gücləndiririk!

CyberSecurity

İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin təcrübəçiləri Mərkəzimizin qonağı olublar. Görüş zamanı iştirakçı...
10/08/2026

İnformasiya-Kommunikasiya Texnologiyaları Agentliyinin təcrübəçiləri Mərkəzimizin qonağı olublar.

Görüş zamanı iştirakçılar Mərkəzimizin praktiki laboratoriyaları ilə tanış olub, kibertəhlükəsizlikdə karyera imkanları və beynəlxalq sertifikasiya mövzularını müzakirə ediblər. Səfər çərçivəsində təcrübəçilərə kibermaarifləndirmə təlimi də keçirilib.

Gələcəyin rəqəmsal təhlükəsizlik mütəxəssislərini dəstəkləməyə davam edirik!🚀

04/08/2026

Mərkəzimizdə 8-ci dalğa tələbələri arasında "Icebreaker" hakatonu baş tutdu!

Əməkdaşımız Fərzəli Vəliyev yarışın əsas məqsədi və gedişatı haqqında ətraflı məlumatı bizimlə bölüşdü.

Tələbələrimiz Overwatch (RPG CTF) çərçivəsində SOC analitiki və Threat Hunter rollarını icra etdilər, GeOSINT ilə geolokasiya kəşfiyyatı apardılar, CyberClash və bina içi "Scavenger Hunt" ilə hibrid formatda yarışdılar. Sonda isə hər bir tələbə öz fərdi bacarıq hesabatını (Skill map) əldə etdi! 🚀💻

🤖 Süni intellektin inkişafı ilə yanaşı, onun təhlükəsizliyi də qlobal texnologiya gündəliyinin əsas mövzularından birinə...
31/07/2026

🤖 Süni intellektin inkişafı ilə yanaşı, onun təhlükəsizliyi də qlobal texnologiya gündəliyinin əsas mövzularından birinə çevrilir.

🤝 Mərkəzimizin Snyk ilə əməkdaşlığı çərçivəsində ölkədə ilk dəfə yaradılan AI Security Community Baku bu sahədə bilik mübadiləsini və peşəkar əməkdaşlığı təşviq etməyə davam edir.

💻 İcmanın ikinci görüşü vebinar formatında keçirilib. Tədbirdə CompTIA-nın Chief Technology Evangelist-i Dr. James Stanger "Securing the AI Frontier with SecAI" mövzusunda çıxış edib, Practical DevSecOps-un təsisçisi Mohammed A. Imran isə böyük dil modellərinin (LLM) tətbiqində yaranan təhlükəsizlik riskləri və onların idarə olunması ilə bağlı təqdimatla çıxış edib.

Vebinarda:
🔹 150-dən çox peşəkar canlı iştirak edib;
🔹 1 saat 45 dəqiqə davam edən sessiyada iştirakçıların böyük hissəsi sona qədər aktiv qalıb;
🔹 Maliyyə, energetika, dövlət və akademik sektoru təmsil edən 20-dən çox təşkilat tədbirə qoşulub;
🔹 9 universitetdən, eləcə də Böyük Britaniya və Polşadan qoşulan azərbaycanlı iştirakçılar müzakirələrdə iştirak ediblər;
🔹 İştirakçılar arasında ümumi dəyəri təxminən 4 000 dollar olan sertifikasiya imtahanı vauçerləri təqdim edilib.

🔄 “AI Security Community Baku” süni intellekt təhlükəsizliyi sahəsində peşəkarları bir araya gətirən, bilik və təcrübə mübadiləsini təşviq edən açıq platforma kimi fəaliyyətini davam etdirəcək.

🛡️ Kibertəhlükəsizlik sahəsində bilik paylaşımı güclü ekosistemin formalaşmasının əsas şərtlərindən biridir.🖥️ Bu məqsəd...
31/07/2026

🛡️ Kibertəhlükəsizlik sahəsində bilik paylaşımı güclü ekosistemin formalaşmasının əsas şərtlərindən biridir.

🖥️ Bu məqsədlə Mərkəzimiz "AKM Insights" nəşri ilə Medium platformasında fəaliyyət göstərir:

medium.com/akm-insights

📇 Burada sahədə çalışan ekspertlərin və sənaye mütəxəssislərinin dərin texniki və araşdırma yazıları, məsələn DevSecOps, bulud təhlükəsizliyi, threat intelligence, zərərli proqram analizi, OSINT dərc olunur. Paralel olaraq mentorlarımız və məzunlarımız CTF writeup-ları, sertifikat təcrübələri və öyrənmə səyahətlərini paylaşırlar. Hər yazı redaksiya baxışından keçərək dərc olunur. Məqsədimiz bilik paylaşımını təşviq etmək, yerli mütəxəssislərin beynəlxalq görünürlüyünü artırmaq və kibertəhlükəsizlik icmasının inkişafına töhfə verməkdir.

✔️ Araşdır. Oxu. Paylaş.

Çünki bilik paylaşdıqca dəyər qazanır.

30/07/2026

✌️ Uğurun arxasında hər zaman əzm, davamlı inkişaf və doğru istiqamət dayanır.

🛡️ Bu gün Mərkəzimizin məzunlarının 90%-i dövlət qurumlarında və özəl sektorda fəaliyyət göstərərək ölkənin kibertəhlükəsizlik üzrə kadr potensialının güclənməsinə töhfə verir.

🎦 Bu videoda məzunlar Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin onlara qatdığı dəyər və karyera uğurlarını bölüşür.

🫵 Hər uğur hekayəsi yeni bir başlanğıcın mümkün olduğunu göstərir. Növbəti uğur hekayəsi bəlkə də sizin olacaq.

28/07/2026

🏆 Cyber Challenge çərçivəsində təşkil olunan CTF yarışı uğurla başa çatıb.

🌐 Yarışın əsas məqsədi Azərbaycanın "WorldSkills Shanghai 2026" beynəlxalq çempionatında kibertəhlükəsizlik istiqaməti üzrə ölkəmizi təmsil edəcək iki nəfərlik komandanın müəyyənləşdirilməsi olub.

🏅 İştirakçılar nəzəri bilik və praktiki bacarıqlarını 15-dən çox kibertəhlükəsizlik tapşırığı üzərində sınayaraq real ssenarilər əsasında yarışıblar.

CTF tapşırıqları aşağıdakı istiqamətləri əhatə edib:
🔹 Veb təhlükəsizliyi
🔹 Rəqəmsal ekspertiza (Forensics)
🔹 Şəbəkə təhlükəsizliyi
🔹 Binar faylların istismarı (Binary Exploitation)
🔹 Tərs mühəndislik (Reverse Engineering)
🔹 Kriptoqrafiya
🔹 Steqanoqrafiya

🚀 Belə təşəbbüslər gənc kibertəhlükəsizlik mütəxəssislərinin bacarıqlarının inkişafına, beynəlxalq yarışlara hazırlığına və ölkəmizin bu sahədə təmsilçilik potensialının gücləndirilməsinə töhfə verir.

24/07/2026

🎓 Mərkəzimizin 7-ci "Məzun Günü" baş tutdu.

🎤 Tədbirin açılışında Agentliyimizin İdarə Heyətinin sədri Fərid Osmanov, İsrailin "Technion" Texnologiya İnstitutunun Davamlı Təhsil Mərkəzinin direktoru Moti Yeger və "PAŞA Holding"in innovasiyalar üzrə direktoru Tuğra Musayeva çıxış edərək kibertəhlükəsizlik sahəsində insan kapitalının inkişafının strateji əhəmiyyətindən və beynəlxalq əməkdaşlığın rolundan bəhs etdilər.

🧑‍🎓 Bu tədris dalğası üzrə 100 yeni kibertəhlükəsizlik mütəxəssisi məzun oldu. Tədbir çərçivəsində məzunların hazırladığı yekun layihə təqdim edildi, ən yüksək nəticə göstərən 5 məzun xaricdə 1 aylıq təcrübə proqramı ilə təltif olundu və bütün məzunlara sertifikatlar təqdim edildi.

🤝 Tədbirin sonunda təşkil olunan Karyera Sərgisi çərçivəsində iştirakçılar aparıcı dövlət və özəl qurumların nümayəndələri ilə görüşərək yeni əməkdaşlıq və karyera imkanlarını müzakirə etdilər.

📈 Bu günə qədər Mərkəzimizdən 420 mütəxəssis məzun olub, onların 90%-i dövlət qurumlarında və aparıcı yerli, eləcə də beynəlxalq şirkətlərdə fəaliyyət göstərir.

🗓️ 13 iyul tarixində Mərkəzimizdə CV hazırlanması və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilib.🧾 Təlim zamanı iştir...
23/07/2026

🗓️ 13 iyul tarixində Mərkəzimizdə CV hazırlanması və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilib.

🧾 Təlim zamanı iştirakçılar peşəkar CV-nin hazırlanması, müsahibələrə effektiv hazırlıq, özünü düzgün təqdim etmə və işə qəbul prosesində uğur qazanmaq üçün vacib praktiki biliklər əldə ediblər.

📋 İnteraktiv sessiya çərçivəsində CV-nin düzgün strukturlaşdırılması, namizədin bacarıqlarının effektiv şəkildə təqdim olunması və işəgötürənlərin diqqət yetirdiyi əsas məqamlar ətrafında geniş müzakirələr aparılıb.

👩‍💼 Təlimə dəyərli bilik və təcrübəsi ilə töhfə verən İlfana Pənahovaya (Business Trainer & Coach) təşəkkürümüzü bildiririk.

🔂 Mərkəzimiz kibertəhlükəsizlik mütəxəssislərinin peşəkar inkişafını dəstəkləyən təşəbbüsləri davam etdirir.

🛡️ Azercell tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci dalğa tələbələri üçün Purple Team Fundamentals mövz...
22/07/2026

🛡️ Azercell tərəfindən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin 7-ci dalğa tələbələri üçün Purple Team Fundamentals mövzusunda praktiki təlim keçirilib.

🔴🔵 Təlim çərçivəsində iştirakçılar web tətbiqlərində təhlükəsizlik risklərinin Red Team və Blue Team yanaşmaları ilə təhlili, hücum ssenarilərinin simulyasiyası, deteksiya mexanizmlərinin qiymətləndirilməsi və müdafiə strategiyalarının hazırlanması üzrə praktiki biliklər əldə ediblər.

🤝 Bu cür sənaye tərəfdaşlıqları iştirakçıların nəzəri biliklərini real təcrübə ilə birləşdirməsinə və peşəkar inkişafına mühüm töhfə verir.

👏 Təlimə verdiyi dəstəyə görə Azercell Kibertəhlükəsizlik şöbəsinin Kiber İnsidentlərə cavab bölməsinin əməkdaşlarına təşəkkür edirik.

Address

Çinar Plaza 26-27-ci Mərtəbə
Baku

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category